AZƏRBAYCANIN MÜXTƏLİF BUĞDA BECƏRİLƏN REGİONLARINDA MÜŞAHİDƏ OLUNAN SARI LƏKƏ...
Transcript of AZƏRBAYCANIN MÜXTƏLİF BUĞDA BECƏRİLƏN REGİONLARINDA MÜŞAHİDƏ OLUNAN SARI LƏKƏ...
AZƏRBAYCANIN MÜXTƏLİF BUĞDA BECƏRİLƏN
REGİONLARINDA MÜŞAHİDƏ OLUNAN SARI LƏKƏ
XƏSTƏLİYİNİN LABORATORİYA TƏDQİQİ Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu, Bakı
SADIQOV Ş.F1., ƏLİYEV E.B.,
2 ABDULLAYEV A.M.,
3 TƏLAİ C.M., MUSAYEV
Ə.C.
Mövzunun aktuallığı: Son illər dünyanın qabaqcıl taxıl becərilən regionlarında yarpaq
xəstəlikləri arasında sarı ləkə, başqa sözlə, sarı-qəhvəyi ləkə xəstəliyi yayılma arealına,
yaratdığı neqativ fəsadlara və vurduğu ziyana görə ən təhlükəli xəstəliklərdən hesab
olunmaqla yanaşı, digər göbələk xəstəlikləri ilə müqayisədə daha üstün mövqeyə malik
olmuşdur. (Mixaylovskaya L.A, Priqorovskaya T.İ 2000), [2,3,6..] Xəstəliyin ayrı-ayrı
bölgələrdə, o cümlədən Rusiya Federasiyasının Azərdaycana yaxın sərhədlərində Şimali
Qafqaz regionlarında epifitotiya xarakteri alması, qərbdə Gürcüstan, cənubda isə İran
ərazilərində kütləvi şəkildə yayılması, onun tezliklə daha geniş əraziləri əhatə etməsi üçün
münbit şərait yaradır.[1]
Açar sözlər:Buğda yarpaq xəstəlikləri ,sarı və ya sarı qəhvəyi
ləkəlilik,fitopatogen,epifitotiya.
Ключевые слова:листовая заболевания пшеница, пиренофороз или желтый
пятнистость листьев, фитопатоген, епифитотия.
Key words:Wheat leaf diseases, tan spot or yellow leaf spot, phytopathogen,
enphytoty.
LABORATORY RESEARCHES OF DISEASES YELLOW LEAF SPOT THE
LEAVES WHICH HAVE BEEN FOUND OUT IN VARIOUS GRAIN CULTIVATED
REGIONS OF AZERBAIJAN
The Azerbaijan Scientific research institute of Agriculture, Baku
SADIKOV Sh.F., ALIYEV E.B., ТАLАI J. М, MUSAEV А.D.
In present article results of laboratory researches of an infecting agent yellow leaf spot
the leaves to separate signs at the samples collected from various grain cultivated regions
of Azerbaijan are yielded. In conformity to a technique for the collected cultures as an
infectious material is provided long-term storage in the refrigerator (+4 C0).
It is planned uses of an infectious material for immunological estimations on the zoned
varieties, passed the state registration and introduction perspective genotypes.
Qeyd edək ki, bu xəstəliyi beynəlxalq
səviyyədə öyrənən alim Lamari L. və
Strelkov S. və həmkarlarının apardıqları
müşahidələr və araşdırmalar nəticəsində
təkcə Azərbaycan ərazisində xəstəliyin 1,
2, 3, 5, 7, 8-ci rasları təyin edilmiş, 1 və
2-ci raslar heksaploid, 3, 5, 7, 8-ci raslar
isə teraploid buğdalarda daha çox
müşahidə edilmişdir.Tədqiqatçılar Qafqaz
, xüsusilə Azərbaycan ərazisinin
Vavilovun da qeyd etdiyi kimi mədəni
bitkilər o cümlədən müxtəlif taxıl
bitkilərinin mənşə mərkəzi olması faktını
əsas gətirməklə, taxıl bitkilərinin
xəstəliklərinin törədicilərinin də daha
geniş yayılmasını göstərmişlər.Əgər
xəstəliyin hazırda 8 rasdan ibarət
olduğunu onlardan 6-sının
respublikamızda bir neçə ərazidə
tapıldığını nəzərə alsaq, belə nəticəyə
gəlmək olar ki, xəstəliyin ölkə
səviyyəsində daha dərindən
öyrənilməsinə ehtiyac vardır[17]. Məhz,
problemin ciddiliyini nəzərə alıb,
Respublikamızın taxıl becərilən
bölgələrindəsarı ləkə və ya sarı-qəhvəyi
ləkə xəstəliyinin mövcudluğunu aşkar
etmək məqsədi ilə 2012 ci ildə yerli və
xarici təşkilatların fitopatoloqları ilə birgə
ölkə ərazisində ekspedisiyalar təşkil
edilmiş və müşahidələr aparılmışdır.
Ekspedisiyaların nəticələri xəstəliyin
bütün Bölgə Təcrübə Stansiyalarında, o
cümlədən Tərtər, Qobustan, Cəlilabad,
xüsusilə də Zaqtala və Şəki dayaq
məntəqəsinin yerləşdiyi ərazilərdə daha
geniş yayılmasını göstərir. Növbəti 2013
cü ilin vegetsiya dövründə bizim
iştirakımızla aparılan beynəlxalq
əhəmiyyətli taxıl xəstəlikləri monitorinqi
zamanı sarı ləkə xəstəliyinin kütləvi
şəkildə qeydə alınmamasına baxmayaraq,
Zaqatala, Cəlilabad Bölgə Təcrübə
Stansiyalarında və Şəki dayaq
məntəqəsində az da olsa bərk buğda
genotiplərində xəstəliyə rast gəlinmiş və
onlardan nümunələr götürülərək
laboratoriya şəraitində patogenin
anatomik və morfoloji identifikasiyası
aparılmış, patogenə məxsus olan
mikokulturalar yaradılaraq gələcəkdə
yoluxdurma materialı kimi istifadə
edilməsi nəzərdə tutulmuşdur.
Tədqiqatlarımızın nəticələrinə
keçməzdən öncə qeyd edək ki, buğda
bitkisi də daxil olmaqla sarı ləkə və ya
sarı-qəhvəyi ləkə xəstəliyinin törədicisi
60-dan artıq yem və yabanı halda bitən
taxıl bitkilərində qeydə alınmışdır
(Mixaylova L.A.) [2,3]. Xəstəlik çovdar
və arpa bitkilərində nadir hallarda
müşahidə olunur, vələmir bitkisi isə ona
qarşı davamlılığı ilə səciyyələnir. Buğda
bitkisində xəstəliyi törədən göbələyin kisə
mərhələsi Pyrenophora tritici-repentis,
konidi mərhələsi isə Drechslera tritici-
repentis adlanır. Vegetasiya dövründə
xəstəliyin yoluxdurucusu konidilər olub,
hava damcıları vasitəsilə yayılırlar.
Xəstəliyi törədən göbələk bitki
qalıqlarında və toxumlarda qışlayır [5,6].
Yaz aylarının yağışlı günlərində yetişmiş
askosporlar külək vasitəsilə ətrafa
yayılaraq cavan yarpaqların üzərinə
düşür, orada inkişaf edir və ilkin
yoluxmanın başlanğıcına səbəb olur.
Xəstəlik bitki yarpaqlarında və yarpaq
örtüyündə tək-tək və ya çoxlu sayda oval
və ya yumru formalı, sarı va ya sarı-
qəhvəyi rəngli ləkələr şəklində müşahidə
olunurlar. Ləkələrin mərkəzi hissəsi bir
qədər açıq rəngə çalır, ətrafı isə xlorotik
zona ilə əhatə olunur. Xəstəliyin inkişafı
zamanı ləkələr bir-birinə bitişərək birləşir,
müəyyən müddət keçdikdən sonra
saralaraq quruyurlar. Rütubətli havalarda
ləkələrin üzərində göbələyə xas, gözə az
çarpan açıq rəngli örtük yaranır və
tezliklə də yox olur[1,3,7].
Əlverişli şəraitdə ləkələrin üzərində
qara zeytuna bənzər şaquli istiqamətdə
düzünə dayanan konidi daşıyıcıları və
üzərində konidilər əmələ gətirir ki, onlar
da ikinci yoluxmaya səbəb olub,
xəstəliyin daha geniş sahədə yayılmasına
xidmət edir. Konidilər külək vasitəsi ilə
75 m. məsafəyə qədər ötürülə bilirlər ki,
bu da onların tez bir zamanda genış
ərazilərə yayilması üçün yaxşı şərait
yaradır. Yoluxdurucunun toxumlarla
yayılması az ehtimal olunur[2,3,6].
Xəstəliyin simptomlarına gəlincə
qeyd etmək lazımdır ki, onun əlamətləri
qeyri tipik septoriozu xatırlatdığından
diaqnostikası bir qədər çətinliklər yaradır.
Belə ki, xəstəlik bitki yarpağının və
yarpaq örtüyünün hər iki, həm üst və həm
də alt hissəsində, yuxarıda qeyd etdiyimiz
kimi tək-tək və ya çoxlu sayda oval və ya
yumru formalı, diametri 2-5 mm. olan,
sarı va ya sarı-qəhvəyi rəngli ləkələr
şəklində müşahidə olunurlar. Ləkələrin
mərkəzində epidermis bir qədər qabarmış
formada olur. Bəzi yoluxmuş yarpaqların
mərkəzi hissəsindəki ləkələrdə 1-2 mm.
diametrə malik nekrotik sahələr əmələ
gəlir ki, sonralar onlar uzununa inkişaf
edərək tünd qəhvəyi rəngli 12 – 20 mm.
uzunluğunda, bəzən romb və ya
mərcimək şəkilli xlorozlar yaradırlar. Bu
mərhələdə onlar septorioz zamanı əmələ
gələn ləkələrdən seçilmirlər, ancaq
bununla belə, onlarda septorioz ləkələrinə
xas olan piknidlər, yəni qara nöqtələr də
yaranmır[4,5,6].
Sarı ləkə xəstəliyi zamanı ləkələr
dairəvi ellips şəkilində olmaqla yarpağin
1/3 və hətta daha artıq hissəsini əhatə edə
bilir. Fəsilin sonuna yaxın, bəzən daha
sonrakı dövrlərdə inkişaf edib artmış
ləkələrdə yarpaq tam solandan sonra boz-
zeytuna oxşar konidilər əmələ gəlir.
Xəstəliyə davamlı formaların
yarpaqlarında, xüsusən də əsas
yarpaqlarda (bayraq yarpaqlarda) ləkələr
ya dəyişmirlər, ya da çox az inkişaf edib
artırlar. Göbələk sünbülcük örtüyünü də
yoluxdura bilir, bu zaman ləkələr
uzunsov, 2-4 × 1-2 mm. ölçüнэ malik
çoxalıb artmayan cızığlara
bənzəyir[10,11,12,13].
Xəstəliyin simptomları yarpaqların üst
və alt hissələrində, cücərtilərdə və yetkin
bitkilərdə yarana bilir. Həssas sortlarda
ilkin simptomlar xırda sarı-qəhvəyi
rəngdə olur, sonralar böyüyərək linzaya
bənzər forma alır və çox da böyük
olmayan sarı sahə ilə əhatə olunurlar.
Ləkələr 12 mm. uzunluğa qədər inkişaf
edir, zədələnmə artdıqca onlar birləşib,
yarpağin saralması və məhvinə səbəb
olurlar. Nekroz daha çox yarpaqların uc
hissəsində inkişaf edib, onun əsasına
doğru yayılmağa başlatır. Xırda ləkələrdə
göbələyin sporəmələgəlmə prosesi
müşahidə edilmir. Konidilər adətən daha
böyük ləkələrdə 0,5×0,2 см ölçülərində
və aşağı məhv olmuş yarpaqlarda qeydə
alınırlar. Davamlı sortlar bir qayda olaraq
sonralar inkişafdan qalan xırda sarı və ya
qəhvəyi rəngli ləkələrlə zədələnirlər.
Hazırda sarı ləkə xəstəliyi ilə bağlı nekroz
və xloroz formasında müşahidə olunan iki
əsas simptomu məlumdur. Nekrotik
ləkələr sarı-qəhvəyi rəngli kollaps
toxumalardan təşkil olunur, xlorotik
ləkələr isəilkin kollapsdan məhrum olan
toxumaların tədricən saralıb solmasının
nəticəsi kimi baş verirlər. Nekroz və
xlorozu yaratma qabiliyyətinə görəP.
tritici-repentis göbələyinin fərdi
izolyatları 4 patogen tipi ilə xarakterizə
olunurlar[18]:
nec+chlH— həm nekroz və həm də xloroz əmələ gətirən;
nec+chl- — yalnız nekroz əmələ gətirən;
nec-chlH— yalnız xloroz əmələ gətirən;
nec-chl — nə nekroz, nə də xloroz əmələ gətirmirlər.
Belə bir məqamı da xüsusi qeyd
etmək lazımdır ki, sarı ləkə xəstəliyi
yarpaqlardan savayı buğda bitkisinin
gövdəsini də zədələyib onun üzərində
boz-qəhvəyi və tünd boz rəngdə,
uzunluğu 1,0 х 0,4 sm. çatan zolaq
şəklində nekrotik sahələr yaradır[7,8,9].
Məlum olmuşdur ki, sarı ləkə
xəstəliyinin patogeni yarpaqlardan başqa
rüşeyimdə qara, toxumlarda çəhrayı,
sünbülcük pərdəsində və qılçıqlarda isə
boz ləkə simptomunun yaranmasına səbəb
olur.
İl ərzində xəstəliyin yoluxdurucusu
iki – cinsi və qeyri-cinsi inkişaf mərhələsi
keçir. Yoluxma göbələyin konidi inkişaf
mərhələsində baş verir, kisə mərhələsi isə
çürümüş və məhv olmuş toxumalarda
inkişaf edir və qışlamanı təmin edir.
Məhsuldar sporların təməli payızda,
göbələklə zədələnmiş küləş kütləsində
qoyulur. Yazda yetişmiş askosporlar
buğda bitkisinin cücərtilərini
yoluxdurmaq üçün ilkin inokullar hesab
olunurlar. Ayrı-ayrı illərdə müxtəlif hava
şəraitindən asılı olaraq xəstəliyin inkişaf
səviyyəsi ilə yoluxmanın ilkin
inokulyasiyası arasında müsbət
korrelyasiya qeydə alınmışdır. Konidilər
zədələnmənin inkişaf prosesində
yoluxmuş yarpaqlarda formalaşır və
ikinci dəfə inokulyasiyaya hazırlığı təmin
edirlər. Hava qatının aşağı təbəqələrində
konidilərin miqdarının sutkanın müxtəlif
saatlarında dəyişməsi müşahidə
olunmuşdur ki, bu amili də təkcə hava
şəraiti ilə izah etmək mümkün deyil.
Xəstəliyin diaqnostikasının əsas
əlamətlərindən biri də P.tritici-repentis
göbələyinin konidilərinin bazal
hüceyrələrinin “ilan başına” bənzərliyidir.
Göbələyin cinsi nəsil verən orqanı -
peritesiyalar kürə şəkilli, kolbayabənzər,
yetişmiş halda qabarıq qara konusşəkilli
törəmələrdir. Diametri 200-350 mkm.
çatan peritesiyalar yetişən zaman substrat
üzərində xırda qılcıqlarla örtülmüş
borunun köməkliyi ilə durur. Cinsi nəsil
verən orqanıın içərisində
kisələr(askokarp) koma şəklində hər
birində 8 askospor olmaqla yerləşirlər.
Oval formalı, ölçüləri 45—70 × 18—28
мкм. təşkil edən askosporlar yarımşəffaf,
köndələninə 3 arakəsməsi olan, birləşmə
yerində bu arakəsmələrin bir qədər
ensizləşmsi ilə xarakterizə olunurlar.
Askosporların mərkəzi hüceyrələri 1-2
uzununa arakəsmlər ilə hissələrə
ayrılırlar[10;18].
P. tritici-repentis göbələyi in vitro
şəraitində sahib orqanizmə daxil olarkən
orada spesifik toksin sintez edir və
maraqlısı odur ki, ancaq nekroz izolyatları
və ya nekroz ilə xloroz izolyatları birlikdə
(nec+chl-; nec+chl+) toksin (Ptr-toksin)
sintez etmə qabiliyyətinə malikdirlər ki,
bu da bitkilərin nekrotik reaksiyanın
yaranmasına və inkişafına cavab verir.
Xlorotik induksiyanın əmələ gəlməsinə
digər mexanizmlər və toksinlər
cavabdehdirlər ki, onlar da hələ ki tədqiq
olunmayıb. Ptr toksinin kifayət qədər
yüksək molekulyar kütləyə malik olması
və monomer zülal əsaslı xassəsi onu bu
xüsusiyyətlərinə görə çoxlu sayda digər
göbələk toksinlərindən fərqlənir. Hazırda
bu toksinin amin turşusu ardıcıllığı
müəyyənləşdirilmişdir. Toksin həm
göbələyə həssas və həm də davamlı buğda
sortlarının hüceyrəarası mayesində
mövcuddur ki, bu da həmən toksinin
konstitutiv olduğunu, yəni sahib bitkinin
genotipindən asılı olmayaraq hər iki tip
genotiplərə xas olduğunu göstərir.
Xəstəliyin inkişafının istər həssas, istərsə
də davamlı sortlar üzərində sitoloji
tədqiqatlara əsasən nəticələri bir mənalı
şəkildə göstərir ki, yoluxmanın başlanğıc
fazası hər iki halda eyni formada cərəyan
edir. Hər iki tip sortlar üçün eyni oxşarlıq
patogenin epidermis hüceyrələrinə və
mezofil toxumasına sirayət etməsinin
başlanğıc mərhələsində müşahidə edilir.
Sonralar həssas genotiplərlə müqayisədə
davamlı sortlarda çoxlu sayda papillərin,
başqa sözlə, məməciklərin əmələ gəlməsi
müşahidə edilir. Fərq bir qədər gec,
yoluxmanın 3-cü günündə mezofil
toxumalarda prosesin müxtəlif
səviyyələrdə və sürətdə getməsi ilə
büruzə verilir ki, bu da son nəticədə bir-
birindən fərqlənən morfoloji əlamətlərin
yaranmasına səbəb olur. Belə ki, həssas
sortlarda göbələyin hifləri daha tünd
rəngli piqmentlərə və böyük diametrə
malik olur ki, bu da görünür onların
inkişafı üçün həssas sortlarda münbit
şəraitin olmasından irəli gəlir. Daha
sonrakı mərhələlərdə göbələyin həssas
toxumalarda inkişafı toksiki maddələrin
biosintezi ilə bağlıdır ki, bu da
yoluxmanın inkişafını xeyli sürətləndirir.
Göbələyin ilk inkişaf mərhələsi laq-faza
kimi qəbul olunur və patogenin həssas
sortlarda özünəməxsus toksini sərbəst
halda davamlı sortlarda bu fazadan sonra
inkşaf edə bilməməsinin səbəbi böyük
ehtimalla bitkilərdə antitoksin fəallığına
malik maddələrin toplanması ilə izah
olunur.
Buğda bitkisində göbələyin təsirinə
qarşı davamlılıq səviyyəsi bir çox
amillərdən, o cümlədən, bitkinin böyümə
mərhələsindən, yarpaqların yaşından,
postinokulyasiya mərhələsinin
uzunluğundan, rütubət və temperatur
faktorlarından, eləcə də, yoluxdurma
qabiliyyətinə malik sporların
konsentrasiyası və yaşındanasılıdır. Mum
yetişmə fazasında davamlılıq xüsusiyyəti
xeyli aşağı düşür, bu zaman cavan
yarpaqlardan fərqli olaraq aşağı yarusun
yaşlı yarpaqları yoluxmaya daha güclü
məruz qalırlar. Yoluxmadan sonra yüksək
rütubət fonu (100%) uzun müddət davam
etdikdə müxtəlif yarusların yarpaqlarının
zədələnmə səviyyəsində müşahidə olunan
fərq aradan götürülür və yoluxma demək
olar ki, bütün yarpaları eyni dərəcədə
əhatə edir. Yoluxma vaxtının
ekspozisiyası 0 – dan 12 saata qədər
uzandıqda zədələnmə səviyyəsi də
müvafiq olaraq artmağa başlayır. Məlum
olmuşdur ki, ən yüksək infeksiya həddi
24-48 saat müddətində, 100% rütubət
fonu və 20-30°С temperatur təmin
edildiyi zaman baş verir. Bu şəraitdə
yarpaqların zədələnmə səviyyəsi onların
ümumi sahəsinin 2/3 hissəsini əhatə edir.
Bir sıra alimlərin fikrincə cücərti və
yaşlı bitkilərin göbələyə qarşı davamlılığı
oxşardır. Bunun əksinə olaraq digər
tədqiqatçılar belə hesab edirlər ki,
cücərtilərdə və yaşlı bitkilərdə müşahidə
olunan ləkələrin ölçüləri və sayı arasında
heç bir korrelyasiya əlaqəsi yoxdur və
bununla bağlı mülahizə yürüdülür ki,
bitkilərin ayrı-ayrı inkişaf mərhələlərində
davamlılıq xüsusiyyətini müxtəlif
mexanizmlər təmin edir.
Belə bir fakt da müəyyən edilmişdir
ki, tetraploid və heksoploid buğda
növlərindən fərqli olaraq diploid
formalarda xəstəliyə davamlı genotiplər
daha çox rast gəlinir, tetraploid
nümunələrində isə heksoploidlərə
nisbətən davamlılıq üstünlük təşkil edir.
Sarı ləkə xəstəliyinə qarşı davamlı buğda
nümunələrinə bir o qədər də tez-tez
təsadüf edilmir və belə hesab edilir ki,
davamlılıq xüsusiyyəti bir neçə resessiv
genin fəaliyyəti ilə təmin edilir.
Davamlılığın poligen irsiyyət xarakteri də
bir çox tədqiqatçılar tərəfindən nümayiş
etdirilmişdir. Bəzi müəlliflərin fikrincə
nekroz və xloroza qarşı davamlılıq
xüsusiyyətləri bir-birindən asılı olmayan
irsiyyət mexanizmləri ilə idarə
olunurlar.Belə ki, əgər nekroza qarşı
davamlılıq və Ptr- toksininə qarşı qeyri
həssaslıq monogen və resessiv irsiyyətə
malikdirsə, xloroza qarşı davamlılıq isə
monogen və dominant irsiyyət xarakteri
daşıyır.
Hazırda bu mövqeyi dəstəkləyən
sübutlardan biri odur ki, aşkarlanmış bəzi
buğda genotiplərinin göbələyin sporları
ilə yoluxdurulması zamanı onlarda yalnız
nekrozun inkişafının baş verməsi, digər
aşkarlanmış formalarda isə chl+-sporları
ilə inokulyasiyasından ancaq xloroz
əmələ gəlmişdir.Sarı ləkə xəstəliyinə,
onun patogen komponentlərinə qarşı
tətbiq olunan tədbirlər arasında optimal
növbəli əkin sisteminin seçilməsi,
müxtəlif funqisidlərin istifadəsi və
davamlı sortların becərilməsi ən əsas
mühafizə üsullarından hesab olunurlar.
Əgər birinci iki üsul ilkin inokulların
miqdarının kəmiyyətcə azalmasında
kifayət qədər səmərəli sayılırlarsa, immun
sortların becərilməsi, xəstəliyin uzun
müddət qarşısının alınmasında və ətraf
mühitin təlükəsizliyinin təmin
edilməsində effektli üsullardan hesab
olunur. Lakin, etiraf etmək lazımdır ki,
sarı ləkəxəstəliyi törədicilərinə qarşı
davamlı sortların sayı bir o qədər də çox
olmayıb, ümumi öyrənilən sortların
cəminin 10 % ni təşkil etmişdir. Bu fakt
özü artıq patogenlərin inkişafının daima
fitosanitar nəzarəti altında saxlanmasına
və yeni davamlı sortların mənbəyinin
mütamadi axtarışına diqqəti artırmağı
tələb edir.
Beləliklə, sarı ləkə xəstəliyinin
müxtəlif aspektlərdən təhlilini
yekunlaşdıraraq, belə bir fikir söyləmək
olar ki, müasir dövrdə o, göbələk
xəstəlikləri arasında son dərəcə böyük
təhlükə kəsb edir və onun geniş ərazilərdə
yayılmasına, epifitotiyasının yaranmasına
qarşı təxirəsalınmaz tədbirlərin görülməsi,
eləcə də patogenin anatomik və morfoloji
identifikasiyasının aparılması mühüm
məsələlərdən biri kimi ön plana
çəkilməlidir.
Məhz, problemin aktuallığını nəzərə
alıb, tədqiqatlarımızın növbəti
mərhələsində Respublikamızın müxtəlif
ərazilərindən toplanmış nümunələrin
laboratoriya müayinələri həyata
keçirilmişdir. İki il müddətində sahə
müşahidələrindən əldə edilən nəticələr
laborotoriya şəraitində öyrənilmiş,
toplanmış patogenin anatomik və
morfoloji identifikasiyası, xarici
ədəbiyyatlardakı mənbələrə uyğun olaraq
aparılmış, patogenə məxsus olan
mikokulturalar yaradılaraq gələcəkdə
onların yoluxdurma materialı kimi
istifadə edilməsi nəzərdə tutulmuşdur.
Bu istiqamətdə 2012-сi ilin
vegetasiyası dövründə apardığımız
müşahidələr zamanı məlum olmuşdur ki,
buğdanın geniş yayılmış pas xəstəlikləri,
respublikamızın taxıl becərilən
ərazilərində çox az rast gəlinir. Bunun
əsas səbəbi yazın əvvələrində havanın
quraq keçməsi və yağıntıların əvvəlki
illərə nisbətən az olması ilə əlaqədardır.
Sarı pasın ilkin yoluxma prosesi üçün
aşağı temperaturun və kifayət qədər nisbi
rütubətin tələb olunmasına baxmayaraq,
ilin bu fəslində temperaturun artması
göbələyin inkişafının dayanması ilə
nəticələnmişdi. Meteoroloji şəraitlə
əlaqədar patogenin inkişafının ləngiməsi
onun ikinci dəfə yoluxmaya məcbur
etmişdir. Bu şəraitdə ətraf mühit
amillərinin birbaşa təsiri patogenin ya
məhv olmasına, ya da öz virulentliyini
itirməsinə səbəb olur.Yuxarıda adı
çəkilən xəstəliklərdən fərqli olaraq sarı
ləkə xəstəliyinin inkişafı və ilkin
yoluxdurması üçün tələb olunan şərait
(24-27 C, Rh-90%) respublikamızın iqlim
göstəricilərinə tam uyğun olmuşdur. Bu
zaman fitopatogen bir həftə ərzində
inkubasiya edərək ilkin infeksiya ocaqları
yaradır və ikinci yoluxma zamanı,
tempratur hətta 10 C qədər düşdükdə belə
onun inkişafına heç bir təsir göstərmir[]
Qeyd edilən meteoroloji şərait respublika
ərazisində yaz mövsümü üçün xarakterik
olduğundan xəstəliyin daha geniş ərazidə
yayılması üçün münbit şərait yaradır.
Əgər nəzərə alsaq ki, xəstəliyin müxtəlif
irqlərə məxsus olan növmüxtəliflikləri,
yəni rasları mövcuddur, onda xəstəliyin
ölkə daxilindəki ras tərkibinin
öyrənilməsi və davamlı sortların müəyyən
edilərək becərilməsi, eləcə də düzgün
əkin dövriyyəsinəəməl edilməsi son
dərəcə zəruri sayılır. Əks halda xəstəliyin
epifitotiya halı alması və daha geniş
ərazilərə yayılması ehtimalı xeyli artar.
Respublikamızda fəaliyyət göstərən
yerli və xarici təşkilatların fitopatoloji
ekspedisiyalarının 2012 –ci ilə verdikləri
hesabatlara görə sarı ləkə xəstəliyinin
simptomları bütün BTS-lərdə müşahidə
edilmiş, Tərtər, Qobustan, Cəlilabad,
xüsusilədə Şəki, Zaqtala bölgəsində daha
geniş yayılmışdır. Sonrakı, 2013 cü ilin
vegetsiya müddətində iştirak etdiyimiz
beynəlxalq əhəmiyyətli taxıl xəstəlikləri
monitorinqi zamanı sarı ləkə xəstəliyi
müşahidə edilməmişdir. Görünür bunun
əsas səbəbi yaz aylarında havanın
temperaturunun nisbətən aşağı düşməsi
olmuşdur. Lakin buna baxmayaraq,
Zaqatala, Cəlilabad BTS ləri və Şəki
dayaq məntəqəsindən az da olsa bərk
buğda nümunələrində xəstəliyə rast
gəlinmiş və onlardan nümunələr
götürülmüşdür.
Müşahidələr zamanı 6 bölgədən əldə
edilən materiallar yoluxmuş bitkilərin
həm yarpaqlarından və həm də
gövdələrindən götürülərək tədqiq edilmiş
və aşağıdakı ümumiləşdirilmiş cədvəldə
onların analizlərinin nəticələri verilmişdir.
İlk öncə qeyd edək ki, bütün bölgələrdə
törədicinin buğda bitkisinin gövdələrində
meyvəbədənləri (peritesi) qeydə
alınmışdır, yarpaqlarda isə yoluxma
Tərtər və Gəncə istisna olmaqla digər 4
bölgədə müşahidə edilmişdir (cədvəl).
Toplanmış nümunələr ET Əkinçilik
İnstitutunun Bitki mühafizəsi
labaratoriyasında fitopatoloji müayinə və
tədqiqat üsullarına uyğun olaraq
hazırlanmış, onlar üzərində mikroskopik
və mikrobioloji analiz aparılmışdır.
Laborotoriya analizlərinəpatogenin yay
(konidi) və qış (psevdotesi) mərhələləri
cəlb edilişdir. Psevdotesi mərhələsinə aid
olan nümunələr rütubətli dövrdə
toplandığından üzərlərində ağ hiflər
əmələ gəlmişdir. Psevdotesilərin rütubətli
kamerada saxlanması zamanı onların
üzərində qeyri cinsi mərhələsi olan
konidiləri (şəkil a,b,g,h) partladıqda cinsi
mərhələsi hesab olunan kisələr və
kisəsporları (şəkilc,d,i,j) müşahidə
edilmişdir.
Apardığımız tədqiqatların ilkin
nəticələri kimi konidilərin
arakəsmələrinin sayının 7-9 ədəd və
kisələrdəki sporların sayının 8 ədəd
olması, artıq patogenin P.tritici repentis
göbələyinə məxsusluğunu sübut
etmiş(Ellis & Waller 1976 Stephen
Wegulo 2011), tərəfimizdən mikroskop
altında onlar çəkilərək aşağıda nümayiş
etdirilən fotoşəkillərlə təsdiqlənmişdir.
Toplanmış nümunələrin daha ətraflı
öyrənilməsi məqsədi ilə mitsellərin rəngi,
süni qida mühitinin göbələyin inkişafına
təsirləri, mitseli örtüklərinin quruluşu,
forması və ölçüləri, alınmış isolatların
tapıldığı əraziyə görə qruplaşdırılması
tədqiqatlarımızın əsas parametrləri kimi
götürülmüşdür. Kulturaların morfoloji
parametrlərinin tədqiqi Wolf. (1991)
tərəfindən işlənib hazırlanmış üsullara
əsasən aparılmışdır.
Müxtəlif bölgələrdən toplanmış kulturalarda sarı ləkə xəstəliyinin bəzi əlamətlərə
görə analizi (2012) Cədvəl 1.
Qeyd: (+) – xəstəliyin müşahidə edilməsi və onlardan spor əldə edilməsi; (-) – xəstəlik
müşahidə edilməyib.
Beləliklə, həyata keçirilən
mikrobioloji tədqiqatların nəticələri
göstərdi ki, psevdotesilər süni qida
şəraitində 5-6 gün müddətində qaranlıq və
1 gün UB,F (Ultrabənövşəyi,fluresent)
lampa altında qaldıqda onlar (Hunger
&Brown 1987 üsulu ilə) ağ və boz rəngli
növbələşən üzük halqası formasında
örtüklər əmələ gətirirlər (cədvəl). Eyni
materialdan olan kulturalar qaranlıq
mühitdə 8-9 gün müddətində
saxlanıldıqda onlarda yalnız ağ, qalın
pambıq lifinə bənzər örtüyün əmələ
gəldiyi müşahidə edilmişdir. Nəzərə
çarpan rəng fərqi patogen kulturalarının
fotoperiodizm və qida mühiti amilindən
birbaşa asılı olduğunu göstərir. Bu fakt
müxtəlif müəlliflər tərəfindən qeydə
alınmışdır ki, bu da patogenin həyat
tsiklində işiq faktorunun mühüm rol
oynadığını bildirir.
Maraqlı nəticələr kulturaların
ölçülərinin hesablanması zamanı əldə
edilmişdir. Belə ki, kulturaların eni və
uzunluğu hesablanandan sonra, onlar
müxtəlif ərazilərə görə qruplaşdırılmış və
nəticədə məlum olmuşdur ki, Şəki dayaq
məntəqəsindən toplanmış izolatlar digər
bölgələrlə müqayisədə daha böyük ölçüyə
malikdirlər (cədvəl). Ehtimal ki, bu
ərazinin lokal iqlim şəraiti əmələ gələn
konidilərin ölçülərinə öz təsirini
göstərmişdir.
Təcrübələrdə psevdotesilərin
askosporla bərabər konidioforlar əmələ
gətirərək, çoxlu konidilər yaratdığı
müşahidə edilmişdir. Bu prossesin
soyuducuda +4 C də də davam etməsi isə
patogenin inkişafının böyük temperatur
№ Bölgələr Nümunələr Alınmış kulturalar (85 mm Petri çaşka.)
Yarpaq Gövdə Forma və ölçüsü(mm) Rəngi Spor verməsi
1 Tərtər + + Oval,kordioid.(11-13) Boz. +
2 Qobustan _ + ---
3 Cəlilabad + + Oval,kordioid (35-44) Ağ,boz. +
4 Şəki + + Dairəvi,kordioid (60-70) Ağ,tünd boz. +
5 Zaqatala + + Ellips(27-45) Boz. +
6 Gəncə _ + Dair,oval. (25-26 ,45-30) Ağ, boz +
hüdudlarında getməsi ilə izah edilə bilər.
Görünür qış müddətinin mülayim
keçməsi, askosporların yayılmasına
müsbət təsir etməsə də konidiforlar və
konidilərin inkişafı üçün əlverişli şərait
yaradır. Buna bariz misal olaraq,
Gəncəərazisində (ADAU Bitki
mühafizəsi təcrübə sahəsi) tapılan
nümunələrdə müşahidələr aparılan zaman
onların üzərində konidioforların inkişaf
edərək konidilər əmələ gətirməsini
göstərmək olar. Qeyd etdiyimiz kimi,
Şəki DM –dən toplanmış izolatlar digər
bölgələrlə müqayisədə daha böyük ölçüyə
malik olmuşlar ki, bu da öz növbəsində
kulturaların əmələ gətirdiyi konidilərin
sayına böyük təsir etmişdir.
Tədqiqatlarımızda kulturaların fərqli
ölçüləri, rəngi və virulentliyi arasında
əlaqə araşdırılmışdır. Belə ki, Gəncədən
olan izolatlarda ağ və açıq boz hiflənmə
və azacıq çəhrayı rəng müşahidə
olunmuşdur (cədvəl). Ədəbiyyat
mənbələrindən məlumdur ki. qida mühiti
və fotoperiodizm amili göbələyin
kulturalarında rəng əlamətinə əhəmiyyətli
dərəcədə təsir göstərərək onun
intensivliyini dəyişdirir.
Müxtəlif tədqiqatçıların istifadə
etdikləri metodikalar arasında qida mühiti
kimi kartof dekstroz aqar KDA (PDA-200
gr kartof , 20 gr dekstroza, 15 gr agar) və
alternativ olaraq V8A təklif edilirsə də,
biz öz təcrübələrimizdə V8 tərəvəz şirəsi
aqarlı mühitindən (3g CaCo3,150 ml
süzülmüş tərəvəz şirəsi,15 gr agar ) və
dezinfeksiya üçün (1% li Natrium
hipoxlorit, 70% və 95% faizli spirt)
məhlullardan və UBŞ lampalarından
(mini və boyük fluorosent) istifadə
etmişik (Wolf et al. 1989,1991,1992)
[10,11,16]. Kulturaların inkişafı KDA
aqarı ilə müqayisədə V8 tərəvəz şirəsində
daha effektli olmuşdur. Kulturalardan
inokulyasiya materialı kimi istifadə etmək
üçün uzunmüddətli saxlama qaydalarına
uyğun olaraq onlar streçlə izolə olunmuş,
soyuducuda +4 °C temperaturda mühafizə
edilmişdir.
Tədqiqatlarımızın növbəti
mərhələsində məqsəd sərəncamımızda
olan kulturalardan inokulyasiya materialı
kimi istifadə etməklə Respublikamızda
Dövlət reestrindən keçmiş və
rayonlaşmış, eləcə də Dövlət sort
sınağında tədqiq olunan və introduksiya
edilmiş perspektiv sortların immunoloji
qiymətləndirilməsindən və sarı ləkə
xəstəliyi törədicisinə qarşı davamlı
genotiplərin müəyyən edilməsindən asılı
olacaq.
Ə D Ə B İ Y Y A T
1. Андронова А.Е. Пиренофороз
озимой пшеницы на юго-западе
России. / Защита и карантин растений.
2001. N 5. C. 32.
2. Л.А. Михайлова Желтая
Пятнистость Листьев —
Прогрессирующее Заболевание
Пшеницы На Юге России,
Всероссийский Нии Защиты Растений,
С.-Петербург. 2009 год.
ww.agroxxi.ru/journal/199911/19991100
3.pdf
3. Михайлова, Л. А. Лабораторные
методы культивирования возбудителя
желтой пятнистости пшеницы
Pyrenophora tritici-repentis Текст./Л.А.
Михайлова, Е. И. Гультяева, И. М.
Кокорина//Микология фитопатология.
2002. - Т. 36.-Вып.1.-С. 63-67.
4. Жуковский А. Г., Ильюк А. Г.
Буга С.Ф. Склименок Н.
А.поражаемость сортов озимой
пшеницы септориозом (septoria spp.) И
желтой пятнистостью (pyrenophora
tritici-repentis) в условиях республики
Беларусь и северо-кавказского региона
России. Респ научное дочернее
унитарное предприятие «Институт
защиты растений», п. Прилуки,
Минский р-н, Республика Беларусь.
Науч. Жур. Куб ГАУ, №80(06), 2012 г
5. Жуковский А.Г.,Ильюк А.Г.,
Буга С.Ф., Склименок Н.
Аустойчивость сортов озимой
пшеницы к возбудителю желтой
пятнистости листьев .Респ. Научное
дочернее унитарное предприятие
«Институт защиты растений», п.
Прилуки, Минский р-н, Республика
Беларусь. Научный журнал Куб ГАУ,
№91(07), 2013 г
6. Adee E.A, Pfender W.F 1989 The
effect of primary inoculum level of Ptr on
tan spot epidemic development in wheat
.Phytopatology 79;873-877
7. .LamariL., Strelkov S.E.,Yahyaoui
A., Ahmedov M., Saidov,M. Junusova
M., Koicibaiyev M.Virulense of
pyrenophora tritici-repentis in the
countries of the silk road.Canada.Plant
path journal Vol.27 .2005.
8. Andonovna R,.Todorova M.In vitro
characteristic of different Ptr isolates
Bulgaria. University of Forestry ,Faculty
of Agriculture Sofia /Bulgaria
2007.Agri.scien.13;673-678
9. Evans C.K., Hunger R.M,. Siegerist
W.C.,Enhanced production of
Pyrenophora tritici-repentis conidial
suspensions .plant diseases 7777;981-984.
10. EvansC.K., HungerR.M,Siegerist
W.C 1996 Inoculum density infection
efficiency and conidiophore of isolates of
Pyrenophora tritici-repentis conidia.
11. Hunger R. M, Brown D. A. Colony
colour ,growth, sporulation, fungicide
sensivity and pathogenicity of Ptr. ,.
74078-0285
12. Magan N ,Lecey.J 1984 Effect of
water activity,temperature and substrate
on interactions between field and storage
fungi .trans Br.Mycology society 82;83-
93
13. Pfender W. F., Pacey C. A.,and
Zhang W. Saprophytic growth and
pseudothecia production by pyrenophora
tritici in plant tissue held at controlled
water potentials.1988 American
phytopathological society.78;1205-1210
14. Pfender W. F., Wootke S. 1988
Microbiological community of
pyrenophoratritici-repentis infested
wheat straw as examined by multivariate
analysis .Microb.Ecology 15;95-113
15. Pfender W. F.,Wootke S. L 1987
production of pseudothecia and ascospore
by Ptr in response macronutrient
concentrations.Phytopathology 77
16. Zhang W, Pfender W.F 1992 Effect
of residue management on wetness
duration and ascocarp production by Ptr
in wheat residue. Phytopathology 82-
1434-1439
ЛАБОРОТОРНЫЕ ИССЛЕДОВАНИЯ БОЛЕЗНИ ЖЕЛЬТОЙ ПЯТНИСТОСТИ
ЛИСТЬЕВ, ОБНАРУЖЕННЫХ В РАЗЛИЧНЫХ ЗЕРНОВОЗДЕЛЫВАЕМЫХ
РЕГИОНАХ АЗЕРБАЙДЖАНА
Азербайджанский Научно-Исследовательский Институт Земледелия . Баку
САДЫХОВ Ш.Ф., АЛИЕВ Э.Б., ТАЛАИ Дж.М., АБДУЛЛАЕВ А.М., МУСАЕВ
А.Дж.
В настоящей статье даны результаты лабораторных исследований возбудителя
болезни желтой пятнистости листьев по отдельным признакам у образцов,
собранных из различных зерно возделываемых регионах Азербайджана. В
соответствии с методикой для собранных культур в качестве инфекционного
материала обеспечено долгосрочное хранение в холодильной камере.
Намечается использование инфекционного материала для иммунологической
оценки интродуцированных перспективных генотипов и районированных сортов,
прошедших государственную регистрацию.