Teymur Atəşlinin «Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk» TAM

23
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin kiçik elmi işçisi və doktorantı Aynurə Niyaz qızı Paşayeva TEYMUR ATƏŞLİNİN «STALİNQRAD CƏHƏNNƏMİNDƏ 95 GÜN DÖYÜŞƏN TÜRK» ƏSƏRİNDƏ MİLLİ İSTİQLAL İDEYASININ İNİKASI Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mustafa Teymur Atəşli II Dünya müharibəsinin ən dəhşətli döyüş səhnəsində – Stalinqradda 95 gün iştirak etmiş, burada başına gələn hadisələri «Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk» adlı savaş xatirələrində qələmə almışdır. O, bu əsəri Türkiyədə yaşayan zaman «Hürriyyət» qəzetinin 1956-cı ilin 15 yan- varından – 28 fevralınadək çıxmış saylarında (2768-2812) təfriqə halında dərc etdirmişdir. Məqalədə T. Atəşlinin sözügedən xatirələri mühacirət nəsrimizin diqqətəlayiq örnəyi kimi tədqiqata cəlb olunmuş, əsərin ideya-bədii özəllikləri aşkarlanmışdır. Müəllif elmi mənbələrə istinadən Azərbaycanlı döyüşçülərin milli legionlardakı fəaliyyətini istiqlal hərəkatının tərkib hissəsi kimi qəbul edir və əsəri də bu yöndə dəyərləndirir. Açar sözlər: mühacirət, memuar, Stalinqrad döyüşü, milli istiqlal.

Transcript of Teymur Atəşlinin «Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk» TAM

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun

Azərbaycan mühacirət ədəbiyyatı

şöbəsinin kiçik elmi işçisi və doktorantı

Aynurə Niyaz qızı Paşayeva

TEYMUR ATƏŞLİNİN «STALİNQRAD CƏHƏNNƏMİNDƏ

95 GÜN DÖYÜŞƏN TÜRK» ƏSƏRİNDƏ

MİLLİ İSTİQLAL İDEYASININ İNİKASI

Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan

Mustafa Teymur Atəşli II Dünya müharibəsinin ən dəhşətli döyüş səhnəsində –

Stalinqradda 95 gün iştirak etmiş, burada başına gələn hadisələri «Stalinqrad

cəhənnəmində 95 gün döyüşən türk» adlı savaş xatirələrində qələmə almışdır.

O, bu əsəri Türkiyədə yaşayan zaman «Hürriyyət» qəzetinin 1956-cı ilin 15 yan-

varından – 28 fevralınadək çıxmış saylarında (2768-2812) təfriqə halında dərc

etdirmişdir.

Məqalədə T. Atəşlinin sözügedən xatirələri mühacirət nəsrimizin

diqqətəlayiq örnəyi kimi tədqiqata cəlb olunmuş, əsərin ideya-bədii özəllikləri

aşkarlanmışdır. Müəllif elmi mənbələrə istinadən Azərbaycanlı döyüşçülərin

milli legionlardakı fəaliyyətini istiqlal hərəkatının tərkib hissəsi kimi qəbul edir

və əsəri də bu yöndə dəyərləndirir.

Açar sözlər: mühacirət, memuar, Stalinqrad döyüşü,

milli istiqlal.

2Azərbaycan milli istiqlal hərəkatı mühacirət nəsrimizdə

hər zaman aparıcı mövzulardan biri olmuşdur. Azərbaycan

mühacirət ədəbiyyatının bədii nümunələrinə nəzər salsaq,

memuar janrının necə böyük üstünlüyə malik olduğu

qənaətinə gələrik. «Memuar» sözü fransız dilindən

«memoire» sözündən götürülmüş, tərcüməsi «yaddaş»

deməkdir. «Yaddaş insanın daxili subyektiv aləminin

idarəetməsinin vasitəsidir. Məhz bu faktor bizi əhatə edən

mühitin bütövlükdə qavranılmasını müəyyən edir. Yaddaş

olmuşları, olanları və olacaqları obyektivcəsinə mühakimə

etməyə imkan yaradır» (1, s. 16). Memuar ədəbiyyatda

ictimai mübarizəni, mühüm tarixi hadisələri əks etdirən,

müəllifin hiss və həyəcanlarını duymaq baxımından əvəzsiz

mənbədir.

Azərbaycan mühacirət ədəbiyyatında memuar janrında

yazılmış əsərlər içərisində Teymur Atəşlinin «Stalinqrad

cəhənnəmində 95 gün döyüşən türk» savaş xatirələri mühüm

yer tutur. Bu əsər müəllifin gərgin mübarizələrdə keçmiş

həyatının mühüm bir dövrünü öyrənmək baxımından olduqca

əhəmiyyətlidir.

Eyni zamanda bu əsərin Azərbaycan siyasi mühacirət

tarixinin öyrənilməsi üçün dəyəri şəksizdir.

Bəs Teymur Atəşli kimdir? Teymur Atəşlinin taleyini bir

çox mühacirlərin taleyi ilə müqayisə etsək, onun daha

məşəqqətli həyat hekayəsi yaşadığının şahidi olarıq.

3Stalin rejiminə qarşı nifrət hələ dünyaya gəlməmişdən

əvvəl T. Atəşlinin qanına sirayət etmişdi. Atası Mustafa

sovet işğalına qarşı mübarizə aparmış, buna görə də bolşe-

viklər anası Sonapərvəri hamilə vəziyyətdə iki oğlu ilə

birlikdə Bakının Bayıl həbsxanasına salmış, burada 1923-cü

il iyun ayının 15-də gələcəkdə valideynlərinin ruslara

qarşı nifrətini qəlbində gəzdirəcək Teymur Atəşli dünyaya

göz açmışdı.

Atası Sibirə sürgün edildikdən sonra anası ilə birgə

həbsxanaya salınan kiçik Teymur səfalət içərisində uşaqlıq

həyatı keçirir. O, orta məktəbi bitirdikdən sonra Azər-

baycan Dövlət Universitetinin xarici dillər fakültəsinin

alman dili şöbəsinə daxil olur, ancaq ikinci kurs tələbəsi

ikən hərbi xidmətə – Polşaya göndərildiyinə görə ali

təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. Hələ

kiçik yaşlarından bolşevik rejiminə nifrət edən Teymur

doğma vətəni Azərbaycanın istiqlalı uğrunda döyüşmək üçün

almanlar tərəfindən təşkil olunan milli birliklərə daxil

olur. O, 1942-ci ilin iyununda almanların sovet qoşunları

üzərinə qəfil hücumu zamanı iki rus komissarını öldürərək,

əvvəlcədən razılaşdığı 20 nəfərlə birlikdə xidmət etdiyi

hərbi hissədən qaçır.

T. Atəşli xüsusi proqram üzrə hərbi təlim keçərək Berlin

zabitlər məktəbini teğmen (leytenant) rütbəsiylə başa

vurur və SS birliklərinə təyin edilir. Qeyd edək ki, «SS

4Almaniyada və işğal edilmiş bölgələrdə kütləvi terrorun

keçirilməsində başlıca silah idi» (2, s. 48). «SS -

Almaniya Silahlı Qüvvələrində «Mühafizə Dəstələri». 1925-

ci ildə yaradılıb. Sayı 50 min olmuşdur» (2, s. 213).

«Bir sıra hərbi əməliyyatlarda iştirak edən gənc zabit

üstteğmen (baş leytenant) rütbəsinə qədər yüksəlir, alman

ordusu tərkibində Stalinqrad cəbhəsində 95 gün döyüşərək,

bu dəfə ruslara əsir düşür. Bir təsadüf nəticəsində

əsirlikdən qurtulan Teymur alman hərbi əsirləri ilə

birlikdə Almaniyaya aparılır, bir müddət Mittenvald

beynəlxalq mültəcilər (pənah gətirənlər) kampında

(düşərgədə- A.P.) yaşayır. Burada ikən bir alman qızı ilə

ailə qurur. Nəhayət, Türkiyə hökumətinin himayəsi ilə

kampdan azad edilərək, 1949-cu il fevralın 12-də xanımı

ilə birgə İstanbula gəlir və siyasi mühacirətimizə

qatılır» (3).

«Adapazarında məskunlaşan M. Teymur Atəşli alman,

ingilis, rus dillərini mükəmməl bildiyindən həm özəl

xarici dil müəllimi, həm də notariat qurumlarında və

məhkəmələrdə andlı tərcüməçi kimi çalışaraq ailəsinin

güzəranını təmin edir. Bununla bərabər, əsas vəzifəsini

qələmi ilə Azərbaycan istiqlal mücadiləsinə xidmətdə görən

T.Atəşli bədii yaradıcılıqla da fəal məşğul olur, müxtəlif

mətbuat orqanlarında şeirlərini və digər yazılarını dərc

etdirir.

51956-cı ilin yanvar-fevral aylarında «Hürriyyət» qəzeti

ardıcıl olaraq 45 sayında onun «Stalinqrad cəhənnəmində 95

gün döyüşən türk» adlı savaş xatirələrini təfriqə şəklində

yayınlayır.

1961-ci ildən başlayaraq T. Atəşli Adapazarı «Axşam

Xəbərləri Qəzeti»ndə yazı işləri müdiri vəzifəsində

çalışır, eyni zamanda bu qəzetdə «Xalqdan bir səs» sütü-

nunda milli ruhlu şeirlərini dərc etdirir.

Qəlbi daim vətən həsrəti və məhəbbəti ilə döyünən şair

1976-cı il noyabrın 3-də, çərşənbə günü saat 16.00-da iş

başında ikən ürək çatışmazlığından vəfat etmiş və

Adapazarında dəfn olunmuşdur. Dünyasını dəyişərkən M.

Teymur Atəşlinin üç oğlan və iki qız övladı vardı» (4, s.

35-36).

Bir çox mühacirlərimizin yaradıcılığında olduğu kimi, T.

Atəşlinin bədii yaradıcılığının bel sütunu Azərbaycanın

istiqlaliyyəti məsələsidir. T. Atəşli II Dünya mü-

haribəsinin ən dəhşətli döyüş səhnələrindən birində –

Stalinqradda 95 gün iştirak etmiş, burada başına gələnləri

Türkiyədə yaşayan zaman «Hürriyyət» qəzetinin 1956-cı ilin

15 yanvarından – 28 fevralınadək çıxmış saylarında (2768-

2812) dərc etdirmişdir.

«Cəhənnəm» sözünün əsərin sərlövhəsinə çıxarılması heç

də təsadüfi deyil. Müqəddəs Qurani-Kərimin ən-Nəbə

surəsinin 21-22-ci ayələrində cəhənnəm barəsində yazılır:

6«Həqiqətən, Cəhənnəm pusqudur. O, azğınların məskənidir».

Soyuq, sərt iqlim şəraitində qan və atəş dolu müharibənin

dəhşətlərinə görə Stalinqrad əsərin adında cəhənnəm kimi

mənalandırılır.

Stalinqrad vuruşması (1942-1943) - Böyük Vətən müharibə-

sində sovet qoşunlarının Stalinqrad ətrafında alman-faşist

qoşunlarını darmadağın etmək üçün müdafiə və hücum

əməliyyatlarıdır. Sovet qoşunları müdafiə dövründə

düşmənin əsas qüvvələrini məhv etmiş və hücuma keçərək

alman qoşunlarını mühasirəyə almışdılar. Nəticədə,

general-feldmarşal F. Paulyus başda olmaqla 6-cı alman

ordusu 91 min nəfərlə birlikdə əsir düşmüşdü (5).

Almanlar II Dünya müharibəsi zamanı Stalinqradı ələ

keçirdikdən sonra Qafqaza sahib çıxmağı planlaşdırırdılar,

ancaq İngilitərə və Amerikanın ruslara köməyi, həm də

həddindən artıq soyuq iqlim şəraitində alman qoşunlarının

tab gətirməməsi nəticəsində məğlub oldular.

T. Atəşli Stalinqrad cəbhəsində yaşadığı əzabları,

tükürpərdən döyüş səhnələrində keçirdiyi stressləri əsərdə

xüsusi həssaslıq və səmimiyyətlə qələmə almışdır. O,

almanlar tərəfindən döyüşəndə, ən çətin anlarda, hətta bir

saniyəlik olumla ölüm arasında qalanda da ən böyük arzusu

Azərbaycana – doğma vətəninə qovuşmaq idi. Ancaq «Avropada

«250 milyonluq alman dövləti» yaratmaq istəyən Hitler

işğal etdiyi bölgələrdə xalqları hər şeydən məhrum etmək

7istəyirdi: həm torpaqdan, həm də azadlıqdan» (2, s. 78).

Bolşeviklərin azərbaycanlılara etdikləri zülm və

işgəncələri gördükcə T. Atəşlidə nifrət, intiqam hissi

daha da artır, onu bütün şiddətli döyüş səhnələrində tək

bir məqsəd üçün mücadilə etməyə sövq edirdi: «Benim

heyecanım Alman Führerinin karargahta olmasında değildi.

Hitler olmuş, Göring olmuş, Mareşal Keitel olmuş, umurumda

bile değildi. Ne Hitler ve ne de ötekiler benim milletimin

liderleri değildi. Alman ordusunda, Alman üniforması

giyerek, onlarla birlikte Ruslara karşı savaşıyordum ama,

gayelerimiz, hayallerimiz ve hayat düşüncelerimiz tama-

miyle ayrı idi. Ben o anda Kurtuluş ümidini, daha doğrusu

Rusların kırbacı altında ezilen memleketimi kurtarabilmek

fırsatının ancak Almanların elinde olduğunu görüyorum» (6,

№ 2793, s. 4).

T. Atəşlinin arzularının çıraqlandığı məkan Stalinqrad

idi. Çünki Qafqaza-doğma vətənə, Azərbaycana yaxınlaşdıran

qalibiyyət yolu Stalinqraddan başlayırdı: «Ben bunun

intikamını almak için yaşıyordum, vatanımı kurtulmuş,

yurttaşlarımı, din kardeşlerimi hür görmek istiyordum.

Beni bu cehennem ortasında hayata bağlayan tek kuvvet,

kanıma kadar sirayet eden intikam duygusu idi.

Kampa gelinceye kadar sallanan otomobilin içinde hep

bunları düşündüm. Buraya gelmekten asıl düşündüğüm şey,

ırkdaşlarımı görebilmek ümidi idi. Çünkü aynı şekilde ben

8de daha harbin başlarında Almanların eline esir düşmüş,

sonra içimdeki intikam arzusunun şevkiyle bugünkü mevkiimi

elde etmiştim» (6, № 2773, s. 4).

Azərbaycan ədəbiyyatında Hüseyn Abbaszadənin, N.

Xəzrinin yaratdığı bir sıra qəhrəmanlar T. Atəşli kimi

qürbətdə vətən həsrəti ilə yaşayırdılar. Hüseyn Abbaszadə-

nin «Hardansınız, Müsyo Abel?» povestində Müsyo Abel (Əbil

Xeybərov) də vətənə qovuşmaq ümidi ilə yaşayanlar

sırasındadır. Hər an doğma torpağında olmaq istəyi,

vətənin havasından sinəsinə çəkib, suyundan doyunca içmək

arzusu onu heç vaxt tərk etmir. Müsyo Abel alman

faşistlərinin əlindən Fransaya qaçanda fransız torpaq-

larını Azərbaycanın Şamaxı mənzərəsinə bənzədir: «Bura

dönüb Azərbaycan olaydı. Öz torpağımda hər kol, hər daş

məni qoruya bilərdi. Doğma torpaqda hər şey adama məhrəm

olur» (7, s. 21).

T. Atəşli ən çətin əməliyyatlarda belə öz əqidəsinə

sadiq insan kimi yaddaqalandır. Satqınlığın ərşə çıxdığı,

qanlı-qadalı bu məkanda onu qoynuna almaq istəyən

zərərverici nəfsin qarşısında baş əymir. Nataşa ilə bağlı

səhnə bunun əyani təzahürüdür. Teymur Albay Hallerin

tapşırığına əsasən Nataşa vasitəsi ilə rus subaylarını

zəhərləyərək kəllələrini almanlara təhvil verəcəkdi.

Nataşa olduqca gözəl, valehedici, cazibədar qadın idi.

Fəqət həyatının başlıca amalı vətənin istiqlaliyyəti olan

9T. Atəşlidən ötrü Nataşanın gözəlliyi önəmli deyildi. «Al-

man ordusunda üstteğmen rütbəsində qulluq edən Teymur

qanlı savaş meydanında, ən ekstremal vəziyyətlərdə belə

mənsub olduğu xalqın mənəvi-əxlaqi dəyərlərinə sadiqdir»

(8, s. 57). Teymur çox çətinliklə əməliyyat tapşırığını

yerinə yetirərək sonda istəyinə nail olur. O, yarbay

Kalnofun və yüzbaşı Puqaçevskinin kəllələrini əmrə əsasən

alman casusu Albay Halerə təhvil verir.

T. Atəşli heç kəsin öhdəsindən gələ bilməyəcəyi

əməliyyatlarda uğurla iştirak edib yüksək nəticə əldə

edəndə belə almanlardan böyük mükafat qazanmaq təmən-

nasında deyildi. O, döyüş rəşadətinə və qəhrəmanlıqlarına

görə almanların ən böyük nişanı olan Eisenkreuz – Dəmir

Xaçla mükafatlandırılır. O, bu mükafatı 70-dən çox rus

əsgərini məhv etdiyinə və bölük komandanını ölümdən xilas

etdiyinə görə əldə etmişdi. T. Atəşli hər bir almanın

arzulayacağı və sonsuz qürurla daşıyacağı bu möhtəşəm

nişanı boynundan asanda da vicdan əzabı keçirirdi. Çünki

müsəlman bir türkün nə qədər böyük mükafat da olsa, bir

xristian xaçını boynundan asması islamiyyətdə böyük günah

hesab olunur. Ancaq T. Atəşli bu dəmir xaçı boynuna taxma-

ğa məcbur idi. Onu buna sövq edən yenə vətəninin

istiqlalına qovuşmaq ümidi idi. T. Atəşli bir müsəlman

olaraq öz günahını da dərk edir, qəlbindəki hisslərini

ancaq Allahına söyləyir: «Allahım, beni affet! Nasıl bir

10bâdirenin içinde olduğumu sen daha iyi bilirsin. Ben

Müslüman olarak doğdum, canımı yine Müslüman olarak al!»

(6, № 2772, s. 4).

Almanlar T. Atəşliyə Dəmir xaçla yanaşı, 3 günlük

məzuniyyət də vermişdilər. T. Atəşli bu məzuniyyəti

həmvətənlərinin əsirlikdən xilası üçün istifadə edir. O,

əslən Azərbaycandan olan sovet əsirlərini alman ordusunda

xidmət etmək üçün Rostova göndərir. Çünki həmin dövrdə

əsirlər əgər yenidən vətənlərinə qayıtsa idilər, onları ya

sürgün həyatı, ya da ölüm gözləyirdi. «Həm yəhudilərlə

eyniləşdirildiyinə, həm də «Asiyalı» kateqoriyaya

mənsubluğuna görə ən çox qətlə yetirilən tatarlar və

türküstanlılar idi. Onların məhv edilməsi üçün SD tərə-

findən ayrıca təlimat da verilmişdi. Məhz buna görə

Rozenberq bir səfərində Hitlerə şikayətlənmiş və

bildirmişdi ki, bu qədər insanları öldürməkdənsə, onları

legionlara cəlb etmək daha doğru olardı. Qeyd edək ki,

yalnız 1941-ci il sentyabrın 12-də SD birlikləri

tərəfindən əsirlərə qarşı olan sərt münasibət azalmağa

başladı» (2, s. 89).

T. Atəşlinin həyatında rus işğalçıları nə qədər məşum

rol oynasalar da, onda ruslara qarşı nə qədər böyük nifrət

hissi, kin olsa da, yenə də yeri gələndə rus əsirlərinin

vəziyyətinə acıyır. Min bir əzabla qazandığı nişanı bu

yolda sərf edərək, kənd camaatını rus əsirlərinin ərzaqla

11təmin olunmasına səfərbər edir. Çünki rus əsirlərin

hamısından T. Atəşli eyni sözü eşidirdi: «– «Mücadele

etmezsek, arkadan kurşunu yemek işten bile değildi. Ama

canımıza tak etti. İsterseniz bizi öldürün. Yeter ki bu

çektiklerimiz fazla uzamasın!…».

Hep aynı lâflar. Bunları Rus cephesine esirlerle

yaptığım her konuşmada duymuştum» (6, № 2796, s. 4).

Humanizm T. Atəşlinin xarakterində hər zaman özünü büruzə

verir. Hətta o, yeri gələndə bombalar yağışı altında ölmüş

rus qadınının əlindən körpəsini alaraq xilas edir:

«Ganimet olarak küçük yavruyu da alarak, yine tehlikesizce

karargaha döndük. O cehennem ateşi içerisinde, bizim

zavallı yavrucak, askerlere bir neşe getirdi. En katı

kalpli askerler ile, küçüğü kucaklarına alıp, okşayarak

ona süt bulabilmek için birbirleriyle yarışmaya

başladılar. Bu da ölüm kokan bu yerde insanlığın henüz

mahv olmadığına bir işarettir» (6, № 2799, s. 4). T. Atəş-

li ona böyük yamanlıqlar etmiş, günahkar, zalım düşməninə

qarşı nə qədər qəddar cinayətkar olsa da, düşməninin

qanından olan günahsız körpəsinə qarşı bir o qədər zərif,

həssas bir insandır. Bu da T. Atəşlinin xarakterində haqq,

ədalət prinsipinin necə böyük üstün mövqe tutduğunu sübuta

yetirir. Lakin, əsərdə heç bir bolşevikin T. Atəşli kimi

humanist xarakterli olduğunu görmürük. Bəzən əksinə, Rus

əsgərlərinin döyüş səhnələrində müxtəlif

12soyğunçuluqlarının şahidi oluruq. «Eliyle işaret ettiği

yerde bir sürü yarı çıplak ceset vardı. Öyle anlaşılıyordu

ki, Ruslar geri çekilirken bile kendi ölülerini soymağı

ihmal etmemişlerdi» (6, № 2769, s. 4).

II Dünya müharibəsi zamanı həm almanlar, həm də sovet

ordusu tərəfdən milyonlarla insan həlak oldu. Hər bir

düşmən cəbhəsində müxtəlif millətin nümayəndələri kimi

azərbaycanlı soydaşlarımız da bir-birilərinə qarşı düşmən

mövqeyində vuruşurdular. «Əslində taleyi öz əllərində

olmadıqlarından ayrı-ayrı cəbhələrdə (alman və sovet) bir-

birilərinə güllə atmaq məcburiyyətində qalan hər iki

tərəfin vəziyyətini başa düşmək çətin də deyil. Millət

müstəqil olmayanda, öz taleyinə özü sahiblik edə

bilməyəndə təbii ki, o başqalarının əlində alət olur» (9,

s. 173).

Teymurun xalasığolu Müzəffərlə rastlaşdığı səhnə bu

baxımdan səciyyəvidir. Teymur ömrünün 17 ilini bir

süfrənin arxasında keçirdiyi, doğma xalasıoğlu Müzəffərlə

cəbhədə üz-üzə gələrək, özünü müdafiə etməkdən ötrü onu

istəmədən öldürmək məcburiyyətində qalır. T. Atəşli

xalasığoluna qarşı böyük həsrətli məhəbbətini bildirmək

istəsə də, Müzəffərin qəddar bir bolşevik kimi

davrandığından bu istəyi baş tutmur. Çünki Müzəffər bütün

ailənin başına gələn bədbəxt hadisələrdə yeganə səbəbkar

kimi Teymuru görürdü. «İki Rus siyasi komiserini

13öldürerek, kandırdığın 20 arkadaşınla Almanların tarafına

kaçtığın için, bunun cezasını deden ve kardeşlerin çekti.

Dedeni astılar... Cesedini köpekler gibi sokaklarda

sürüyerek, korku ile bakanlara «İşte hainler yetiştiren

kocamış bir köpeği görmek istiyorsanız, dikkatli bakın...»

dediler. Dört kardeşin de kimsenin haberi olmadan ortadan

yok oldu. Hasta olan amcanla bir amcazadeni sokak

ortasında dayak ata ata dolaştırdılar ve sonra da halka

linç ettirdiler. Ben asker olduğum için, ölümden zor

kurtuldum. Sen hayatını kurtardın, ama senin yüzünden

yarım düzine insan öbür dünyayı boyladı. İşte sana güzel

haberler... Şimdi belki daha çok sevinir, daha çok

ferahlarsın?..» (6, № 2791, s. 4). T. Atəşli göz yaşlarını

qəlbinə axıdaraq qardaşı qardaşa öldürən dünyaya nifrət

oxuyur. Bundan sonra onda döyüşkənlik ruhunun yavaş-yavaş

öləziməsi başlayır.

T. Atəşlinin almanlara qarşı nifrət hissi növbəti dəfə

SS birliklərində böyük xidmətləri ilə seçilən ölmüş rus

generalı Sadkofun kəlləsini görən zaman yaranır. O, Albay

Halerdən general Sadkofun rus casusu olduğuna görə

öldürüldüyünü öyrənir. Üstəlik, T. Atəşli bu hadisədən

sonra anlayır ki, almanlar qarşısında nə qədər müstəsna

xidmətlər göstərsə də, onlar heç bir zaman başqa millətə

inanmır, sirlərini bilən şəxsi isə gec-tez öldürürlər.

«Qeyd edək ki, könüllülərə münasibət Almaniya hökumətində

14heç də birmənalı deyildi. Üçüncü reyxin liderləri bolşevik

rejimində böyümüş insanlara tam etibar etmirdilər» (2, s.

77), «1943-cü ilin sentyabrında isə Kursk döyüşünün

nəticələri müzakirə edilərkən Hitler məğlubiyyətin başlıca

səbəbini könüllü hissələrin «satqınlığı»nda görmüş və

demişdi: «Almanların müşahidələrinə görə etibarsızlıq və

sürüşkənlik baxımından birinci planda ermənilər, sonra

gürcülər, ikinci planda Volqa tatarları ilə türküstanlılar

dayanırdı. Azərbaycanlılarda və şimali qafqazlılarda belə

hallara çox az təsadüf olunurdu» (2, s. 95).

Əsərdə T. Atəşlinin şahidi olduğu hadisələrdən biri də

əsgərlərin döyüş ruhunu sarsıtmaq üçün yayılan yanlış –

gah Hitlerin, gah da Stalinin intihar etməsi ilə bağlı

məlumatlardır: «Bu habere inanmadım. Çünkü harp sırasında

bu kabil yalanların nasıl askerin maneviyatı üzerinde

tesirler yapacağını SS birliklerinde hususi bir kurs gör-

düğüm sıralarda bize öğretmişlerdi. Nitekim, sonradan

düşündüklerim doğru da çıktı» (6, №2797, s. 4). Əslində bu

cür məlumatlar müasir İnformatika elmində işlənilən

«informasiya müharibəsi» termininin qaynaqlarından

biridir. İnformasiya müharibəsinin yeddi formasından biri

psixoloji müharibədir ki, bu da təbliğat, beyinlərin

yuyulması ilə vətəndaş ruhunun sındırılmasına xidmət edir.

Bu cür psixoloji təsir üsullarından digər məşhur

sərkərdələr (Makedoniyalı İsgəndər, Əmir Teymur və b.) tə-

15rəfindən də istifadə edilmişdir. Hətta II Dünya müharibəsi

zamanı Adolf Hitler və Stalin də informasiya-psixoloji

təsirin əhəmiyyətini yaxşı anlayırdılar. O zamankı infor-

masiya əməliyyatlarının indiki əməliyyatlardan yeganə

fərqi o idi ki, onlara hərbi əməliyyatlar kimi baxılmırdı.

Çünki həmin dövrlərdə vətəndaş ruhunun sındırılmasına

xidmət edən informasiyanın ötürülməsində texniki vasitə-

lərdən istifadə edilmirdi.

Alman əsgərləri dəhşətlər törətməkdə ruslardan heç də

geri qalmırdılar. «Almanlar, telâş ve korku içindeydiler

ama, kabahat de kendilerinindi. Çünkü insaf tanımayan

Naziler kendilerini bir kurtarıcı gibi bekleyen sivil

halka öyle zulüm yapmışlardı ki, halk, komünistlerden daha

beter olan Almanlardan çabucak soğumuş, Ruslara dönmüştü.

Almanlar, ektikleri zulüm tohumlarının meyvesini şimdi

yavaş-yavaş yemek zorundaydılar» (6, № 2803, s. 4).

Almanların məğlubiyyətlərinin bir səbəbi də elə bu idi və

əsərdə həmin məqam aydın bir şəkildə çatdırılır.

T. Atəşli özünü müdafiə etməkdən ötrü ona qarşı sui-qəsd

hazırlayan general Stettenhoferi güllələyir. Amma general

Stettenhoferi öldürülməklə T. Atəşlinin alman hərbiçiləri

üçün xeyirxah bir iş gördüyünü desək, heç də yanılmarıq.

Çünki onun zülmündən almanlar artıq cana doymuşdular.

Yüksək rütbəli alman zabitləri içərisində general

Stettenhofer qaniçənliyi, qəddarlığı ilə, türk əsgərlərinə

16böyük simpatiya bəsləyən, istihbarat şefi Albay Haler isə

humanizm və ədalətsevərliyi ilə diqqəti cəlb edir. T.

Atəşli general Stettenhoferi öldürməklə Albay Halerin də

həyatını ölümdən xilas etmiş olur. Əslən alman olan Albay

Haler Rusiyada dünyaya gəlmiş, Kiyevdə təhsil almış,

ruslar içərisində çalışan alman casusudur. Ən çətin

əməliyyatlarda T. Atəşliyə köməklik göstərən, türklərə

qarşı rəğbəti ilə seçilən Albay Haler idi. Albay Haler

Teymuru iki dəfə – birinci dəfə ruslara əsir düşəndə,

ikinci dəfə isə general Stettenhoferin öldürülməsi ilə

bağlı sorğuya çəkilən zaman onu ölümdən xilas edir. Çox

təəssüflər olsun ki, T. Atəşli Albay Halerə olan mənəvi

borcunu ödəyə bilmir, çünki alman casusu olduğu üzə çıxdı-

ğından, o, bomba ilə həm özünü, həm də 1 rus generalı və 3

yüksək rütbəli subayı öldürür.

Asiyanın sərt iqlimli regionlarından hərbi xidmətə

çağırılan rus əsgərlərindən fərqli olaraq alman əsgərləri

Stalinqradın kəskin qışına tab gətirə bilmirdilər. Atəşli

zamanın onun xeyrinə işləmədiyini artıq yavaş-yavaş

anlamışdı. Almanlar müharibənin sonlarına yaxın ölümə

doğru çökən xəstə kimi tədricən məğlub olurdular.

Stalinqrad vuruşmasının əvvəlindəki böyük coşğu və həvəs

müharibənin sonlarında artıq sönməkdə idi. Stalinqrad

cəhənnəm əzabından da betər məkana dönmüşdü. Hər yaralanan

əsgər xəstəxanaya gedəndə buzlu cəhənnəmdən qurtulduğuna

17görə Allaha min dəfə şükr edirdi. Çünki əsgərlər

almanların acımasızlıqlarını gördükcə ürəklərində onlara

qarşı nifrət daha da güclənir, qalibiyyət ümidləri isə

yavaş-yavaş soyuyurdu.

Stalinqrad vuruşmasında almanların məğlubiyyəti labüd

olduğundan Marşal fon Paulyus ruslarla təslim şərtləri

imzalamaq məcburiyyətində qalır. Teymur yaralandığı üçün

döyüş qabiliyyətini itirir, ancaq öz qismətinə boyun

əymir. 95 gün çiyin-çiyinə vuruşduğu döyüş yoldaşlarının

halına acıyaraq deyir: «Bir çok yaralı daha vardı. Uçağa

binerken gözlerim yaşardı. Ben kurtuluyordum ama,

arkadaşlarım ve bu koca ordu artık yok olacak demekti» (6,

№2810, s. 4). Burada Teymurun qəlbindəki böyük xeyirxahlıq

hissinin bir daha şahidi oluruq.

Beləliklə, istiqlaliyyət uğrunda T. Atəşlinin apardığı

95 günlük ölüm-dirim mübarizəsi təkcə Stalinqrad

vuruşmasının deyil, eyni zamanda onun bütün ümidlərinin,

arzularının məğlubiyyəti ilə başa çatır.

T. Atəşli nə qədər alman faşistlərinin qələbəsini istəsə

də, Hüseyn Abbaszadənin «Hardansınız, Müsyo Abel?»

povestinin qəhrəmanı «Müsəlman legion»undan olan Müsyo

Abel (Əbil Xeybərov) ondan fərqli olaraq, alman

faşistlərinin məğlubiyyətini arzulayırdı. Hər iki

qəhrəmanın ayağı yad torpaqlarda olsa da, hər an qəlbləri

vətən həsrəti ilə çırpınırdı. T. Atəşlidən fərqli olaraq,

18Müsyo Abel cəngavər deyil, sentimental bir qəhrəmandır.

Müsyo Abel «Müsəlman legion»unda həkim kimi fəaliyyət

göstərmiş, düşərgədə heç kəsə qoşulmadığına görə satqın

adı ilə damğalanmış, əslində isə satqınlığı bacarmadığına

görə Fransada qaçıb gizlənmişdi. Vətənə qayıtmaq anı

gələndə həmyerliləri tərəfindən damğalı adı ilə günahl-

andırılaraq ömrünü qürbətdə keçirmək məcburiyyətində

qalır. Müsyo Abel fransız qızı Jorjetta ilə ailə qurub iki

övlad sahibi olsa da, maddi güzəranı nə qədər yaxşı keçsə

də, vətən həsrəti və üstəlik satqın damğası onun

xoşbəxtliyinə hər zaman mane olur. Sonda Müsyo Abelin də

ürəyi T. Atəşli kimi vətən həsrətinə tab gətirə bilmədi.

Müsyo Abelin yeganə silahı melanxolik hisslərlə qələmə

aldığı gündəlik olur. Yalnız bu gündəlik sayəsində Müsyo

Abel ölümündən sonra doğma vətənində bəraət qazana bilir.

1976-cı ildə Almaniyada həmvətənləri ilə görüşən Nəbi

Xəzri apardığı qeydlər əsasında «Səssiz fəryadlar»

hekayələr silsiləsini yaratdı. Fəqət bu silsilənin qəhrə-

manları nə qədər yüksək dözüm nümayiş etdirsələr də, heç

biri T. Atəşli kimi mübariz deyillər. Çünki onlar qürbətdə

nə qədər firavan həyat sürsələr də, yurdun bir şüşə

suyuna, bir ovuc torpağına həsrətdirlər, vətənin muğamatı

ilə xəyalən doğma torpağı dolaşıb yada salırlar, bəhrəsiz

iydə kimi öz elinə, obasına xeyir vermədiklərinə görə

hətta şikəst bir tale sahibidirlər.

19Bəlkə də T. Atəşli rus hərbi hissələri tərəfində

vuruşub, yenidən vətəninə qayıdıb, valideynlərinə qarşı

törədilən işgəncələri unudub, cibində SSRİ vətəndaşı

pasportu gəzdirərək doğma torpağında başqa soydaşları kimi

özünə firavan, rahat həyat qura bilərdi. Ancaq o, taleyin

hökmünə boyun əymədi və həmin hökmə qarşı ömrünün sonuna

qədər mübarizə apardı. T. Atəşlinin mübarizəsi də adi

mübarizə olmadı, ölüm-dirim savaşları içərisində doğma

vətənin istiqlaliyyəti uğrunda mübarizə idi. O, heç bir

zaman milli istiqlal idealına xəyanət etməmişdir. T.

Atəşli sovet işğalından azad olunmuş, müstəqil Azərbay-

canın vətəndaşı olmaq arzusunda idi. Hətta Türkiyədə

yaşadığı illərdə belə ürəyindəki atəşi soyutmaq üçün

qələminin gücü ilə öz ideyalarını yazdığı şeirlərində

təbliğ etdi, ömrünün sonuna qədər vətənə qovuşacağı günü

gözlədi. Çox təəssüflər olsun ki, həmin günü görmək ona

nəsib olmadı.

Vətənpərvərlik hissinin aşılanmasına böyük ehtiyacı

duyulan cəmiyyətimizdə T. Atəşlinin milli

istiqlal uğrunda apardığı qəhrəmanlıq mübarizəsi müasir

gənc nəslə ən böyük örnəkdir.

Zənnimizcə, T. Atəşlinin bədii irsinin, o cümlədən milli

istiqlal hərəkatının mühüm bir dövrünü canlandıran

«Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk» savaş

20xatirələrinin Azərbaycan türkcəsində nəşrinə və üzərində

daha geniş araşdırmalar aparılmasına böyük ehtiyac vardır.

ƏDƏBİYYAT

1.Səmədova Nailə. Azərbaycan memuar ədəbiyyatı tarixi.

Bakı: Nurlan, 2006,

332 s.

2.Yaqublu Nəsiman. Azərbaycan legionerləri. Bakı:

Çıraq, 2005, 336 s.

3.Eski alman SS subayı Teymur Ateşli kimdir?.

«Hürriyet» qəz., İstanbul,

1956, 15 ocak, sayı 2768.

4.Cabbarlı Nikpur. Mustafa Teymur Atəşlinin poeziyasına

dair // AMEA

Ədəbiyyat Məcmuəsi. XX cild, Bakı, Ozan, 2007, s. 35-

45.

5.http://az.wikipedia.org/wiki/Stalinqrad_d%C3%B6y%C3%BC

%C5%9F%C3%BC.

6.Ateşli Teymur. Stalingrat cehennemində 95 gün döğüşen

türk. «Hürriyet»

qəz., İstanbul, 1956, 15 ocak-28 şubat, saylar 2768-

2812.

7.Abbaszadə Hüseyn. Hardansınız, Müsyo Abel?. Bakı:

Gənclik, 1972, 296 s.

218.Cabbarlı Nikpur. Azərbaycan mühacirət nəsri. Bakı: Elm

və təhsil, 2011,

140 s.

9.İbrahimli Xaləddin. Azərbaycan siyasi mühacirəti.

Bakı: Elm və təhsil, 2012,

371 s.

ОТРАЖЕНИЕ ИДЕИ НАЦИОНАЛЬНОЙ НЕЗАВИСИМОСТИ В ПРОИЗВЕДЕНИИ

ТЕЙМУРА АТЕШЛИ «95 ДНЕЙ ИЗ ЖИЗНИ ВОИНА ТЮРКА В

СТАЛИНГРАДСКОМ АДУ»

А.Н. ПАШАЕВА

РЕЗЮМЕ

Мустафа Теймур Атешли – один из выдающихся

представителей Азербайджанской эмигрантской литературы, в

течение девяносто пяти дней был участником самого

кровавого военного сражения Второй мировой войны – Сталин-

градской битвы. События, свидетелем которых он стал, легли

в основу его военных воспоминаний «95 дней воюющего тюрка

в аду Сталинграда», где он описал все произошедшее с ним.

Писатель опубликовал данное произведение в период

проживания в Турции по частям на страницах газеты

«Хурриет» с 15 января по 28 февраля 1956 г. (2768-2812).

В представленной статье указанные воспоминания Т. Атешли

привлечены к исследованию как достойные внимания образцы

Азербайджанской эмигрантской прозы, выявлены идейно-

22художественные особенности произведения. Автор статьи,

опираясь на научные источники, рассматривает деятельность

азербайджанских ополченцев национального легиона как

составную часть движения за национальную независимость и

оценивает рассматриваемое произведение в данном аспекте.

Ключевые слова: эмиграция, мемуары, Сталинградская

битва, национальная независимость

REFLECTİON OF THE İDEA OF NATİONAL İNDEPENDENCE İN

TEYMUR ATESHLY’S WORK BY NAME

«THE TURKİSH FİGHTİNG 95 DAYS ON THE HELL OF STALİNGRAD»

A.N. PASHAYEVA

SUMMARY

Teymur Ateshly, who is one of the prominent

representatives of Azerbaijan migration literature

participated 95 days in the scene of the most terrible

battles of World War II – in Stalingrad, described the

events happened here in his memories of war by name «The

turkish fighting 95 days on the hell of Stalingrad». He

published this work in split on the numbers (2768-2812) of

«Hurriyyat» printed from 15 January 1956 to 28 February at

that time when he lived in Turkey.

In the article Teymur Ateshly’s the same memories

involved to research as a remarkable pattern of emigration

23prose, ideological and artistic features of the work are

found. The author accepted the activity of the

Azerbaijanian fighters in the national legions as the part

of the movement for independence according to the

scientific sources and evaluated the work in this

direction.

Key words: migration, memoir, battle of Stalingrad,

national independence.