Khayyam: Impersonation of Eastern Wisdom

17
NƏSİB GÖYÜŞOV XƏYYAM: ŞƏRQ MÜDRİKLİYİNİN TİMSALI * 1 Orta çağlarda müsəlman Şərq ictimai-mədəni mühitində elm, hikmət və ədəbiyyat bir- birinə qovuşuq halda təşəkkül tapıb inkişaf etmişdir. O dövrə xas ciddi və əhatəli təhsil alan şəxslər ensiklopedik biliklərə yiy ələnməklə, Quran və islam maarifi ilə yanaşı, təbiətşünas- ğın əsasları, nəzəri və əməli hikmət, əxlaq, poetika, irfan və s. sahələr üzrə geniş məlumata malik olmuşlar. Savadlı zümrə müxtəlif elm sahələri ilə yanaşı, sənət və ədəbiyyata böyük maraq göstərmiş, bir çox alimlər bədii zövqə malik olmaqla özləri şeir söyləmiş və ədəbi əsərlər də yazmışlar. Şərqdə əksər alimlər estetik zövq sahibi olmuş, elə onun nəticəsində İbn Sina, Qəzali, Eynülqüzzat Həmədani, Şihabəddin Söhrəvərdi (Şeyx İşraq) gözəl ədəbi nümunələr yaratmışlar. Ömər Xəyyam Nişaburi (440/1048-526/1131) təkcə İran və Şərqdə deyil, dünyada tanı- nan filosof, alim və mütəfəkkirlər sırasındadır. O, daha çox elmi sima kimi məşhur olub, ədə- bi sahədə isə əsasən rübailəri ilə maraq doğurub və çoxsaylı dübey tilərdən yalnız 200-250 civarında olanı Xəyyama aiddir. Mərhum Məhəmmədəli Füruğinin araşdırmalasrına görə, Xəyyamın rübailərinin sayı 200-dən çox deyil. Çoxsaylı rübailər sonradan onun adına söylənmiş və görünür, bunları qoşanlar zahiri baxımdan bəsit və sadəlöhvcəsinə səslənən fikirlərini Xəyyamın elmi-fəlsəfi siması, nüfuzu və adı ilə yaşatmaq istəmişlər. Qaynaqlarda “Xəyyam” təxəllüsü ilə yazan daha üç şəxsin də adı çəkilir. Xəyyam daha çox filosof, münəccim və riyaziyyatçı kimi məşhurdur və görünür, rübai- ləri ruhuna təskinlik üçün yazıb. Xəyyam rübailərinin bir qismi ingilis dilinə tərmə edil- dikdən sonra avropalılar arasında çox məşhurlaşıb. Tədricən bu dördlüklər əksər mühüm dillərə çevrilib, ruslar da onu öz psixologiyasına uyğun sevmiş və onun rübailərini dəfələrlə tərcümə etmişlər. Yabançıların çoxu öz baxış eynəkləri ilə Xəyyam rübailərinin zahirini görmüş, onların dərin fəlsəfi məzmununu bir kənara qoyaraq, öz dar düşüncə tərzinə uyğun yozmağa cəhd göstərmişlər. Ustad Əllamə Cəfərinin qeyd etdiyi kimi, müasir bəsit düşüncə sahibləri Xəyyamda üç şey axtarırlar: 1. Şərab motivləri və dünyəvi ləzzət (hedonizm); 2. Varlığı və gerçəkliyi boş və puç sanmaq (nihilizm); 3. Dünya və həyatdan sadəcə maddi istifadə (praqmatizm). Ancaq Xəyyamın başqa bir aləmi vardır. Böyük təbiətşünas alim və filosof olan həkim Ömər Xəyyam daimi həqiqət axtarışında gerçəkliyin zahiri pərdəsi arxasında gizlənən, adi gözün, hətta əqli təfəkkürün də görə bilmədiyi sirlərin önündə heyrətlənir, həqiqəti və və onu öz dar düşüncə çərçivəsində səthi və yanlış anlayanlara qabaqcadan xəbərdarlıq edir: “ Ey bixəbərl ər, yol nə odur, nə də bu”. Xəyyamın dünyagörüşü, xüsusilə ədəbi irsi barədə istər Qərbdə, istərsə də Şərqdə aparılan araşdırmalarda mübaliğələr və təhriflər müşahidə edilir ki, bunların bir qismi keçmişdən qaynaqlanır. Elə ədəbi təzkirələrin özlərində belə hallar az deyil, hətta hər hansı bir şəxsiyy ətin adı ilə bağlı cürbəcür əfsanələr qoşulur. Elə Səlcuqilərin vəziri Nizamülmülk, Ömər Xəyyam və Həsən İbn Səbbah haqqında da belə rəvay ətlər düzəltmişlər ki, guya, onlar uşaqlıqda bir mədrəsədə oxuyarkən əhd edirlər ki, böyüyəndə hər biri bir uca məqama çatsa, o birisinə kömək etsin. Xəyy amin rübailərinin təhlilinə keçməzdən öncə, onun elmi-fəlsəfi mirası əsasında dünyagörüşünün ən mühüm cizgilərini ümumiləşdirməyə çalışaq: - Allahın vücudunun heç bir səbəb və dəlilə ehtiyacı yoxdur; 1 Məqalə Xəyyam rübailərinə yazılan girişdir. Ömər Xəyyam. Rübailər. Ön söz, farsca mətnin trasliterasiyası, filoloji tərcümə və elmi redaktə:Dr. Nəsib Göyüşov. Ömər Xəyyam. Rübailər. Ön söz, farsca mətnin trasliterasiyası, filoloji tərcümə və elmi redaktə

Transcript of Khayyam: Impersonation of Eastern Wisdom

NƏSİB GÖYÜŞOV

XƏYYAM: ŞƏRQ MÜDRİKLİYİNİN TİMSALI*1

Orta çağlarda müsəlman Şərq ictimai-mədəni mühitində elm, hikmət və ədəbiyyat bir-

birinə qovuşuq halda təşəkkül tapıb inkişaf etmişdir. O dövrə xas ciddi və əhatəli təhsil alan

şəxslər ensiklopedik biliklərə yiyələnməklə, Quran və islam maarifi ilə yanaşı, təbiətşünaslı-

ğın əsasları, nəzəri və əməli hikmət, əxlaq, poetika, irfan və s. sahələr üzrə geniş məlumata

malik olmuşlar. Savadlı zümrə müxtəlif elm sahələri ilə yanaşı, sənət və ədəbiyyata böyük maraq göstərmiş, bir çox alimlər bədii zövqə malik olmaqla özləri şeir söyləmiş və ədəbi

əsərlər də yazmışlar. Şərqdə əksər alimlər estetik zövq sahibi olmuş, elə onun nəticəsində İbn

Sina, Qəzali, Eynülqüzzat Həmədani, Şihabəddin Söhrəvərdi (Şeyx İşraq) gözəl ədəbi

nümunələr yaratmışlar.

Ömər Xəyyam Nişaburi (440/1048-526/1131) təkcə İran və Şərqdə deyil, dünyada tanı-

nan filosof, alim və mütəfəkkirlər sırasındadır. O, daha çox elmi sima kimi məşhur olub, ədə-

bi sahədə isə əsasən rübailəri ilə maraq doğurub və çoxsaylı dübeytilərdən yalnız 200-250

civarında olanı Xəyyama aiddir. Mərhum Məhəmmədəli Füruğinin araşdırmalasrına görə,

Xəyyamın rübailərinin sayı 200-dən çox deyil. Çoxsaylı rübailər sonradan onun adına

söylənmiş və görünür, bunları qoşanlar zahiri baxımdan bəsit və sadəlöhvcəsinə səslənən fikirlərini Xəyyamın elmi-fəlsəfi siması, nüfuzu və adı ilə yaşatmaq istəmişlər. Qaynaqlarda

“Xəyyam” təxəllüsü ilə yazan daha üç şəxsin də adı çəkilir.

Xəyyam daha çox filosof, münəccim və riyaziyyatçı kimi məşhurdur və görünür, rübai-

ləri ruhuna təskinlik üçün yazıb. Xəyyam rübailərinin bir qismi ingilis dilinə tərcümə edil-

dikdən sonra avropalılar arasında çox məşhurlaşıb. Tədricən bu dördlüklər əksər mühüm

dillərə çevrilib, ruslar da onu öz psixologiyasına uyğun sevmiş və onun rübailərini dəfələrlə

tərcümə etmişlər. Yabançıların çoxu öz baxış eynəkləri ilə Xəyyam rübailərinin zahirini

görmüş, onların dərin fəlsəfi məzmununu bir kənara qoyaraq, öz dar düşüncə tərzinə uyğun

yozmağa cəhd göstərmişlər. Ustad Əllamə Cəfərinin qeyd etdiyi kimi, müasir bəsit düşüncə sahibləri Xəyyamda üç şey axtarırlar:

1. Şərab motivləri və dünyəvi ləzzət (hedonizm);

2. Varlığı və gerçəkliyi boş və puç sanmaq (nihilizm);

3. Dünya və həyatdan sadəcə maddi istifadə (praqmatizm).

Ancaq Xəyyamın başqa bir aləmi vardır. Böyük təbiətşünas alim və filosof olan həkim

Ömər Xəyyam daimi həqiqət axtarışında gerçəkliyin zahiri pərdəsi arxasında gizlənən, adi

gözün, hətta əqli təfəkkürün də görə bilmədiyi sirlərin önündə heyrətlənir, həqiqəti və və onu

öz dar düşüncə çərçivəsində səthi və yanlış anlayanlara qabaqcadan xəbərdarlıq edir:

“ Ey bixəbərlər, yol nə odur, nə də bu”. Xəyyamın dünyagörüşü, xüsusilə ədəbi irsi barədə istər Qərbdə, istərsə də Şərqdə

aparılan araşdırmalarda mübaliğələr və təhriflər müşahidə edilir ki, bunların bir qismi

keçmişdən qaynaqlanır. Elə ədəbi təzkirələrin özlərində belə hallar az deyil, hətta hər hansı

bir şəxsiyyətin adı ilə bağlı cürbəcür əfsanələr qoşulur. Elə Səlcuqilərin vəziri Nizamülmülk,

Ömər Xəyyam və Həsən İbn Səbbah haqqında da belə rəvayətlər düzəltmişlər ki, guya, onlar

uşaqlıqda bir mədrəsədə oxuyarkən əhd edirlər ki, böyüyəndə hər biri bir uca məqama çatsa,

o birisinə kömək etsin.

Xəyyamin rübailərinin təhlilinə keçməzdən öncə, onun elmi-fəlsəfi mirası əsasında

dünyagörüşünün ən mühüm cizgilərini ümumiləşdirməyə çalışaq: - Allahın vücudunun heç bir səbəb və dəlilə ehtiyacı yoxdur;

1 Məqalə Xəyyam rübailərinə yazılan girişdir. Ömər Xəyyam. Rübailər. Ön söz, farsca mətnin trasliterasiyası,

filoloji tərcümə və elmi redaktə:Dr. Nəsib Göyüşov. Ömər Xəyyam. Rübailər. Ön söz, farsca mətnin trasliterasiyası,

filoloji tərcümə və elmi redaktə

2

- Varlıq aləmində olan hər şey həm gerçək, həm də fanidir; - İlahi təqdir, qəza və qədər – bir növ alın yazısı kimi qaçılmazdır;

- Aləmdə olan bütün varlıq nümunələri Allahın feyzindən qaynaqlanır;

- İlahi təklif insanları mənəvi kamilliyə çatdırmaq üçündür;

- Peyğəmbərlər insanlar arasında ədaləti bərqərar etmək üçün göndərilmişlər;

- Ağılın ən uca mərtəbəsi Allahdah gələn külli əqlə xasdır;

- İnsanların ali hədəfi Allahın rizasını qazanmaq və Ona layiq əxlaqa yiyələnməkdir;

İlahi əmr və qadağanın üç faydası vardır:

1. Nnəfsi pərhizkarlıq;

2. Axirətə hazırlıq; 3. Haqqın ayə və hökmlərini yadda saxlamaq.

Xəyyamın rübüilərində dünyanın faniliyi tez-tez xatırlanır və insan ona bəxş edilən

ömür fürsətindən səmərəli istifadəyə dəvət olunur. Bu, heç də müasir hedonizm, nihilizm və

praqmatizm ünsürləri deyildir. Qur’anda da dünya fani və dünya həyatı ləhv sayılır. Ancaq

bu o demək deyildir ki, insan dünyanı puç sanaraq həmin fürsətdən yalnız öz fizioloji-maddi

istəklərini, tamah atəşini söndürmək, nəfsini məzələndirmək üçün faydalanmalıdır. Axı Allah

insana cismani varlıqla yanaşı, ağıl və qəlb kimi fəzilət və nemət vermişdir. Bunların

müqabilində öz Xaliqini yada salmağın nə zərəri ola bilər?! Islamda hind, xristian və başqa

mistik təlimlərə xas tərkidünyalıq yoxdur - Qur’ana görə, insan dünyadan öz nəsibini götürməlidir, ancaq dünyəvi nemətlərdən yararlanarkən ədalət tərəzisini – yəni Haqqı unut-

maq olmaz.

İki növ idrak var: hissi və əqli təfəkkür, bir də bəsirət yolu ilə olan mərifət. Birincisi

bəşərin öz səyi ilə əldə edilir, ikincisi isə ilahi vergi kimi qəlbə nazil olur. Ancaq Haqqın

substansiyasına xas elə sirrli və gizli mətləblər vardır ki, bəşərin ora yolu yoxdur. İlahinin ca-

lal pərdəsi götürülərsə bütün varlıq aləmi, sən və mən – nə varsa fənaya uğrayar:

اسغاع اػل ت صای هي

یي دغف هعوا ت سای هي

ست اػ پس پغص گفتکی هي ت

چى پغص تغ افتض ت های هي

(Əzəlin sirlərin nə sən bilirsən, nə mən Bu müəmma hərfi nə sən oxuyursan, nə mən. Pərdə arxasında mən-sən söhbəti var, Pərdə düşsə, nə sən qalarsan, nə mən)

Gerçəkliyin insan zehnində təsəvvürü, əzəli sirlər barədə şəkk və tərəddüd, elm və

mərifətin aşkar olması, ruhi yüksəliş və bütün varlıq aləminin ilahi nurla müşahidəsi barədə çox şeylər söylənilib. Ancaq pərdə arxasında nə var? Bunu kimsə bilmir. Hafiz bu barədə

belə deyir:

تغ ای ػاض سصتیي ک ػ چطن هي ت

عاػ ایي پغص است اى ساض تص

(Get, ey xudbin zahid ki, sənin və mənim gözümdən,

Bu pərdənin sirri gizlidir və gizli qalacaq)

Məsələyə tovhid və geniş vəhdət baxımından yanaşsaq, maddi varlıq rəmzi

olan”mən”və “sən” pərdəsi aradan götürülərsə, yalnız onun vücudu qalar. Şeyx Əttar:

3

چیؼی ک صهی ت صع آی هي

کیفیت آى ت تضای هي

گغ تغ سیؼص پغص پضاع اػ پیص

ا هاض ا، ت های هي

(Bir an nə sən, nə mənim olmadığım şeyin Keyfiyyətini nə sən bilərsən, nə mən Güman pərdəsi aradan gedərsə O qalar,O! nə sən qalarsan, nə mən)

Həmin fikrin davamı olaraq, Xəyyam qaranlıq sirlərə aid müxtəlif zümrələrin dediklə-rini əfsanə adlandırır, çünki Haqqdan savayı kimsə pərdə arxasında olan ilahi sirləri bilməz:

آاک هذیظ فضل آصاب ضضض

صع جوع کوال ضوع اصذاب ضضض

ع ػیي ضة تاعیک ثغصض تغى

گفتض فسا صع ساب ضضض

(Fəzl və ədəbi əhatə edənlər, Kamal məclisində söz sahibi oldular. Bu qaranlıq gecədən kənara yol tapmadılar,

Əfsanə söyləyib yuxuya getdilər)

O, elmdən məhrum qalmayıb çox sirləri bilsə də, yenə bir şey bilmir, Haqqın əzəli elmi

qarşısında onun bilgisi çox cüzidir:

غگؼ صل هي ػ علن هذغم طض

کن تص ػ اسغاع ک هعلم طض

فتاص ص سال عوغ کغصم ضة عػ

هعلهن ضض ک یچ هعلم طض

(Heç vaxt ürəyim elmdən məhrum olmadı Az sirr qaldı ki. mənə məlum olmasın. Yetmiç iki il gecə-gündüz ömür sürdüm, Məlum oldu ki, heç nə məlum olmadı)

Zahirdə özünə qürrələnən insan elə güman edir ki, bütün şeyləri bilir, ancaq Haqqın

sonsuz hikməti müqaqbilində o, heç nə bilmir. İnsan nə qədər çox bilərsə öz elminin azlığını

daha çox anlayar. Əbu Şəkur Bəlxi bu barədə deyir:

تا تضاجا عسیض صاص هي

ک تضان ک ػ اصان

(Biliyim o yerə çatdı ki, Bildim ki, hələ nadanam) Elmlər arasında ən çətin və həlledilməz sual əcəl düyünüdür:

اػ جغم گل سیا تا اج ػدل

کغصم و هطکالت گیتی عا دل

تگطاصم تضای هطکل ت دیل

غ تض گطاص ضض هگغ تض اجل

(Qara palçıqdan tutmuş Zühəlin zirvəsinədək, Dünyanın bütün müşküllərini həll etdim. Tədbirlə müşküllərin bəndlərini açdım, Hər bənd açıldı, əcəl bəndindən başqa)

4

Nizaminin qəhrəmanı İskəndər dünyadan doymur və bütün elmlərdən xəbərdar olsa da,ölüm qarşısında aciz qalır:

جاى جول صیضم ػ تاال ػیغ

ػ طض صیض اػ صیض سیغ

ػ غ صاطی صفتغی ساض ام

چ هغگ آهض آجا فغ هاض ام

(Dünyanı yuxarıdan aşağı büsbütün gördüm, Gözüm hələ görməkdən yorulmadı.

Hər bilikdən bir dəftər oxumuşam, Ölüm gələrkən ilişib qalmışam)

Xəyyamın rübailərində onun baxışları təzadlı görünür, ancaq bu təzad daha çox ona aid

edilən rübailərdən irəli gəlir.Məs, adətən həyatda xoşluq tərənnüm edən şair bir an aləmin

bəndindən – yəni nəfsdən azad ola bilmir, bəlkə elə bu sıxıntıya görə ruzigara çox şagirdlik

etsə də dünyanın işində özünü ustad saymır:

یک صم ػ تض عالن آػاص ی ام

یک صم ػصى اػ جص سص ضاص ی ام

ضاگغصی عػگاع کغصم تسیاع

صع کاع جاى ػ استاص ی ام

(Bir dəm aləmin bəndindən azad deyiləm, Bir dən vücudumdan şad deyiləm. Ruzigara çox şagirdlik etdim, Dünyanın işində hələ də ustad deyiləm)

Xəyyam bəlkə də aləmin sirlərini açmağın mümkün olmadığı üçün, həm də gerçək

həyatın doğurduğu təzadlar arasında çaşbaş qaldığına görə və ölümün qaçılmaz olduğunu

anladığı səbəbdən bu cür fikirlər səsləndirir:

صع پغص اسغاع کسی عا ع یست

ػیي تعثی جاى یچ کس آگ یست

جؼ صع صل ساک یچ هؼلگ یست

هی سع ک اػیي افسا ا کتا یست

(Sirlər pərdəsinə kimsə yol bulmaz, Canın cilvəsindən kimsə agah olmaz. Torpaq ürəyindən özgə mənzilgah yox, Mey iç ki, bu əfsanələr az deyil)

Həmin məntiqin davamı olaraq “bir halda ki, bu müəmmaları dərk edə bilmirsən, elə bu dünyada özunə behişt düzəlt” – deyir:

ای صل ت ت اصعاک هعوا غسی

صع کت ػیغکاى صاا غسی

ایجا ػ هی جام تطتی هیساػ

کاجا ک تطت است عسی یا غسی

(Ey könül, müəmmanin idrakına yetməzsən, Bilik sahiblərinin incəliklərinə yetməzsən. Burada mey və camdan behişt düzəlt, Oradakı behiştə yetəsən, ya yetməyəsən)

Oxşar düşüncə tərzini Hafizdə tapmaq olur:

5

دضیث اػ هطغب هی گ عاػ صغ کوتغ ج

ک کس گطص گطایض ت دکوت ایي هعوا عا

( Mey və mütribdən hədis et, dünyanın sirrin az axtar,

Kimsə hikmətlə bu müəmmanı açmayıb və açmayacaq) “Dünyadan gedən bir daha geri qayıtmaz” sadə bir hikmətdir və həmin nigarançılıqdan

qurtarmaq üçün mey içmək – həyatı xoş və mənalı yaşamaq tövsiyə edilir. Mey sadəcə

sərxoşluq deyil, xoş və mənalı yaşam deməkdir:

پیغی صیضم ت سا سواعی

گفتن تضی ػ عفتگاى اسثاعی

گفتا هی سع ک وچ ها تسیاعی

عفتض کس تاع یاهض تاعی

(Pir gördüm, xümmar evində, Dedim bir xəbər ver gedənlərdən. Dedi: Mey iç, bizim kimi çoxları Getdilər, bir daha kimsə gəlmədi)

Dünya həyatının keçdiyi bu fani evi hər bir kəs tərk etməli olur, Nizami bu acı

gerçəkliyin hikmətini ilk əsərindən tutmuş sonuncu “İqrbal-namə”yədək islam düşüncəsi əsasında anladır:

چک سی ساک تص تاػ گطت

تغ سغ ایي ساک چ تایض گظضت

(Qayıdış torpağa doğru olduğundan

Torpağın üstündə keirmək nə lazım!)

Bəs belədirsə insanın əvvəli və sonu bəlli olmayan varlıq aləminə gəliş-gedişinin

mənasını kimsə dürüst bilmir:

صع صایغ ک صع ا آهضى عفتي ها است

آغا تضایت ایت پیضا است

کس هی غض صهی صع ایي هعی عاست

کایي آهضى اػ کجا عفتي ت کجا است

(Bizim gəlib-getdiyimiz bu dairədə Onun nə başlanğıcı nə də sonu var. Kimsə bu mənada doğru dəm vurmur, Gəlmək haradan, getmək harayadır?)

Bu barədə Nizami nə deyir?

ػ آهضى ایي سفغت عای چیست

تاػ ضضى دکوت اػ ایجا چیست ؟ (Bu səfərə gəlməkdə rəyin nədir,

Bəs buradan qayıtmağın hikməti nədir?) Təzadlı bit mənzərə yaranır: xoşluq sevən Xəyyam bədbinliyə qapılır və bu mənada

Baba Tahir yada düşür:

هغا سغ ساهاى آفغیضض

. پغیطان پغیطاى آفغیضض

پغیطاى ساطغاى عفتض صع ساک

هغا اػ ساک ایطاى آفغیضض

(Mənə nə sər nə saman yaratdılar, Pərişanam, pərişan yaratdılar.

6

Pərişan xatirlər torpağa getdi Məni onların torpağından yaratdılar)

Ancaq Xəyyamı nigarançılıqda saxlayan təkcə maddi aləmin cazibələrindən vaz

kecməyin çətinliyi və ölüm vəsvəsəsi deyil, ancaq elə sirlər vardır ki, onları avam təbəqəyə,

məhrəm olmayan zümrəyə açmaq olmur. Deyilənə görə, Mənsur Həllac ilahi sirri faş

etdiyinə xatir dara çəkilib:

اسغاع جاى چاک صع صفتغ هاست

گفتي تاى ػاک تال سغ هاست

چى یست صع ایي هغصم اصاى، الی

گفتي تاى غ آک صع ساطغ هاست(Bizim dəftərdə olan dünyanın sirlərini Demək olmaz, baçımızın bəlası olar. Bu nadan camaatda hal əhli yoxdur, Xatirimizdə olanı demək olmaz)

Həmin məna Mövlananın bir neçə beytində çox gözəl verilib:

تغ لثص لفل است صع صل عاػا

لة سوش صل پغ اػ آاػا

عاعفاى ک جام دك ضیض اض

عاػا صاست پضیض اض

غ ک عا اسغاع دك آهستض

هغ کغصض صاص صستض

(Dodaqda qıfıl var, ürəkdə sirlər Dodaq susqun, ürək avazla dolu. Haqq camını içən ariflər Sirləri bilərək üstün örtmüşlər.

Hər kim, Haqqın sirlərin bildisə,

Dodağın tikib möhürlədilər)

Bəzən varlıq və yoxluğun zahir və batinini bilən şair bir arif kimi dünyəvi məstlikdən

uca bir mərtəbəyə yetişdiyini söyləyir:

هي ظاغ یستی ستی صان

هي تاطي غ فغاػ پستی صان

تا ایي و اػ صاص سص ضغهن تاص

گغ هغتث ای عای هستی صان

(Mən varlıq və yoxluğun zahirini bilirəm, Mən hər eniş-yoxuşun batinini bilirəm. Bu qədər biliklə mənə ayıb olsun Əgər məstlikdən üstün bir mərtəbə bilsəm)

Xəyyamda olan təzadlı düşüncə sanki onu bəzən dünyanın puçluğu fəlsəfəsinə aparıb

çıxarır. Bu isə keçici olan maddi aləmin puçluğudur, mənəviyyat əbədidir. Onun düşüncəsi

bəzi ekzisentalistlərin iddia etdiyi bədbinlik aşılamır, insanı həyatdan səmərəli, eyni zamanda

əxlaq və vicdanla bəhrələnməyə çağırır. Xəyyamda gördüyümüz nikbinlik və həyatın mənası

islam təfəkkür tərzi ilə uyğundur:

صیا صیضی غ چ صیضی یچ است

اى یؼ ک گفتی ضیضی یچ است

سغتاسغ آفاق صیضی یچ است

اى یؼ ک صع سا سؼیضی یچ است

7

(Dünya gördün və nə gördünsə heçdir, Dediyin və eşitdiyin nə varsa o da heçdir. Bütün üfüqlər boyu qaçdınsa heçdir Evdə süründünsə o da heçdir)

Xəyyamın rübailərində şərab motivləri xüsusi yer tutur və bunların mənasını açmadan

onun fəlsəfəsini düzgün anlamaq mümkün deyildir. Orta əsrlərdə təsəvvüfdə məlamətilər adlı

bir qol yaranmışdı və onların əsas ideyası hər bir məsələdə səmimiyyət (ixlas) və doğruçuluq

(sidq) pirinsipinə əsaslanırdı. Onlar bütün hallarda zahirpərəstliyə və riyakarlığa qarşı

çıxırdılar və xərabat əhli də belə bir mövqeyə malik olmuş, istər özünü zahirdə dindar göstərən zahid, abid, fəqih, vaiz, möhtəsib kimi zümrələri, istərsə də özlərini sufiliyə

vuranları tənqid etmişdir.

Zahiri riyaya qarşı batini paklıq xarabat dünyasında gerçəkləşir. Xarabat rəmz olaraq

nəfsi aludəlikdən paklanan qəlb aynasısıdır və arif həyata həmin aynadan baxır. Ona görə də

Nəcməddin Razi xarabatı Allah nurunun cilvəgahı saymışdır. Qəzali xarabatı məlamət yolu

və üsuli-din kimi şərh edir. Təhanəviyə görə, xərabat əhli ilahi maarifə yiyələnmiş kamil in-

sandır. Şeyx Mahmud Şəbüstəri xarabatı Haqq aşiqlərin uca məqamı sayır. Füzuli də eşq

camından xarab olduğunu söyləyir:

Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım

Xərabət əhlinin halın bir xummar olandan sor Onun rübailərində şərab motivləri, xarabat və rindlik bir tərəfdən dünyəvi ləzzət və xoş

həyat tərzini ifadə edirsə, digər tərəfdən, nəfsi paklıq və batini mərifət rəmzi olaraq,

zahirpərəst və riyakar zümrələrə qarşı bir etiraz üslubudur. Rind bütün zahiri sifətlərdən vaz

keçərək batinə yönələn bir obrazdır:

عضی صیضم طست تغ سگ ػهیي

کفغ اسالم صیا صیي

ی دك دمیمت ضغیعت یمیي

اضع ص جاى کغا تص ػغ ایي

(Bir rind gördüm oturmuş torpaqda Nə küfr, nə islam, nə dünya, nə din Nə haqq, nə həqiqət, şəriət, yəqin İki aləmdə kimdə belə cürət var...)

Həmin cəhətə görə, Hafiz özünü piri-xərabatın bəndəsi bilir:

تض پیغ سغاتاتن ک لطفص صایوست

ع لطف ضیز ػاض گا ست گا یست

(Xarabat pirinin bəndəsiyəm ki, lütfü daimdir, Şeyx və zahidin lütfü gah var, gah yoxdur)

Rəmzi mənada xərabat dünyəvi varlığın fənaya uğramasına işarə olmaqla rind ilə

ortaqdır. Bu, dünyaya və zahiri qaydalara tabe olmayan, riyakar zümrələrə qarşı pak vicdan

sahibi kimi tanınan qələndər və laübali aşiqlərlə bir sırada dayanır. Füzuli həmin vəsvəsədən

qurtuluş yolunu mey (xərabat) rəmzində tapır:

Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım,

Gəlin alayişi-qəmdən çıxalım, pak olalım.

Nəşeyi-mey tapalım, qabili-idrak olalım, Məstü mədhuşü xərabatiyü bibak olalım.

Xarabat, həmçinin pak qəlb aynasına işarədir və ariflər öz elmini çəkişmə, mübahisə,

8

ixtilaf və qərəz dolu mədrəsədə deyil, həmin aynada tapırlar. Bu mətləb Yunus Emredə belə ifadə olunur:

Danişməndlər, alimlər mədrəsədə buldu elm

Biz xarabat içində bulduk isə nə oldu.

Zahir alimləri din-məzhəb və şəkk-yəqin arasında sərgərdan qalmışlar, ancaq Haqqdan

gələn nida deyir ki, yol nə odur, nə də bu:

جوعی هتفکغض صع هظة صیي

لهی هتذیغض صع ضک یمیي

اگا هاصی صع آیض ػ کویي

کای تی سثغاى عا آى است ایي

(Bir dəstə din və məzhədə mütəfəkkirdir, Bir qövm şəkk və yəqində heyrətdədir. Qəflətən pusqudan gələr bir nida: Ey bixəbərlər, yol nə budur, nə də o)

Xəyyam insan ömrünü aləmin əbədiliyi müqabilində bir dəm (bir nəfəs, an), həm də

xəyal, yuxu kimi dəyərləndirir. Əgər həmin ömür fürsətini dəyərli yaşamaq mümkün deyilsə,

onun nə faydası var?

ضاصی تطلة ک داصل عوغ صهی است

غ طع ساک کیمثاصی جوی است

ادال جاى اصل ایي عوغ ک ست

سغاتی سیالی فغیثی صهی است

(Şadlıq istə ki, ömrün hasili bir dəmdir

Hər zərrə Keyqubad və Cəmin torpağıdır. Dünyanın halı və ömrün əsli Yuxydur, xəyaldır, yalan bir dəmdir)

Xəyyam sonda belə bir nəticəyə gəlir: Aləmin sonsuzluğu müqabilində Yaşanan hər

bir dəmi və hər nəfəsi qənimət bilmək! Ancaq bunu bəzi zümrələrin iddia etdiyi nihilizm,

hedonizm və maddiyat mənasında təqdim etmək Xəyyam hikmətinin təhrifi və

dəyərsizləşdirilməsi olardı:

اػهؼل کفغ تا ت صیي یک فس است

ػ عالن ضک تا ت یمیي یک فس است

ایي یک فس عؼیؼ عا سش صاع

کؼ داصل عوغ ها ویي یک فس است

(Küfrün mənzilindən dinədək bir nəfəsdir, Şəkk aləmindən yəqinədək bir nəfəsdir. Bu bir əziz nəfəsi xoş saxla ki,

Ömrümüzün hasili həmin bir nəfəsdir)

Başqa Şərq klassikləri də ömür fürsətindən insan kimi yararlanmağı vurğulamış,

ölümdən isə nigaran qalmamışlar. Sədi:

ت غیوت ضوغ ای صست صم عیسی صثخ

تا صل هغص هگغ ػض ضص کایي صم اػ است

(Qənimət say, ey dost, sübhün İsa dəmini, Ölən ürək dirilərsə, bu dəm(nəfəc) Ondandır)

9

Mövlana:

پس تغا غ لذظ هغگ عجعتی است

صیا ساعتی است : هصطفی فغهص

(Demək, hər an sənin ölümün və qayıtmağın var, Mustafa deyib: dqnya bir saatlıqdır.

Nizami də ölümdən qorxmur, çünki bu yol onu Haqqa qovuşdurur:

گغ هغگ عسض چغا غاسن

کاى عا ت ت ست هی ضاسن

(Ölüm yetişərsə niyə bəs qorxum, Bu yol Sənə aparır, tanıyıram)

Sədi həyat dəmlərini qənimət bilməyi belə ifadə edir:

ضة است ضاض ضوع ضغاب ضیغیی

غیوت است چیي ضة ک صستاى تیی

(Gecədir, şahid, şəm, şərab və şirni

Belə gecədə dostları görmək qənimətdir) Hafiz isə bu barədə belə deyir:

فغصت ضواع صذثت کؼیي ص عا هؼل

چى تگظاعین ص یگغ تاى ت ن عسیضى

(Fürsət bil, bu iki mənzillik yolun söhbətini,

Elə ki, keçdik, daha bir-birə yetişmərik) Hikmət sahibi olan arif nə keçənlər üçün həsrət çəkər, nə də gələcəyin qəmini yeyər, bu

ömür dəmini qənimət bilər:

ای صست تیا تا غن فغصا شعین

یي یک صم عوغ عا غیوت ضوغین

فغصا ک اػ ایي صیغ کي صع گظعین

تا صض ؼاع سالگاى سغتسغین

( Ey dost, gəl, sabahın qəmin yeməyək, Bu bir dəm ömrü qənimət bilək. Sabah bu göhnə deyrdən köçəndə

Yüz min yaşlılarla baş-başa olarıq)

Arif dünya həyatının sonu yox olduğuna görə, hətta var olarkən özünü yox sanır,

Xəyyam elə həmin məntiqə görə ömür fürsətini xoş keçirməyi tövsiyə edir:

سیام اگغ ػ تاص هستی سش تاش

تا الل عسی اگغ طستی سش تاش

چى عالثت کاع جاى یستی است

اگاع ک یستی چى ستی سش تاش

(Xəyyam, badədən məstsənsə, xoş ol, Laləüzlü ilə oturmusansa, xoş ol! Dünya işinin sonu yoxluq olduğundan Sanki yoxsan, neçəki varsan, xoş ol!)

سیام ک سیو ای دکوت هی صست

صع کع غن فتاص اگ تسست

10

همغاض اجل طاب عوغش تثغیض

صالل لضا ت عایگاص تفغست

( Hikmət xeymələri toxuyan Xəyyam Qəmin kürəsində kül oldu tamam. Əcəlin qayçısı kəsdi ömrünü,

Qəzanın dəllalı satdı müftəcə)

Qaranlıq bir ictimai mühitdə hətta pakların canı yanıb torpaq olur, ancaq tüstüsü

görünmür, kimsə bu mənəvi böhranlara diqqət yetirmirsə bəs onda bu gediş-gəlişin faydası nədir?

اػ آهضى عفتي ها سصی ک

صع تاع جص عوغ ها پصی ک ؟

صع چثغ چغر جاى چضیي پاکاى

هی سػص ساک هی ضص صصی ک؟

(Gedib-gəlməyimizin hani faydası, Vücudumuzun ərişində hanı arğacı? Çərxin çənbərində neçə pakların canı, Yanir, torpaq olur, tüstüsü hanı?

Ancaq Xəyyam heç də bir sira araşdırıcıların iddia etdiyi kimi, materialist, nihilist,

hedonist deyil və İlahi qəzanın qaçılmaz olduğuna inanır:

آعض یکی صیگغی تغتایض

تغ یچ کس ایي عاػ وی گطایض

ها عا ػ لضا جؼ ایي لضع وایض

پیوا عوغ هاست هی پیوایض

(Birini gətirib birini oğurlarlar, Bu sirri heç kəsə açmazlar. Bizə qəzadan bundan başqa bir şey göstərməzlər Ömrümüzün peymanəsini ölçüb verərlər)

Kimsə qəza və qədərin pərdəsi arxasında nələr olduğunu bilməz:

کس عا پس پغص لضا عا طض

ػ سغ لضع یچکس آگا طض

فتاص ص سال فکغ کغصم ضة عػ

هعلم گطت لص کتا طض

(Kimsə qəzanın pərdəsi arxasına yol bulmadı, Kimsə qədərin sirrindən agah olmadı. Yetmiş iki il gecə-gündüz fikirləşdim, Məlum olmadı və qissə qisalmadı)

Qəza və qədərin qaçılmaz olduğunu anlayan şair təkcə dünyəvi həyatın və maddi

varlığın vəfasızlığından iztirab çəkmir, mənəvi baxımdan tərəddüd keçirərək “sirlər”

pərdəsinə yol tapmadan orada fənaya uğrayacağının nigarançılığını çəkir, heyrət içində

haradan gəlib haraya gedəcəyini bilmir:

صع یاب ک اػ عح جضا سای عفت

صع پغص اسغاع فا سای عفت

11

سش تاش ضای اػ کجا آهض ای

هی ش ضای ت کجا سای عفت

(Anla ki, ruhdan ayrı gedərsən, Sirlər pərdəsində fəna gedərsən. Xoş ol, haradan gəldiyini bilmirsən, Mey iç, hara gedəcəyini bilmirsən)

Dərin hikmət sahibi olan Xəyyam üçün məscid və kilisə, cəhənnəm və behişt

məfhumlarının zahiri deyil, batini mənası önəmlidir:

تا کی ػ چغاغ هسجض صص کطت

تا کی ػ ػیاى صػر سص تطت

ع تغ سغ لح تیي ک استاص لضا

اضع اػل آچ تصی تص ضت

)Nə vaxtadək məscidin çırağı və kilisənin tüstüsü Nə vaxtadək cəhənnəmin ziyanı və behiştin faydası. Get, lövhə üstündə gör ki, qəzanın ustadı, Əzəldən nə olmalı idisə yazıb)

Bu mənada Hafizin məşhur bir beyti yada düşür:

و کس طالة یاعض چ طیاع چ هست

و جا سا عطك است چ هسجض چ کطت

(Hər kəs yarın tələbindədir, istər huşyar olsun, istər məst

Hər yer eşq evidir, istər məscid olsun, istər məbəd)

Öncə işarə etdiyimiz rindlik düşüncəsinə uyğun, Xəyyam hətta məhşər günü meyxanə

qapısında olacağını xatırladır, bu məstlik ona əzəldən bəxş olunan ilahi feyzdən ibarətdir.

Başqa bir yandan, Rumi və Hafizdə işlənən bu cür təsəvvüfi deyimlər hedonizmdən uzaq

batini hikmətamiz məna bildirir:

ػساک هي اگغ گضم تغ آیض

.اػ آى گغ اى پؼی هستی فؼایض

! هیا تی صف ت گع هي،تغاصع

ک صع تؼم سضا غوگیي طایض

(Torpağımdan əgər buğda bitsə Ondan çörək bişirsələr məstlik artırar. Dəfsiz qəbrimin üstünə gəlmə, qardaş Allahın bəzmində qəmlik yaraşmaz)

تغ سغ تغتت هي تا هی هطغب تطیي

تا ت تیت ػ لذض علص کاى تغسیؼم

(Türbəm üstündə mey və mütriblə otur Sənin qoxunla qəbirdən rəqs edə-edə qalxaram)

Dünya fani və dəyişkəndir, bu gün səbzə çəməndə otur ki, sabah sənin və mənim

torpağımdan səbzə çıxacaq:

هی سع ک فلک تغ الک هي ت

لصضی صاعص ت جاى پاک هي ت

12

صع سثؼ طیي هی ضیغیي هی سع

کایي سثؼ صهض تسی ػ ساک هي ت

(Mey iç ki, fələk məni və səni həlak etmək istəyir, Mənlə sənin pak canının qəsdindədir. Çəməndə (səbzədə) otur və şirin mey iç,

Mənimlə sənin torpağından çox belə səbzə çıxar)

“Buludun səbzə üzərinə ağlaması” çox incə bir kinayəli istiarə və ya təşxis sənətidir. Bu

gün biz həmin səbzə üstündə tamaşa ediriksə, bizim torpağımızdan çıxan səbzə üstündə kimlər tamaşa edəcək?

اتغ آهض تاػ تغ سغ سثؼ گغیست

تی تاص گلغگ وی تایض ػیست

ایي سثؼ ک اهغػتواضاگ ها ست

تا سثؼ ساک ها تواضاگ کیست

(Bulud gəldi yenə səbzə üstünə ağladı Gülrəngli badəsiz yaşamaq olmaz. Bu səbzə bizim tamaşagahımızdırsa, Bizim torpağımızın səbzəsi kimin tamaçagahıdır?)

Xəyyam nə təsəvvüf şairi, nə də materialistdir.O, hikmət sahibidir və ona görə Nizami

kimi “Həkim” ləqəbi daşıyır. O, maddiyatdan yaranan dünyanı və onunla qidalanan ömrü

mənasız və puç bilir, hətta elmdə ustad olmağı da ona təsəlli vermir:

یک چض ت کصکی ت استاص ضضین

یک چض ت استاصی سص ضاص ضضین

پایاى سشي ض ک ها عا چ عسیض

اػ ساک تغ آهضین تغ تاص ضضین

(Bir bu qədər çocuqluqdan ustad olduq, Bir bu qədər öz ustadlığımıza şad olduq. Sözun sonun eşit ki,bizə nə yetdi Torpaqdan gələrək küləyə getdik)

Torpaqdan yaranan kuzə də, onu düzəldən insan da yenə torpağa gedir, yəni Qur’an

təbirinə görə Haqqın vəchindən savayı nə varsa, fanidir:

صع کاعگ کػ گغاى عفتن صش

صیضم ص ؼاع کػ گیا سوش

اگا یکی کػ تغ آعص سغش

ک کػ گغ کػ سع کػ فغش

(Dünən kuzəgərlər kargahına getdim, İki min susan və danışan kuzə gördüm. Birdən bir kuzə haray qopardı: Hanı kuzəgər, kuzədən içən və kuzəsatan?)

Bəs çöldə bitən lalə və bənəfşə, kuzəyə qoyulan dəstək onun hikmtamiz bədii

təxəyyülündə necə təsəvvür edilir?

صع غ صضتی ک الل ػاعی تص است

اػ سغسی سى ضغیاعی تص است

13

غ ضار تفط کؼػهیي هی عیض

سالی است ک تغ عر گاعی تص است

(Çöldə olan hər bir laləzar Bir şəhriyarın qanından qızarıb. Yerdən bitən hər bənəfşə gülü Bir nigarın üzündə xal olmuşdur)

ایي کػ چ هي عاضك ػاعی تص است

صع تض سغ ػلف گاعی تص است

ایي صست ک صع گغصى ا هی تیی

صستی است ک تغگغصى یاعی تص است

(Bu kuzə mən kimi zar aşiq olub, Bir nigarın saçının bəndində olub. Onun boynunda gördüyün bu dəstə, Bir yarın boynunu qucan əl olub)

Kimsə öz zahiri gözəlliyinə, qüdrət və hakimiyyətinə qürrələnə bilməz, tale elə gətirər

ki, nadanın gəzdiyi torpaq bəlkə də bir cananın çöhrəsi və ya binaya qoyulan kərpic isə sultanın barmağı ola bilər:

ساکی ک ػیغ پای غ اصای است

کف صوی چغ جاای است

غ سطت ک تغ کگغ ایای است

اگطت ػیغ یا سغسلطای است

(Hər nadanın ayaq altında olan torpaq Bir sənəmin əli və bir cananın çöhrəsidir. Eyvan sütununa qoyulan kərpic Vəzir barmağı və ya sultan başıdır) Oxşar məzmunlar Fəridəddin Əttarın rübailərində müşahidə edilir:

اجؼای ػهیي تي سغصهضاى است

طعات ا جول لة صضاى است

ساکی ک تغ ا هی گظاعی ! تضیص

گیسی تتاى عی صلثضاى است

(Torpağın tərkibi ağıllıların bədənindəndir, Havanın zərrələri cümlə dodaq və dişdəndir. Düşün! Ayaq qoyduğun torpaq Gözəllərin saçı və dilbərlərin üzündəndir)

Bütün bu və ya buna oxşar mənada söylənən hikmətamiz deyimlər keçmişdə baş

verənlərdən ibrət götürmək üçündür və Xaqani məşhur “Eyvani-Mədain” əsərini həmin

ibrətlə başlayır:

اى، ای صل عثغت تیي اػ صیض ظغ کي، اى

ایاى هضایي عا آیی عثغت صاى

(Ayıl, ey ibrət görən könül, ayıl! Mədayin xərabələrini ibrət aynası bil!) Hafizin bu beyti də həmin mənaya uyğun dünya həyatının vafasızlığına işarə edən

hikmətamiz xəbərdarlıq kimi səslənir:

14

لضح ت ضغط اصب گیغ ػاک تغکیثص

ػ کاس سغ جوطیض توي است لثاص

(Qədəhi ədəblə götür ki, onun tərkibi Cəmşidin, Bəhmənin və Qubadın başının kasasındandır)

Bir məsələni xüsusi olaraq qeyd etmək, daha doğrusu, Xəyyamın adından uydurulan

məzmunca bəsit, eyni zamanda qondarma rübailəri ayırd etmək lazımdır. Təəssüflər olsun ki,

ortada təshih edilmiş düzgün mətn olmadığından, hər kəs əlinə keçən nüsxədən götürərək

tərcümə etmişdir. Nəticədə Xəyyam olduğu kimi deyil, materialist, ateist və hedonist düşüncə sahiblərinin arzu etdiyi tip kimi təqdim edilmişdir. Rus və başqa dillərdə olduğu

kimi, Azərbaycan dilinə edilən tərcümələr də bu vəziyyətdədir və bunu edən şairlərin

zəhmətinə heyif olsun. Həmin rübailərdən biri budur:

چى صع گظعم ت تاص ضییض هغا

تلمیي ػ ضغاب اب گییض هغا

سایض ت عػ دطغ یاتیض هغا

اػ ساک صع هیکض جییض هغا

(Əgər ölsəm badə ilə yuyun məni Pak şərabla mənə təlqin söyləyin. Məhşər günü məni tapmaq istəsəniz Meykədə qapısının torpağında axtarın məni)

Hətta bəzi rübailər haqqında əfsanədə uydurmuşlar. Məs, guya bir gün Xəyyam

eyvanda mey içəndə külək əəlindəki piyaləni salıb sındırır və o, bu rübaini söyləyir:

اتغیك هی هغا ضکستی عتی

تغ هي صع عیص عا تثستی عتی

هي هی هیشعم ت هی کی تض هستی

ساکن تضي هگغ ک هستی عتی

(Mənim mey qədəhimi sındırdın, ey Rəbb, Üzümə eyş qapısını bağladın, ey Rəbb. Mən mey içirəm sən bəd məstlik edirsən,

Ağzıma torpaq! Məgər sən məstsən, ey Rəbb!?

Daha sonra isə guya öz günahına bəraət qazanmaq üçün bu rübaini söyləyir:

اکغص صع ایي جاى گ کیست تگ

اکس ک گ کغص چى ػیست تگ

هي تض هی کن ت تض هکافات صی

پس فغق هیاى هي ت چیست تگ

(Bu dünyada günah etməyən kimdir, söylə? Günah etməyən bəs necə yaşadı, söylə!?

Mən pis iş görürəm, sən pis mükafat (cəza) verirsən,

Bəs mənimlə Sənin fərqin nəsir, söylə!?)

Orta çağlarda bir çox hikmət və irfan sahibləri adətən həm müxtəlif avam və cahil

təbəqə, həm də başqa ictimai-siyasi zümrə və rəsmi dini qurumlar tərədindən qəbul edilib-

15

edilməyəcəklərinə əhəmiyyət vermədən öz iç dünyalarına sığınmışlar. Ona görə də bəzən həmin şəxslər cəmiyyətə müəmmalı və bir qədər əfsanəvi şəxs kimi təqdim edilmişlər. Ömər

Öz elmi dühası ilə qürrələnən zümrədən fərqli olaraq Xəyyam insan zəkasının əsl həqiqətə

yetişməkdə hələ də naqis olduğunu, eyni zamanda bəşər övladının böyüklüyü, əqli gücü və

əzəmətinə rəğmən, onun ölüm və başqa həyati müəmmaların qarşısında aciz qaldığını dərk

edib. Hikmət, təbiətşünaslıq, fəlsəfə, kəlam, fiqh sahəsində illər boyu araşdırma aparanlar

həqiqətə yetişsəydilər bu qədər mübahisələr, fikir ixtilafları, ziddiyyətlər və qarşılıqlı itti-

hamlara yer qalardımı? Hər zümrə özünü haqlı sayır, ancaq Haqq onların nəfsindən və

elmindən qat-qat yüksəkdə və uzaqdadır. Elmi ilə qürrələnmək də nəfsdən irəli gəlir. Ən

doğrusunu və mükəmməl bilən Allahdır. Həqiqət sabit və dəyişməzdir, ancaq müxtəlif zümrələrin mülahizələri səbatsızdır.

Bundan başqa, Xəyyamın dövründə bir yandan, quru təəssüb və məzhəb ixtilafları

(rafizilər, əşərilər, hənəfilər, şafeilər) cərəyan edirdi, daha çox əşərilər sıxışdırılırdı. Əbu

Hənifənin davamçıları ya şafei, ya da əşəri məzhəbinə meyllənirdilər. Başqa bir yandan,

ictimai mühitə çökən qəmli bir sükut və quru ehkamçılıqdan, riyakarlıq və cəhalətdən doğan

məyusluq və bədbinlik hökm sürürüdü. Məşhur tarixçi Qəzvininin qeyd etdiyi kimi, ondan

gizlincə dərs alan birisi camaat arasında ona tənə vurmuş, Xəyyam da onu ifşa etməyə

məcbur olmuşdu. İmam Qəzali də vaxtilə ictimai-siyasi və məzhəb çəkişmələri ilə dolu

ideoloji mühitin sıxıntılarından, mədrəsənin qeylü qalından qaçaraq təsəvvüfə pənah

gətirmişdi. Xəyyamın ruhiyyəsində məntiqli bir təzad vardır: onda qabarıq şəkildə nəzərə

çarpan xoşluq və şadyanalıq istəyi mövcud həyata olan bədbinlikdən irəli gəlir.

Ömər Xəyyama görə, dünyanın gözəlliyi, lütfü və xoşluğu davamlı deyil, ona görə

həyatın hər dəmindən faydalanmaq və ömrü xoş keçirmək ideyası ön plana çəkilir. Şərab motivləri də bu mənada önə çəkilir. Eyni zamanda, həyat keçicidir, ömür bitən kimi hiss,

hərəkət, ağıl və idrak – hamısı dayanır. Deməli, həyat dəyərlidir və onun qədrini bilmək və

ondan insan kimi yararlanmaq gərəkdir. Bununla da Xəyyamın rübailərində Hafiz və başqa

klassiklərə xas olan rindlik və xərabatılıq təmayülünün, təmsil olunan şərab motivlərinin

dərin məna qatlarını düzgün anlamaqla bizləri onun dünyagörüşünü təhrif edərək çox bəsit

bir şəkildə sərxoşluq fəlsəfəsi kimi təqdim etmək ittihamından qoruya bilər.

Orta əsrlər klassik mətnlərlə tanış olanlar yaxşı bilirlər ki, çap olmayan dövrdə istər

bədii, istərsə də başqa əsərlər əlyazma şəklində yayılmışdır. Bədii əsərlərin oxucuları çox

olduğundan onların əlyazma nüsxələri daha çoxdur. Əksər böyük ədib və şairlərin aftoqrafı yoxdur, çünki onların əsərləri üzünün köçürülərək yayılması üçün xəttatlara verilirdi.

Mətnlərin köçürülmə prosesində isə təbii ki, katib xətaları ilə yanaşı, əlavələr və dəyişliklər

də olmuşdur. İndi Nizami, Sədi, Hafiz, Füzuli və başqa məşhur şairlərin əsərlərinin yüzlərlə

əlyazma nüsxələri tapılmışdır. Bir nüsxə əsasında basılan daşbasma capı da mətn baxımından

mötəbər sayıla bilməz. Artıq 20-ci əsrdə şərqşünaslıq elmində köklü dəyişiklik yarandı.

Klassik əsərlərin təshih edilmiş mətnləri yalnız müxtəlif əlyazma nüsxələrinin müqayisəsi

əsasında tərtib oluna bilərdi. Bunun nəticəsində tədricən nisbətən düzəliş edilmiş elmi-

tənqidi mətnlər ortaya qoyuldu. Ancaq yenə də həmin nəşrlərdə qüsurlar tapılır. Nizami,

Hafiz və Füzuli kimi klassiklərin əsərlərinin elmi-tənqidi mətni dəfələrlə nəşr edilsə də, yenə

mübahisəli və dəqiqləşdirilməmiş məqamlar ortaya çıxır.

Bəllidir ki, Xəyyam şair kimi deyil, daha çox filosof, nücum alimi və rayaziyyatçı kimi

tanınırdı. Lakin onun yazdığı rübailərdə isə hikmətamiz düşüncələr ifadə olunur. Rübai

yığcam şeir növü olmaqla yanaşı, dörd misrada dərin həyatı, içtimai və fəlsəfi məzmunları

ifadə edir. Xəyyamın rübailəri məşhurlaşandan sonra bir çoxları onu bəzən uğurlu, bəzən də

uğursuz şəkildə təqlid etmiş, hətta bəzən eyni söz və ifadələri yeknəsəq şəkildə və cüzi

dəyişiklə təkrarlayaraq müəllifin yaradıcılığına kölgə salmışlar. Şeir həvəskarları və katiblər

lüzumsuz əlavələrlə bəzən Xəyyamın düşüncələrini də təhrif etmişlər. Ona görə ona aid

16

edilən rübailərin sayı bazar kitablarında hətta minə çatdırılmışdır. Xəyyam rübailərinin xarici dillərə tərcüməsi məhz yoxlanmamış və təhrif edilmiş nüsxələr əsasında edilmişdir. Rus

dilinə ilkin filoloji tərcümə R.Əliyev və N.Osmanov tərəfindən yoxlanılmış elmi-tənqidi

mətn əsasında deyil, yalnız bir əlyazması əsasında edilmiş və Y.Bertelsin redaktəsi ilə 1959-

cu ildə nəşr olunmuşdur. Ruscaya cevrilmiş həmin 293 rübainin filoloji tərcüməsi düzgün

olsa da, orjinalın özündəki təhriflər və qüsurlar, çoxlu səhvlər və əlavələr olduğu kimi

qalmışdır. Artıq Rusiyanın özündə bu nüsxə mötəbər sayılmır. Burada bir çox rübailərin

mənası dərin deyil, bəzilərində Xəyyama zidd olan bədbinlik çaları vardır. Xəyyamı təqlid

edərək ona bənzər nə isə yazmaq iddiası özünü aşkar göstərir. Çox ehtimal ki, rus dilinə

filoloji tərcümə edilən həmin nüsxə həvəskar tərəfindən tərtib edilmiş və burada klassik divan tərtibi ənənəsinə uyğun əlifba sırasına da riayət olunmamışdır. Xəyyama aid edilən

uydurma rübailər isə çoxdur. Hələ Orta əsr təzkirəçiləri, o cümlədən Rzaqulu xan Hidayət

xəbərdarlıq edirdi ki, keçmişdə bir sıra şəxslər şərab motivlərini ifrat dərəcədə qabardaraq

küframiz fikirlərini əlavə edərək ictimai-mənəvi qınaqdan sığortalanmaq üçün həmin

uydurma rübailəri Xəyyamın adı ilə yaymışlar. Bu məsələni Ustad Cəfəri də qeyd etmişdir.

Ancaq keçən əsrin ortalarından Xəyyam rübailərinin nəşri ətrafında olan bu hərc-mərc-

liyə son qoymaq üçün ciddi elmi işlər aparılmış, çoxsaylı əlyazma və cap nüsəxəlri tutuş-

durulmuş, Xəyyama aid olan rübailər ayırd edilmişdir. Doktor Qasım Qəni və Məhəmməd

Əli Foruqinin təhlillərinə əsasən onların sayı 178-dir. Xəyyamın düşüncə, zövq və üslubuna uyğun gələn bir sıra rübailəri də ona aid etsək, bu rəqəm 225-dən çox deyil. Əvvəllər Azər-

baycan dilinə tərcümələr də qüsurlu, uydurma və təhriflə dolu mətnlər əsasında edilmişdir.

2008-ci ildə hörmətli Əli Poladın təşəbbüsü ilə yüksək paleoqrafiya əsasında nəşr edilən

kitaba cəmi 152 rübai salınmışdır. Təəsüflər olsun ki, bu kitabda da Xəyyama aid olmayan

rübailər yer almış və sıralanmada əlifba prinsipi gözlənilməmişdir.

İndi oxuculara təqdim olunan yeni kitabda bir səhifədə Məhəmməd Əli Foruğinin

araşdırması ilə dəqiqləşdirilmiş Xəyyama aid 178 rübai öncə orijinalda klassik ənənəyə

uyğun əlifba sırası ilə verilib. Sonra mətnin latın qarfikası ilə transkripsiyası və fililoji tər-

cüməsi gəlir. Növbəti səhifədə isə həmin rübainin müxtəlif şairlər tərəfindən Azərbaycanca

poetik tərcüməsi verilir. Xəyyama aid edilən və onun ruhuna uyğun gələn 48 rubai isə əlavə kimi verilmişdir. Bakıda rus dilində nəşr olunan səhv, qüsurlu və uydurma rübailərin kitaba

salınmasını məsləhət bilmədik.

Xəyyam rübailərinin rus dilinə poetik tərcüməsi dəfələrlə müxtəlif şairlər tərəfindən

edilmişdir. Azərbaycan dilində Hüseyn Cavid, Mikayıl Müşfiq, Əkrəm Cəfər və Mir Mehdi

Seyidzadin tərcümələri tanınır. Hüseyn Cavid eyni adlı dramında bir neçə rübainin

tərcüməsini verilmişdir ki, bunlar Xəyyamın ruhuna və üslubuna münasib nümunələrdir.

Təqdim olunan bu nəşrə isə yeni müəlliflərin – Dönməz və Niyazinin tərcümələri əlavə

olunmuşdur. Qeyd edək ki, Xəyyamın “Yüz bir rübai”si (2012) Dönməzin poetik tərcüməsi

ilə oxuculara təqdim edilmişdir. Xatırlamaq lazımdır ki, tərcümə nə qədər keyfiyyətli olsa da, heç vaxt orjinalı əvəz edə bilmir, ona görə eyni əsərin bir neçə dəfə və müxtəlif qələm

sahibləri tərəfindən tərcüməsinə təbii baxmaq lazımdır. Orjinalı lazımi səviyyədə bilməyən

tərcüməçi mütləq həm Xəyyam dünyası ilə yaxından tanış olmalı, həm də Şərq düşüncə kar-

vanı və poetikasını mükəmməl bilən mütxəsislə məsləhətləşməlidir.

Şərq ənənəsinə görə, adətən ən tanınmış alim və ədiblər öz oxucularından və başqa

qələm sahiblərindən buraxdıqları xəta və qüsurları əfv gözü ilə örtməyi və islah etməyi xahiş

edərdilər. Biz də həmin ənənəyə sadiq qalırıq, çünki xətasız və qüsursuz insan yoxdur, ən

kamil və ən gözəl yaradan isə Allahdır.

17

Qaynaqlar:

1350. تغاى. هذوض علی فغغی. عتاعیات. عوغ سیام یطاتعی .1

1371. تغاى. صکتغ عثض الذسیي ػعیي کب. سیغی صع ضعغ فاعسی .2

1368. تغاى. هذوض تمی جعفغی . تذلیل ضشصیت سیام .3

هشؼى االسغاع دکین ظاهی گجی، داضی ضغح لغات تصذیخ هماتل تا سی .4

1313چاپشا اعهغاى، : تغاى. دیض صستگغصی: سش

لیلی هجى دکین ظاهی گجی، داضی ضغح لغات تصذیخ هماتل تا سی .5

1313چاپشا اعهغاى، : تغاى. دیض صستگغصی: سش

سسغ ضیغیي دکین ظاهی گجی، داضی ضغح لغات تصذیخ هماتل تا سی .6

1313چاپشا اعهغاى، : تغاى. دیض صستگغصی: سش

الثال اه دکین ظاهی گجی، داضی ضغح لغات تصذیخ هماتل تا سی سش .7

1317چاپشا اعهغاى، : تغاى. دیض صستگغصی:

هذوض عضا : همضه، گؼیص تفسیغ. هالا جالل الضیي تلشی. غؼلیات ضوس تثغیؼ .8

1387. سشي:تغاى. جلض2. تغاى. کضکی ضفیعی

اتطاعات اساطیغ، : تغاى. هجلض8صع . صکتغ عکي الضیي وایفغر. دافع سغاتاتی .9

1369

10

.

صع . تا الضیي سغهطای. (ضغح الفاظ، هفاین کلیضی اصتیات صضاع دافع)دافظاه

1378اتطاعات سغش، : تغاى. ص هجلض

Nesib Goyushov

Khayyam: Impersonation of Eastern Wisdom

(SUMMARY)

This paper considers the analysis of semantic aspects of Khayyam’s quatrains (rubaiyat).

He was Iranian matematician, astronomer and philosopher, but at the same time wrote poems

(quatrains). His poems contains the most important motives of life. He believes God and is not

against religion. Khayyam is against the use of religion for selfish purposes. He was against the

hypocrisy. His ideal is sincerity and truth. Kayyam’s poems does not contain idea of nihilism,

hedonism and conceited pragmatism. In his poems were expressed the philosophy of live,

spiritual purity, freedom and justice.

In his poems clearly is sounding the hymn of decent life. Khayyam calls satisfy the social,

intellectual and spiritual needs of human life.

Wine and wine motifis in his poems express the cheerful, optimism, love and lust for life.

He perceives life as it is. He accepts the human life with all its wealt and disadvantages, good

and bad, joy and sorrow, success and failure.