Calaladdin Rumi: spiritual illumination and esoteric knowledge

11
Prof.Dr. NƏSİB GÖYÜŞOV CƏLALƏDDİN RUMİ: RUHİ İIQLANMA VƏ BATİNİ MƏRİFƏT* 1 ایذیشى اوا شادس ت ای ت ای سیش اى اعتخمی ت هاتQardaşım, sən büsbütün əndişəsən, Yoxsa ki, bir sümük və bir rişəsən. (Rumi) İrfan və təsəvvüfün tanınmış simalarından olan Mövlana Cəlaləddin Ruminin (1207-1273) yaradıcılığında iki əsəri “Məsnəvi” və “Divan” diqqəti cəlb edir. Sonuncu kitab “Divani-Kəbir” (böyük divan) və ya öz mürşidi Şəms Təbrizinin şərəfinə “Divani-Şəms” adlanır. Onun zəngin düşüncə karvanını, sonsuz haqq və həqiqət sevgisini, tükənməz eşq və mərifət dünyasını istiqamətləndirən ruhi təlatümləri və bədii-estetik təxəyyülü bu iki abidədə ifadə olunmuşdur. Keçmişdə “Məsnəvi” Qur’anın farsca təfsiri adlandırılmışdır. İrfan və təsəvvüfün elə bir mühüm nəzəri və əməli məsələsi yoxdur ki, Ruminin əsərlərində öz yetkin ifadəsini tapmamış olsun. O, Qur’an, hədis, təfsir, kəlam, fiqh, əxlaq və irfanla yanaşı, dövrünün başqa elm sahələrini də dərindən mənimsəmişdir. Ruminin düşüncə çevrəsinin genişliyini, əqli-mənəvi axtarışlarının rinliyini və ensiklopedik zəkasının zənginliyini nəzərə alaraq, bir sıra araşdırıcılar onu filosof adlandırırlar, lakin onun çoxşaxəli təfəkkür və xəyal üfüqləri dar fəlsəfə çərçivəsinə sığmır. O özü də filosofa incə tənə ilə yanaşır (Məsnəvi, 6/2356): کشت تذیشد سا ص الغفی خ فح پشت گس اعت ع ک تذ گ(Filosof düşüncə ilə özünü öldürdü, Ona de: xəzinəyə arxa çevirən kordur) Mövlananın əzəməti və dühası barədə təkcə onu xatırlamaq kifayət edər ki, Şərqdə və Qərbdə kimsənin əsərlərinə bu qədər şərhl ər və təfsirlər yazılmayıb, kimsənin irsi haqqında bu qədər elmi araşdırmalar aparılmayıb. Təkcə Doktor Sadiq Qouhərin onun işlətdiyi əsas məfhumlar və tərkibl ər barədə 9 cild, təsəvvüf istilahları haqqında 10 cildlik kitab yazıb nəşr etdirmişdir. Əllamə Məhəmməd Təqi Cəfəri 15 cildlik təfsir və təhlil, ingilis alimi Nikolson ona 8 cildlik əsər (lüğət, tədqiqat işi və tərcümə) həsr etmişdir. Onun düşüncə karvanı Qur’an nuru və islam maarifindən, elm və hikmət xəzinəsindən, irfan və mərifət çeşməsindən qaynaqlanmaqla yüksək zövq çeşməsi və intəhasız təxəyyül şöləsi ilə büllurlaşır. 1 Çağdaşımız Mövlana: “Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri”(21-25 oktya- br,2007)/ Simpoziumun Materialları. Bakı, 2008-də nəşr edilmiş məqalə (s.153-168) yeni biçimdə təqdim edilir.

Transcript of Calaladdin Rumi: spiritual illumination and esoteric knowledge

Prof.Dr. NƏSİB GÖYÜŞOV

CƏLALƏDDİN RUMİ: RUHİ İIQLANMA VƏ BATİNİ MƏRİFƏT*1

ای تشادس ت واى اذیش ای

هاتمی ت اعتخاى سیش ای

Qardaşım, sən büsbütün əndişəsən,

Yoxsa ki, bir sümük və bir rişəsən.

(Rumi)

İrfan və təsəvvüfün tanınmış simalarından olan Mövlana Cəlaləddin Ruminin

(1207-1273) yaradıcılığında iki əsəri – “Məsnəvi” və “Divan” diqqəti cəlb edir.

Sonuncu kitab “Divani-Kəbir” (böyük divan) və ya öz mürşidi Şəms Təbrizinin

şərəfinə “Divani-Şəms” adlanır. Onun zəngin düşüncə karvanını, sonsuz haqq və

həqiqət sevgisini, tükənməz eşq və mərifət dünyasını istiqamətləndirən ruhi

təlatümləri və bədii-estetik təxəyyülü bu iki abidədə ifadə olunmuşdur. Keçmişdə

“Məsnəvi” Qur’anın farsca təfsiri adlandırılmışdır. İrfan və təsəvvüfün elə bir

mühüm nəzəri və əməli məsələsi yoxdur ki, Ruminin əsərlərində öz yetkin

ifadəsini tapmamış olsun. O, Qur’an, hədis, təfsir, kəlam, fiqh, əxlaq və irfanla

yanaşı, dövrünün başqa elm sahələrini də dərindən mənimsəmişdir. Ruminin

düşüncə çevrəsinin genişliyini, əqli-mənəvi axtarışlarının dərinliyini və

ensiklopedik zəkasının zənginliyini nəzərə alaraq, bir sıra araşdırıcılar onu filosof

adlandırırlar, lakin onun çoxşaxəli təfəkkür və xəyal üfüqləri dar fəlsəfə

çərçivəsinə sığmır. O özü də filosofa incə tənə ilə yanaşır (Məsnəvi, 6/2356):

فلغفی خد سا ص اذیش تکشت گ تذ کس اعت ع گح پشت

(Filosof düşüncə ilə özünü öldürdü, Ona de: xəzinəyə arxa çevirən kordur)

Mövlananın əzəməti və dühası barədə təkcə onu xatırlamaq kifayət edər ki,

Şərqdə və Qərbdə kimsənin əsərlərinə bu qədər şərhlər və təfsirlər yazılmayıb,

kimsənin irsi haqqında bu qədər elmi araşdırmalar aparılmayıb. Təkcə Doktor

Sadiq Qouhərin onun işlətdiyi əsas məfhumlar və tərkiblər barədə 9 cild, təsəvvüf

istilahları haqqında 10 cildlik kitab yazıb nəşr etdirmişdir. Əllamə Məhəmməd

Təqi Cəfəri 15 cildlik təfsir və təhlil, ingilis alimi Nikolson ona 8 cildlik əsər

(lüğət, tədqiqat işi və tərcümə) həsr etmişdir. Onun düşüncə karvanı Qur’an nuru

və islam maarifindən, elm və hikmət xəzinəsindən, irfan və mərifət çeşməsindən

qaynaqlanmaqla yüksək zövq çeşməsi və intəhasız təxəyyül şöləsi ilə büllurlaşır.

1 Çağdaşımız Mövlana: “Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri”(21-25 oktya-

br,2007)/ Simpoziumun Materialları. Bakı, 2008-də nəşr edilmiş məqalə (s.153-168) yeni

biçimdə təqdim edilir.

2

Bəşəri gerçəkliyin təzadlı və sərt sınaq mərhələlərindən keçirməklə onun nəfsini

maddi həvəslərin sapınmalarından qoruyaraq mötədil yönümə salır, qəlbini

saflaşdıraraq Haqqın pak aynasına çevirir, ruhunu isə cilalayaraq Haqq və Həqiqət

yoluna – Mələkut və Qeyb aləminin sonsuz fəzasında seyr etməyə yönəldir.

Mövlanan iki əsəri onun batini aləmində olan iki əsas qütbün bədii-poetik

təmsilçisidir: bunlardan biri elm və hikmət vasitəsilə təmkin aşılayan, onun batinini

sakitləşdirən ayıqlıq (“səhv”) qütbü, bir növ İmam Qəzaliyə xas mötədil qütb, o

biri isə eşq və vəcdlə arif və aşiqin vücudunu və ruhunu təlatümə gətirən və bir növ

Şəms Təbriziyə xas “arifanə məstlik” “halı. Birinci qütb Mövlananın ilk

ustadlarından olan Bürahəddin həzrətlərinin təlimi ilə formalaşaraq əsasən

“Məsnəvi”də, ikincisi isə Şəmsin təsiri ilə yaranaraq “Divan”da öz ifadəsini

tapmışdır. O, özü “Məsnəvi” ni vəhdət dükanı adlandırır (Məsnəvi, 6/1528):

هثی ها دکاى حذت اعت

غیش احذ ش چ تیی آى تت اعت

(Bizim Məsnəvi vəhdət dükanıdır

Birdən başqa nə görsən o bütdür)

Ruminin düşüncə karvanının əsas qaynağı Qur’an maarifi və Peyğəmbər

sünnəti (hədislər) ilə cilalanan irfandır (2). Onun bədii irsi təsəvvüfün işıqlı vadisi

sayılan mərifət təliminin ifadəsinə həsr edilib. Mövləvinin adı ilə təriqət də

yaranıb, lakin onun təlatümlü ruhu heç vaxt təriqət çərçivəsinə sığmayıb. O, şəriət

və islam maarifinə öz yolunu işıqlandırmaq üçün bir elm kimi söykənib, təriqətin

sınaq mərhələlərindən keçərək nəfsini və qəlbini paklaşdırıb, sonda isə batini

mərifətə və həqiqət dəryasına qovuşan kamil arif kimi tanınıb. Məşhur arif Şəms

Təbrizi ilə görüşdən sonra Ruminin ruhi təlatümü başlayır və bu coşqun dalğalar

ömrünün sonunadək onunla qalır (3). Təsəvvüf zöhd və şəriətlə başlasa da Rumi

heç vaxt bu mərhələdə məhdudlaşmayıb, onun zahiri qabığında ilişib qalan zahid,

abid, fəqih, mütəkəllimdən yüksəkdə dayanır.

Mötədil təsəvvüf hind, yəhudi, xaçpərəstlik və başqa mistik təlimlərdə olan

tərkidünyalığı qəbul etmir. Qur’an və peyğəmbər sünnətinə uyğun olaraq dünyadan

insan kimi faydalanmağı önə çəkir. Rumi də Əbu Hamid Qəzali kimi nəfsi tamam

öldürməyi deyil, onu tərbiyə edərək kamala yetirməyi tövsiyə edir (4). Onun

nəzərində nəfs su kimidir, gəminin altında onu saxlayır və batmağa qoymur, ancaq

gəminin içinə dolaraq ağırlıq etsə onu batırar. Deməli, hər şeydə ilahi ədalət –

tarazlıq prinsipini gözləmək lazımdır.

İrfanda eşq və mərifət önəmli yer tutur. Rumi öz arifanə baxışlarını eşq

hikməti əsasında tənzimləyir. Bu hikmətə əsasən kainat və bütün varlıq aləmi eşq

sayəsində yaranır və təkamül edir. Dəryaları coşduran, dağları qum tək ovxalayan

eşqdir. Xilqətin yaranışı və yaşamı da eşq ilədir (Divan. 210):

هشد تذم صذ شذم گشی تذم خذ شذم

3

دلت عشك آهذ هي دلت پایذ شذم

(Ölmüş idim, dirildim, ağlar idim, güldüm,

Eşq dövləti gəldi və mən əbədi dövlət oldum).

Oxşar baxışa biz Nizamidə də rast gəlirik. Yaradılışın sirri eşqdədir. Eşq mə-

cazi və həqiqi olmaqla iki qisimdir. Məcazi eşq surət və zahirdən başlayır, lakin

burada məhdudlaşmır və ruhlar aləminə və həqiqətə doğru yönəlir. Eşq həyat və

ruhdur, ruh və həyat olmayan yerdə eşq yoxdur (5). Ən başlıcası isə eşq insanın

batinini saflaşdırır, onu cismani aləmin qaranlığından ruhlar dünyasının işıqlı

üfüqlərinə doğru yüksəldir. Eşqin uca məqamı haqq sevgisidir və Qur’ana görə bu

ilahi əmanət yalnız insana bağışlanıb. İnsanı bütün başqa varlıqlardan fərqləndirən

və üstün edən ağıl, eşq və mərifətdir. Arifin eşqi pak və səmimidir, zahid, fəqih və

bu kimi zümrə savab, qismət və ya axirətdə cənnət xatirinə ibadət edir. Rumiyə

görə insan kamala yetişmək üçün zahiri elmdən, ruhlar üçün zindan sayılan cisim

aləmindən kənara çıxmalıdır. O, Şihabəddin Söhrəvərdi kimi cisim aləmini

“qürrbəti-qəribə” adlandırır. Eşq nuruna söykənən Mövlana filosof, fəqih,

mütəkəllim, münəccim və riyaziyyatçıya tənə vurur, onların idrak təlimində

əsaslandığı dəlil, bəhs, təqlid və məntiq düsturlarını yarımçıq sayır. Arifə görə bu

vasitələr yalnız dünyanın zahiri cəhətlərini və hissi aləmi dərketməyə yarayır. Ağıl,

bəhs və məntiq metafizik aləmin sirlərini anlamağa qadir deyil. Ona görə o,

Qütbəddin Şirazini “qeylü qal” əhli adlandıraraq bildirir ki, bizim yolumuz ölüm

və fəna yoludur, yəni nəfsdən qurtarmasan haqqı qəlb aynasında görə bilməzsən

(6). Batini işıqlanma və ruhi ayıqlıq tapmadan təkcə zahiri aləmlə məhdudlaşan

ağıl korun əlindəki əsaya bənzədilir. Rumi Şərqin bütün mütəfəkkirləri ilə yanaşı

ağılı bəşərəin ən böyük fəziləti hesab edir, lakin Nizami, Qəzali, Söhrəvərdi, İbn

Ərəbi və Şəms Təbrizi kimi bildirir ki, ağıl və elm vicdandan qoparılaraq nəfsin

istəklərinə tabe etdirilərsə, bəşər öz düşüncəsini düzgün yola yönəldə və həqiqəti

tanıya bilməz. Əqli və məntiqi dəlil ilə yanaşı batini (intuitiv) işıqlanma və pak

vicdan aynası da gərəkdir. Elm isə iki qisimdir: çalışma yolu ilə qazanılan bilgi;

vergi, ilham və vəhy kimi Haqq tərəfindən bağışlanan batini görüm və istedad (7).

Mövlananın düşüncə karvanı və mərifət yolu islam dünyasının tanınmış

hikmət sahiblərindən olan Mühyiddin İbn Ərəbinin vəhdəti-vücud təlimindən

bəhrələnmişdir. Ruminin düşüncə karvanı həmin vəhdəti-vücud təlimi ilə uzlaşan

özünəməxsus dünya düzəni, kosmoloji və kosmoqonik baxış sistemi ilə

səciyyələnir. Bu düzənə görə dünya iki qütbdən ibarətdir: hisslərlə bəlli olmayan,

ağıl ilə dərk edilməyən, qeyri-maddi və gizli aləm, bunun müqabilində hisslərlə

bəlli olan, ağıl ilə dərk edilən, maddi və aşkar aləm. Birinci Qeyb aləmi, ikincisi

Şəhadət aləmi adlanır. Qeyb aləmi özündə üç aləmi birləşdirir – zat, sifət və

Mələkut. Şəhadət aləmi isə iki aləmdən ibarətdir – Mülk və Nasut (insan). Zat –

4

lahut və ya üluhiyyət adlanan ən uca ilahi məqam və həqiqət dünyasıdır. Sifət isə

Qeyblə Şəhadət, Mələkutla Mülk arasında vasitə (bərzəx və vahidiyyət mərtəbəsi)

sayılır. Buna Cəbərut və misal aləmi deyilir. Mələkut ruhlar, əmr, rübuyyət və

batini aləmdir. Mülk isə zahir, hissi xəlq aləmidir. Nasut isə xilqətin ən kamil

nümunəsi sayılan insan aləmidir (10). İnsan bu düzəndə böyük aləmin müqabilində

kiçik aləm adlanır. Onun ağlı, ruhu və qəlbi Mələkut aləminə, bədəni və cismani

varlığı Mülk aləminə aiddir. İnsanın bütün varlıq aləmindən üstünlüyü onun ağıl və

ruhu ilə ölçülür. Nəfs isə bədənlə ruh arasında bir vasitədir. Nəfs paklanarsa və

kamilləşərsə, insanı ruhlar aləminə yüksəldər, dünyəvi həvəslərlə məhdudlaşarsa

onu başqa canlılardan fərqlənməyən heyvani nəfsin əsarətində saxlayır. Rumi

başqa görkəmli şeyxlər kimi nəfsin pillə-pillə paklaşaraq təkamülünü ariflərin seyr

və süluk mənzillərinin başlıca hədəfi kimi seçmişdir.

Ümumiyyətlə, Ruminin düşüncə tərzində ikili düzən və təzadlı qarşılaşma

çevik və dialektik şəkildə verilir. Nur və zülmət, iman və küfr, lütf və qəhr, mərifət

və cəhl, vəhdət və kəsrət, batin və zahir, məna və surət, məcaz və həqiqət. Ancaq

bunların hamısının kökündə bir varlıq dayanır. Hər şeyin əsli bir vücudda

cəmlənmişdir (Məsnəvi. 6/36; 6/3570;6/3576):

ایي خاى خگ اعت کل گش تگشی

رس ت رس چ دیي تا کافشی

(Bu dünya savaşdır, tam baxsan əgər

Zərrə zərrə ilə, din də kafərlə)

ضذ اذس ضذ پاى هذسج

آتش اذس آب عصاى هذسج

(Zidd ziddin içində gizli yer almış,

(Atəş isə yanar suyun içində yer almış)

هی شیشیي اى دس شاخ تشگ

صذگی خاداى صیش هشگ

(Şirin meyvə qol-budaqda gizlənmiş Əbədi həyat ölüm altındadır

İrfanda üçpilləli süluk (şəriət, təriqət, həqiqət) mərhələləri “Məsnəvi”nin 5-ci

dəftərinin girişində sadə dil və təmsil yolu ilə verlir (Məsn.sə703): “Şəriət yolu

işıqlandıran şəm, təriqət sülukda gedilən yol, həqiqət isə son məqsəddir; şəriət

kimya elmi, təriqət mis və ona qatılan dərman maddəsi ilə əməliyat, həqiqət isə

misdən alınan qızıldır; şəriət tibb elmi, təriqət həmin elmə uyğun dəva-dərman,

həqiqət isə əbədi səhhətdir; yəni şəriət elm, təriqət əməl, həqiqət isə Allaha

qovuşmaqdır”.

Rumidə mərifət batini işıqlanma ilə hasil olan ezoterik idrakdır. Onun mərifət

təlimində əsas yerlərdən birini kamil insan məsələsi tutur ki, bunun kökləri İbn

Ərəbinin təlimindən qaynaqlanır. Bu baxışa görə, Haqqın zatının ilkin təcəllisindən

5

külli əql, yaxud ilkin əql yaranır. Ariflər buna Məhəmmədin nuru deyirlər ki, bu

da metafizik bir anlamdır. Həqiqət birdir – batini lahut (ilahi), zahiri isə nasut

(insan) hesab edilir. Varlığın başlanğıcı (məbdə) Allah, sonu isə insandır. Qur’an

da Allahın adı ilə başlayır və insanla (nas) bitir. İnsan varlığın ən mükəmməl

nüsxəsidir, həm haqdır, həm də xəlq (xilqət). İnsan böyük aləmin müxtəsər və

kamil nüsxəsidir. Bütün həqiqətlərin toplusu, Allahın ad və sifətlərinin timsalı

insanda ifadə olunub (11). Qur’ana görə, insan Allahın yer üzərindəki xəlifəsidir.

Dünyanın yaranmasında məqsəd kamil insandır və həqiqətlər onun vasitəsilə zahir

olur. O, Allahın aləmlərə böyük rəhməti, haqqın mərifətinin dəlilidir. Allahın

əzəmətli adı kamil insan, onun təmsilçisi isə Məhəmmədin (s) nurudur.

Məhəmməd (s) həqiqəti bütün peyğəmbər və övliyaların ruhu və qütblərin qütbü

sayılır. Adi torpaqdan yaranan insan öz ruhi kamalı ilə fələklərdən və mələklərdən

üstün olmaqla haqqın uca dərgahına yaxınlaşır (Divan. s.86 ):

خد ص فلک تشتشین اص هلک افضى تشین

صیي د چشا گزسین هضل ها کثشیا عت

گش پاک اص کدا عت ، عالن خاک اص کدا عت

تش چ فشد آهذیذ تاس کیذ ایي چ خا عت

(Biz fələkdən ucayıq, mələkdən də öncəyik,

Ikisindən keçəlim, kibriya mənzilimiz.

Bu pak gövhər haradan, ol quru xak haradan,

Niyə aşağı endik, yüklənsin qafiləmiz)

Kamilliyə yetişməyin əsas yolu fənadır, insan canını və nəfsini fəda etməklə

bu məqama yetişir və əbədiyyət qazanır. Fəna fiziki ölüm deyil, nəfsani və cismani

sifətin fənasıdır. Arif üçün bundan sonra bəqa – əbədiyyət mərhələsi başlayır:

fənafillahdan bəqabillaha yetişmək (12). Bəşərin iki həyatı var: cismani (maddi)

yaşam, mənəvi (ruhani) yaşam. Kamillik mənəvi yaşamla təmin edilir. Bunun üçün

nəfsdən qurtularaq büsbütün can və ruh olmaq gərəkdir (Divan.s.420):

تایذ ک خوی خاى شی تا الیك خااى شی

(Gərək cümlə can olasan, ta canana layiq olasan)

Mövlananın düşüncə karvanını gözəlləşdirən və ürəyəyatımlı biçimə salan,

onun incə bədii zövqü və şeiriyyət istedadıdır. Bu dahi sənətkar irfan, hikmət,

əxlaq və şeiriyyət arasında qırılmaz peyvənd yaratmışdır. Onun ruhunda olan

ahəngdar düzən söz və məna, hünər ilə qəlib arasında tarazlıq yaradır. O qovğa

dolu ruhundakı çırpıntıları özündən xəbərsiz, ilahi vəcd və cazibə halında bahar

leysanı kimi axıdır.

Mövlananın qəzəlləri eşq və ruhi təlatümlərin, şövq və həyəcanın sadiq

təmsilçiləridir. Bu güclü bir axın kimi yolunda nə varsa, bir-birinə qatıb aparır.

Onun bədii təxəyyülündə ən sadə təbiət və həyat hadisələrinin ruhu və eşqi vardır.

Həmin ruhun cazibəsi və təlatümü yeni dövrün paslı və kirli qatlarında uymuş

6

praqmatik “başlar” üçün anlaşılmazdır. Bəşər elmdə, sərvətdə, şan-şöhrətdə nə

qədər ucalsa da, ölüm müəmması qarşısında ümidsiz və çarəsiz qalır, kiçikliyini və

acizliyini anlayır. Belə bir məqamda onun ruhunun sehrli dalğaları ləngər vura-

vura bu acılığa bir şirinlik qatır, ona ümid və təsəlli verir. İnsan ruhunun kamalı

qarşısında ölümdən qorxu hissi çəkilib gedir.

Mövlanada eşq vəhdətə aparan bir cövhərdir, nəfsi paklıq və mərifət qaynağı

olmaqla onun əzəməti hər şeyi əhatə edir, etnik və dini fərqləri bir kənara qoyaraq

həqiqi vəhdətə doğru aparır (Məsnəvi.2/1770):

هلت عشك اص و دیا خذا عت

عشماى سا هلت هزة خذا عت

(Eşq milləti bütün dinlərdən ayrıdır Aşiqlərin milləti və dini eşqdir)

Eşq dirilik və həyat qaynağıdır (Məsnəvi,1/217):

صآک عشك هشدگاى پایذ یغت

صآک هشد عی ها آیذ یغت

(Ölənlərin eşqi qalan deyil ki, Ölən bizə tərəf gələn deyil ki)

Cümlə aşiqlər həqiqi məşuqun müqabilində ölü kimidir (Məsnəvi,

1/30):

خول هعشق اعت عاشك پشد ای

صذ هعشق اعت عاشك هشد ای

(Hər şey məşuqdur və aşiq pərdədir, Məşuq diridir, aşiq isə ölü)

Bu pak eşq ilə onun ruhu heç vaxt dünyaya bağlanıb qalmır, göylərə

və Mələkuta doğru seyr edir. Can – nəfs öncə paklanaraq dərgaha, sonra

pak ruh olaraq Allahın məzhərinə çevrilir (Məsnəvi.5/152; 1/303)):

ل هظش دسگا شذ خاى ا

خاى خاى خد هظش هللا شذ

(İlkin can dərgahın məzhəri oldu, Canın canı isə Allahın məzhəri oldu)

حظ دیا شدتاى ایي خاى

حظ دیی شدتاى آعواى (Dünyəvi hiss bu dünyanın nərdivanı, Dini hiss Göyün nərdivanı)

Bu səfər Haqqa qovuşanadək davam edir (Məsnəvi.3/4335):

اص هماهات تثتل تا فا پای پای تا هاللات خذا

(Dünyadan üzülüşməkdən fəna məqamlarınadək

Pillə-pillə Allahla görüşənədək)

Həqiqət birdir və onda heç bir ixtilaf yoxdur, fərqlər maddi aləmdə və

nəfsin aşağı pilləsində aşkar olur (Məsnəvi.2/188):

تفشل دس سذ حیای تد

فظ احذ سذ اغای تد

7

(Təfriqə heyvani nəfsdə olar, Vahid nəfs insani ruhda olar).

İmanın da kökü birdir , fərq möminlərdədir (Məsnəvi. 4/408):

هؤهاى هعذد لیک ایواى یکی

خغوشاى هعذد لیکي خاى یکی

(Möminlər çox, lakin iman birdir Cisimləri çox, lakin can-ruh birdir)

İnsan torpaqdan yaranıb və onun təkamülü elə bir mərhələyə yetişir ki, Allah

tərəfindən ona ruh verilir (Divan.s.421-422):

یک هذتی اسکاى تذی یک هذتی حیاى تذی

یک هذتی چى خاى شذی خاا ش خاا ش

(Bir müddət ərkan (dörd ünsür) idin, bir müddət heyvan idin,

Bir müddət can (insan) oldunsa, cananə ol, cananə ol!)

Deməli, onun cismi bu dünyadan olsa da, onun ruhu laməkan

aləmindəndir, ona görə ora can atır (Məsnəvi. 2/612):

ت هکای اصل ت دس الهکاى

ایي دکاى تش تذ تگشا آى دکاى

(Sən məkansan əslindir laməkan Bu dükanı bağla aç o dükanı)

Ancaq laməkan seyr etmək üçün ürək aynası nəfsin tozundan silin-

məli və saf hala gəlməlidir (Məsnəvi. 2/72):

آی دل چى شد صافی پاک

مشا تیی تشى اص آب خاک

(Ürək aynası saf və pak olarsa, Su və torpaqdan kənar naxışlar görərsən).

Bu mənada bəşər xeyir və şəri sınamaq üçün yaradılmışdır (Məsnəvi.

5/1556):

چک صاع خاعت ایداد تشش اص تشای اتتالی خیش شش

(Yaradan bəşəri ona görə icad etdi ki, Onu xeyir və şərlə sınasın)

İnsanın cismani vücudunu təşkil edən dörd ünsür məhz Haqqın lütfü

ilə həyat tapır (Məsnəvi.1/838):

تاد خاک آب آتش تذ اذ

تا هي ت هشد تا حك صذ اذ (Hava, torpaq, su və od bəndədir Mən və sənlə ölü, Haqla diridir)

Mövlana bir növ İbn Ərəbi kimi yaradılışı ədəmdən (yoxluqdan) vücuda gələn

davamlı karvan kimi təsəvvür edir (Məsnəvi.1/1889):

غتی ش صهاى اص عذم ا عی

غت یاسب کاساى دس کاساى (Ədəmdən (yoxluqdan) varlığa doğru hər zaman

Ya Rəb, karvan içində karvan gəlir)

8

İnsan maddədən – cəmad, nəbati, heyvani nəfs mərhələsindən keçərək insani

nəfsə doğru təkamül yolları keçir (Məsnəvi. 4/3637):

آهذ ال ت اللین خواد ص خوادی دس ثاتی افتاد

(Əvvəlcə “cəmad” (maddə) iqliminə gəldi, Cəmaddan nəbata düşdü)

Kosmoloji düzəndə insan maddi baxımdan kiçik aləm sayılsa da mənəviyyat

və ruh baxımından böyük aləmdir (Məsnəvi. 4/521):

پظ تصست عالن اصغش تیی

پظ توعی عالن اکثش تیی (Demək, surətdə kiçik aləm sənsən,

Demək, mənada böyük aləm sənsən)

Torpaqdan yaranan Adəm elmi Haqqdan öyrənmiş və onu göyün yeddinci

təbəqəsinə yüksəltmişdir (Məsnəvi. 1/1012):

آدم خاکی ص حك آهخت علن تا ت فتن آعواى افشخت علن

(Torpaq Adəm Haqqdan elm öyrəndi,

Elmi göyün yeddinci qatına yüksəltdi)

Bəşər Qur’anda işarə edilən elm sfəti ilə fəzilət sahibidir (Məsnəvi. 1/1234):

تالثشش ک علن االعوا تگغت

صذ ضاساى علوش اذس ش سگ اعت (Bəşər övladı “elmin adlarında” sultandır, Hər damarında yüz min elm var)

Nəfs su ilə müqayisə edilir, gəminin içinə dolanda onu batırır, altında isə ona

dayaq olur (Məsnəvi. 1/985):

آب دس کشتی الک کشتی اعت آب اذس صیش کشتظ پشتی اعت

(Su gəmidə onun həlakına bais olar, Su gəminin altında dayaq olar)

Haqqın gerçək mərifəti zahiri amillərlə mümkün deyil və yalnız nəfs-

dən paklanmış qəlbdə hasil olur, ona görə sadəcə zahiri Həcc səfəri ilə

Allaha yaxınlaşmaq olmaz (Divan.s.141):

ای لم ت حح سفت کداییذ کداییذ؟

هعشق ویي خا عت، تیاییذ تیاییذ هعشق ت وغای دیاس ت دیاس

دس تادی عشگشت دس چ اییذ؟ تا ایو آى سح شوا گح شوا تاد

افغط ک تش گح شوا پشد شواییذ (Ey Həccə gedən qövm, hardasız, hardasız?

Məşuq burdadır, gəliniz, gəliniz!

Məşuqun qonşuluqda, divar-divaradır

Hansı havayla çöllərdə dolaşırsız?

Bununla belə, kaş zəhmətiniz xəzinə ilə nəticələnərdi,

9

Əfsus ki, öz xəzinənizə özünüz pərdəsiniz)

Rumi ortaya ibrətamiz bir məna qoyur: insan çölləri dolaşıb Həcc

ziyarətindən öncə Haqqı saf qəlbində axtarmalı, həmin iman xəzinəsinə yol

tapmalıdır, ancaq onun özü – yəni nəfsi xəzinə yolunda əngəldir. Yunus Emreye

görə, Haqq səndən uzad deyil, “mənəmliyi”, yəni nəfsi buraxsan Onu öz canında

tapa bilərsən (15.s.121):

İstemegil Hak'ı ırak gönüldedür Hakk'a turak

Sen senligün elden bırak tenden içerü cândadur

Deməli, bir yandan, Haqqın ayə və təcəlli nişanələri bütün dünyada vardırsa,

başqa yandan, O, sındən ayrı deyil (15.s.151):

Hak cihâna toludur kimsene Hakk'ı bilmez

Anı sen senden iste o senden ayru olmaz

Rumi ali insaniyyət fəlsəfəsinə və bəşərin uca ilahi məqamına can atmasını

önə çəkərək insanlar arsındakı bütün zahiri ixtilaf və fərqləri rədd edir:

ک هي خد سا وی دان ! چ تذتیش ای هغلوااى

تشعا یدین هي، گثشم هغلوان

ششلین غشتین ، علی ام ، عفلی ام صاس کاى طثیعی ام، اص افالک گشدان شان تی شاى تاشذ،هکان الهکاى تاشذ

تي تاشذ خاى تاشذ، ک هي اص خاى خاان دیی سا چى تشى کشدم، د عالن سا یکی دیذم

یکی تین، یکی خین، یکی دان، یکی خان Nə tədbir, ey müsəlmanlar, mən özümü bula bilməm, Nə tərsa, nə də yəhudi, nə gebrəm, nə müsəlmanəm. Nə şərqiyəm, nə qərbiyəm, nə süfliyəm, nə ülviyəm,

Nə təbii ünsürlərdən, nə dövr edən fələkdənəm.

Nişanım binişan olmuş, məkanın yox, laməkanam,

Nə tən vardır, nə can vardır, mən cananın canındanam.

İkiliyi çölə atdım, iki aləmi bir gördüm,

Bir görür, bir axtarıram, bir bilir, bir çağırıram.

Ruhi təlatümlər burulğanında bu qədər haldan-hala düşən, bəzən dalğalanan

və bəzən də sükunət içində rahatlıq tapan, xəyal karvanını üfüqlərdən üfüqlərə

sürdürən, yöni zamanda həssas və təbii duyğularla təsirlənə bilən şair az tapılar. O,

başdan-başa eşq, ağıl və ruhdan ibarətdir. Bütün ideoloji cərəyanlar, fəlsəfi

məktəblər, əqidə və təsəvvürlər müəyyən bir qəlib və sistem halında olmaqla,

konkret bir yönümə malikdir, müəyyən bir xətt üzrə hərəkət edir. Tək-tək

götürüldükdə bunların heç birində bütöv və hərtərəfli duyum yoxdur. Hətta ağıl da

bu təzadlı və dolaşıq baxışlar arasında bir uzlaşma və harmoniya yarada bilmir.

Ruminin ruhu və xəyalı dünyanın boş hay-küyündən, qovğa və keşməkeş dolu

nigarançılığından uzaqlaşaraq gündəlik yaşam qayğıları ilə sərgərdan qalan adi

insanlar üçün gözə görünməyən sehrli röyalar aləminə doğru seyr edir. Onun ruhi

10

meracı və mənəvi yüksəlişinin sonu yoxdur. Mövlanada o qədər həyat eşqi və ümid

var idi ki, yenidən diriləcəyinin şövqü ilə tez ayağa qalxa biləcək şəkildə dəfn

edilməsini öz vəsiyyətində bildirmişdi.

Bir sözlə, Mövlananın düşüncə karvanı həyat, ruh, eşq, duyğu və təxəyyül ilə

cilalanaraq ahəngdar bir tərzdə həmişə hərəkətdə və yüksəlişdədir. Burada ara-sıra

müşahidə edilən sükunət halları ötəridir, ilahi eşq olan yerdə durğunluğa yer

yoxdur. Onun “Divan”ı başdan-başa həyat, eşq və şövq ilə doludur. Şairin qəzəlləri

onun pak həyəcan və ürək döyüntülərini sözlə bəyan edən musiqili təxəyyül

lövhələrindən ibarətdir ki, o, bunları fikirləşmədən vəcd halında söyləmişdir.

Başqa dillərə tərcümədə bu musiqili düzən pozulur.

Ümumiyyətlə, Ruminin irfani görüşlərini belə ümumiləşdirmək olar:

1. Ruminin “Divan” və “Məsnəvi”si onun eşq, həyat və mərifət dolu qəlbinin

və ruhunun təzadlı dünyasıdır: biri coşqun təlatümlər, həmişə hərəkətdə olan və

tufan qoparan dəyra, o birisi isə Qur’an və irfan maarifini mötədil yöndə əks

etdirən sakit bir dərya.

2. Mövlananın bu iki əsəri Qur’an və islam maarifinin fars dilində incə zövqlə

cilalanmış bədii-arifanə şərhi və rəmzi yozumu kimi dəyərləndirilir.

3. Rumi bir yandan Mənsur Həllac, Bayəzid Bistami, Eynülqüzzat Həmədani

kimi vəcd, şur və həcəyan dolu haqq aşiqi, başqa yandan isə mötədil təsəvvüf

məktəbinin davamçısıdır və bu yöndə Cüneyd Bağdadi, Əbülqasım Qüşeyri, Ömər

Söhrəvərdi və Əbu Hamid Qəzalinin düşüncələrini paylaşır.

4. Onun baxışlarında Mühyiddin İbn Ərəbinin və Şəms Təbrizinin təlimi, o

sıradan vəhdəti-vücud, haqq sevgisi və batini mərifət, Məhəmmədin (s) nuru və

kamil insan məsələləri önəmli yer tutur. Burada Platonizm, neoplatonizm,

qnostisizm və başqa cərəyanların əks-sədasını da eşitmək olar, ancaq Ruminin

təxəyyülündə hər bir təsəvvür və baxış onun eşq və mərifət dünyasının ruhuna

uyğun bir biçimə salınır.

5. Ruminin bədii irsində həm Nizami Gəncəviyə xas hikmət və əxlaq təlimi,

həm də Sənai və Əttara xas olan möizə, arifanə qissələr və didaktik mətləblər öz

ifadəsini tapır.

QAYNAQLAR:

1. Sirri-ney. Doktor Əbdülhüseyn Zərrinkub. Tehran, 1378. c. 1, s. 458-460.

2.Ayati-Məsnəviye-mənəvi. Nizaməddin Nuri Kutənai. Tehran. 1380. s. 5-8.

3.Seyri dər-Divane-Şəms. Əli Dəşti. Tehran. 1372. s. 8-11.

4.Ehya ulum vəd-din. Əbu Hamid Qəzali. Misir çapı. c. 3. s. 55-56; c. 4, s. 412-418.

5.Sirri-ney. s. 496.

6.Misbahül-hidayə və miftahül-kifayə. İzzəddin Mahmud Kaşini. Tehran. 1372. s. 426-428.

7.Əvarifül-məarif. Şihabəddin Ömər Sührəvərdi. Misir. 3-cü bab. 285.

11

8.A.D.Kniş. Uçenie İbn Arabi v pozdney musulğmanskoy tradiüii. Sufizm a kontekste

musulğmanskoy kulğturı. M. 1989. s. 12.

9.İbn Ərəbi-çehreyi-bərcəsteyi-irfani-islami. Doktor Mohsin Cahangiri. Tehran. 1378. s. 153.

10.Məfatihül-icaz fi şərhi-Gülşəni-raz. Şəmsəddin Məhəmməd Lahici. Tehran. 1371. s. 114.

11.Fütuhatül-məkkiyyə. Mühyiddin İbn Ərəbi. Qahirə. 1392. c. 2. s. 218.

12.Mənaqibül-arifin. Şəmsəddin Əhməd Əflaki. Tehran. 1378 (Ankar çapı əsasında). c. 1, s. 216.

13. Qozideye-qəzəlliyate-Şəms. Doktor Rza Şəfii Kədkəni. Tehran. 1382.

14. Mövlana Cəlaləddin Məhəmməd Bəlxi (Rumi). Məsnəviye-Mənəvi. Nikolsonun düzəliş etdiyi

mətn. Tehran-1384.

15. Yunus Emrə. Divan və Risaletün Nushiyye. Dr. Mustafa Tatçı. HYAYINLARI. 2011

Calaladdin Rumi: spiritual illumination and esoteric knowledge

(Summary)

In this work main aspects of Calaladdin Rumi’s – prominent Muslim East poet-mystic

perception have been analyzed; Where the combination intellectualism and Holy Koranic

monotheism; Spiritual illumination and esoterically-intuitively knowledge, artistically-aesthetic

perception and mystic symbolism are observed.

In the most delicate figuratively-symbolic port-royals’, the light have been thrown to the

correlation of the unity of essence and the plurality of manifestation of names and attributes of

the Absolute, there is conceived idea about spiritual comprehension of the Truth and

immortality.