AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüququnda...

12
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüququnda MƏLAHƏT ŞAMİL QIZI ORUCOVA XARİCİ İNVESTİSİYALARIN AZƏRBAYCAN RESPUBLİKASININ SOSİAL - İQTİSADİ İNKİŞAFINA TƏSİRİNİN TƏHLİLİ MODELLƏŞDİRİLMƏSİ 08.00.13 – iqtisadiyyatın riyazi və instrumental üsulları İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın A V T O R E F E R A T I Bakı - 2012 2 Tədqiqat işi İqtisadi İnkişaf Nazirliyi Iqtisadi İslahatlar Elmi- Tədqiqat İnstitutunda yerinə yetirilmişdir. Elmi rəhbər: iqtisad elmləri doktoru, professor N.F.Tağıyev Rəsmi opponentlər: AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor A.F.Musayev iqtisad elmləri namizədi, dosent V.A.Mütəllimova Aparıcı təşkilat: Azərbaycan Texniki Universiteti, “Sənaye iqtisadiyyatı və menecment” kafedrası Müdafiə “22” may 2012-ci il saat 14 00 -da Bakı Dövlət Uni- versitetinin nəzdindəki FD.02.016 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir. Ünvan: Az 1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 23. Dissertasiya işi ilə Bakı Dövlət Universitetinin kitabxanasında tanış olmaq olar. Avtoreferat “20” aprel 2012-ci il tarixində göndərilmişdir. FD.02.016 Dissertasiya Şurasının elmi katibi, r.e.d.,dosent N.Q.Əhmədov

Transcript of AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ Əlyazması hüququnda...

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ

Əlyazması hüququnda

MƏLAHƏT ŞAMİL QIZI ORUCOVA

XARİCİ İNVESTİSİYALARIN AZƏRBAYCAN RESPUBLİKASININ SOSİAL - İQTİSADİ İNKİŞAFINA

TƏSİRİNİN TƏHLİLİ VƏ MODELLƏŞDİRİLMƏSİ

08.00.13 – iqtisadiyyatın riyazi və instrumental üsulları

İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

Bakı - 2012

2

Tədqiqat işi İqtisadi İnkişaf Nazirliyi Iqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda yerinə yetirilmişdir. Elmi rəhbər: iqtisad elmləri doktoru,

professor N.F.Tağıyev Rəsmi opponentlər: AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru,

professor A.F.Musayev iqtisad elmləri namizədi, dosent V.A.Mütəllimova

Aparıcı təşkilat: Azərbaycan Texniki Universiteti, “Sənaye iqtisadiyyatı və menecment” kafedrası

Müdafiə “22” may 2012-ci il saat 1400-da Bakı Dövlət Uni-

versitetinin nəzdindəki FD.02.016 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

Ünvan: Az 1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi 23.

Dissertasiya işi ilə Bakı Dövlət Universitetinin kitabxanasında tanış olmaq olar.

Avtoreferat “20” aprel 2012-ci il tarixində göndərilmişdir. FD.02.016 Dissertasiya Şurasının elmi katibi, r.e.d.,dosent N.Q.Əhmədov

3

İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

Mövzunun aktuallığı. Hal hazırda xarici investisiyalar güclü rəqabət qabiliyyəti və iqtisadi artım amilinə çevrilmiş, milli iqtisadiyyatın dünya bazarına inteqrasiyasını nəzərə çarpacaq dərəcədə gücləndirmiş, istehsalat və dünya ticarəti artımının hərəkətverici qüvvəsinə çevrilmişdir.

Beynəlxalq kapital axınında həm onu ixrac edən şirkət və ölkələr, həm də idxal edən şirkət və ölkələr maraqlıdır. Bu prosesdə birincilər yeni satış bazarlarını mənimsəyir, öz gəlirlərini və dövlət büdcəsinin gəlirini artırırlar. İkincilər əlavə investisiyalar, daha yük-sək texnologiyalar, idarəetmə üsulları əldə edirlər, deməli, texniki-iqtisadi inkişafın da sürətinin artmasına nail olurlar.

İnvestisiya amili bütün inkişaf etmiş sənaye ölkələrinin rəqabət mövqelərinin möhkəmlənməsində mühüm rol oynamış, onlara bütün digər ölkələr qarşısında üstünlük vermişdir. Böyük həcmli kapital qoyuluşu və onlardan səmərəli istifadə bir tərəf üçün təbii ehtiyatlarla bağlı, digərləri üçün isə coğrafi mövqe və demək olar ki, bunların hər biri üçün iş qüvvəsinin defisiti və ya bahalığı ilə bağlı olan rəqabət üstünlüklərinin çatışmazlığı və ya itirilməsini kompensasiya etməyə imkan vermişdir. Xarici investisiyalar keçid ölkələrdə xüsusilə mühüm rol oynayır, çünki keçid dövrünün əvvəlində post-sosialist ölkələrinə öz investisiya vəsaitləri böhrandan çıxmağa imkan vermirdi. Xarici investisiyalar Azərbaycanda həlledici rol oynamışdır,belə ki, 1994-cü ildə bağlanmış neft müqaviləsi ölkənin dünya bazarlarına çıxmasına və dünya əmək bölgüsünün iştirakçısı olmağa imkan verən sıçrayış olmuşdur. Neftçıxarma sahəsi sonralar investisiyaları iqtisadiyyatın qeyri-neft sektorlarının inkişafına yö-nəltməyə, əhalinin həyat səviyyəsini və bütövlükdə ölkənin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmağa imkan verən aparıcı sahəyə çevrilmişdir.

Xarici investisiyaların sosial-iqtisadi inkişafdakı müsbət rolu ilə yanaşı, onların resipiyent ölkəyə mənfi təsiri də ola bilər. Bu, iqti-sadiyyatın müəyyən sahələri və sferaları üzərində nəzarətin itiril-məsinə, iqtisadiyyatın birtərəfli inkişafına səbəb ola bilər. Bundan əlavə, xarici kompaniyalar təhlükəli və zərərli istehsalatın öz ölkə-lərindən çıxarılmasında və digər ölkələrdə yerləşdirilməsində maraq-lıdırlar, bu da həmin ölkələrdə ekoloji vəziyyətin ağırlaşmasına səbəb

4

ola bilər. Bu cəhətdən xarici investisiyaların ölkənin sosial-iqtisadi inkişafına təsirinin öyrənilməsi olduqca aktualdır.

Problemin öyrənilmə səviyyəsi. İnvestisiya nəzəriyyəsinin əsası klassik məktəbin nümayəndələri A.Smit və D.Rikkardo tərə-findən qoyulmuşdur. İnvestisiya nəzəriyyəsinin inkişaf etdirilmə-sində C.M.Keynsin mühüm xidmətləri olmuşdur. O, makroiqtisadi tarazlıq problemini araşdıraraq investisiyaları makroiqtisadi siyasət aləti kimi nəzərdən keçirmişdir. İnvestisiya nəzəriyyəsi sonralar C.Klark, L.Zade, R.Harrod, E.Domar, P.Samuelson, həmçinin S.Fişer, K.Makkonel, S.Bryu və başqalarının araşdırmalarında in-kişaf etdirilmişdir. Postsovet məkanında bu məsələlər Alexin A., Averkin A., Ayuşev A.D., Balabanov İ.T., Kartavsev V., Kruqlov V., o cümlədən Azərbaycan iqtisadçı alimləri N.Tağıev, Ç.Abbasov, S.Abdinov, Y.Abdullayev, R.Əliyev, Ə.Əlirzayev, Y.Həsənli, Q.İmanov, F.Qasımov, F.Məmmədov, və digər mütəxəssislər tərəfindən tədqiq edilmişdir.

Tədqiqat obyekti kimi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına təsir göstərmiş xarici investisiyalardan istifadə edilmişdir. Tədqiqatın predmeti xarici investisiyaların Azərbaycanın sosial-iqtisadi inkişafına təsirinin modelləşdirilməsidir.

Tədqiqatın məqsədi və vəzifələri. Xarici investisiyaların Azərbaycanın sosial-iqtisadi inkişafına təsirinin riyazi-iqtisadi mo-delləşdirilməsi və təhlilidir. Bu məqsədlərə müvafiq olaraq, tədqiqat qarşısında aşağıdakı məsələlər qoyulmuşdur:

Xarici investisiyaların sosial-iqtisadi inkişafa təsirinin nəzəri-metodoloji əsaslarını tədqiq etmək, ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların iqtisadi mənbələri və qoyuluş üzrə struk-turunun empirik təhlilini aparmaq, investisiya cəlbediciliyi mövqe-yindən Azərbaycanın sosial-iqtisadi inkişafının meyliləri və faktor-larını qiymətləndirmək, investisiyaların daha səmərəli istiqamətlərini müəyyən etmək üçün onların sosial inkişafa, ilk növbədə insan ka-pitalının keyfiyyətinə təsirini ekonometrik modelləşdirmə vasitəsilə qiymətləndirmək, xarici investisiyaların gələcək inkişaf proqnozu üçün avtoreqressiya modelini qurmaq və təhlil etmək, Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcminə təsir gös-tərən faktorları müəyyən etmək və ekonometrik təhlil vasitəsilə bu faktorların xarici investisiyaların həcminə təsirini qiymətləndirmək, Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyaların iqtisadi

5

inkişafa təsirinin modelləşdirilməsi, ölkənin sosial-iqtisadi inkişaf göstəriciləri sistemində xarici investisiyaların yerini və rolunu qiy-mətləndirmək.

Tədqiqat işinin nəzəri-metodoloji əsasını tədqiq olunan möv-zu üzrə mövcud klassik əsərlər və müasir alimlərin elmi araş-dırılmaları, Azərbaycan Respublikasının müvafiq qanunvericilik akt-ları və digər hüquqi normativ sənədlər təşkil edir. Modelləşdirmə və təhlil üçün çoxölçülü statistika və ekonometrika üsullarından tətbiq edilmişdir. Tədqiqat işi iqtisadi-riyazi üsullardan və modellərdən ge-niş istifadə edilməklə sistemli təhlil metodu əsasında yerinə yetiril-mişdir.

Tədqiqat işinin informasiya bazasını Azərbaycan Respub-likasının Dövlət Statistika Komitəsinin, Dünya Bankının, BMT–nın məlumatları və hesabatları, İnternet şəbəkəsində beynəlxalq təşki-latların müvafiq informasiya bazası təşkil etmişdir.

Dissertasiya işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir: 1. İnvestisiya cəlbediciliyi mövqeyindən Azərbaycanın sosial-

iqtisadi inkişafının şəraitləri, ənənələri və faktorları aşkar olunmuş. 2. İnvestisiya qoyuluşunun ən səmərəli istiqamətlərindən biri

insan kapitalına yönəldilən xərclərin təsiri ekonometrik modelləş-dirmə vasitəsilə qiymətləndirilmiş.

3. Xarici investisiyaların avtoreqressiya modeli qurulub və proqnoz qiymətlər hesablanmış.

4. Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyulmasına daha çox təsir göstərən faktorlar korrelyasiya təhlili vasitəsi ilə müəyyən edilmiş və ekonometrik təhlil vasitəsilə bu faktorların xarici investisiyaların həcminə təsiri qiymətləndirilmiş.

5. Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisi-yaların iqtisadi inkişafa təsiri ekonometrik modelləşdirmə vasitəsi ilə qiymətləndirilmiş;

6. Çoxölçülü statistika üsulları vasitəsilə Azərbaycanın sosial-iqtisadi inkişaf göstəriciləri sistemində birbaşa xarici investisiyaların yeri və rolu qiymətləndirilmiş.

İşin praktik əhəmiyyəti ondan ibarətdir ki, aparılmış tədqi-qatların nəticələri ölkənin investisiya cəlbediciliyinin yaxşılaşdırıl-masına istiqamətlənən dövlət siyasətinin işlənməsi və həyata keçiril-məsində istifadə oluna bilər. Eyni zamanda Azərbaycan Respub-

6

likasının uzunmüddətli perspektivliyinə aid sosial-iqtisadi inkişaf strategiyasının hazırlaşmasında nəzərə alına bilər.

İşin aprobasiyası və əməli reallaşdırılması. Dissertasiya işi-nin nəticələri respublika və beynəlxalq konfranslarında məruzə edilmişdir. 1. “Riyaziyyatın tətbiqi problemləri” Ümummilli lider Heydər

Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş Elmi Konfransının materialları, VIII, Bakı- 2008.

2. “Riyaziyyatın tətbiqi problemləri” Elmi Konfransının mate-rialları, X, Bakı-2010.

3. The 4-th Congress of the Turkic World Mathematical Society (TWMS) Baku, Azerbaijan 1-3 Jule, 2011.

4. XVII Международная конференция по Вычислительной ме-ханике и современным прикладным программным системам (ВМСППС'2011) Алушта, Крым, 25-31 мая, 2011

5. Qazaxıstan Respublikasının 20 illiyinə həsr olunmuş "Новая парадигма экономического развития страны: интеграция, индустриализация, инновация" 8-9 dekabr, 2011.

Tədqiqat işinin əsas nəticələri. Tədqiqat işinin nəticələrini

müxtəlif elm sahələrində, o cümlədən Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafı ilə bağlı müxtəlif proyektlərdə və proqramlarda istifadə edilə bilər. Tədqiqat işinin məzmunundan irəli gələn nəticələr və proqnozlaşdırma metodikası Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris mərkəzində aparılan elmi-təqtiqat işlərində istifadə olunması nəzərdə tutulmuşdur.

Tədqiqat işinin nəticələri üzrə dərc olunmuş materiallar. Tədqiqat işinin nəticələri üzrə 12 elmi işdə məqalə və tezis şəklində dərc edilmişdir.

İşin quruluşu və həcmi. Dissertasiya işi giriş, 3 fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısından və əlavələrdən ibarət ol-maqla kompüter yazısı ilə 131 səhifə həcmindədir. Dissertasiyada 18 şəkil, 21 cədvəl, 124 ədəbiyyat siyahısı öz əksini tapmışdır.

7

İŞİN ƏSAS MƏZMUNU Dissertasiya işinin girişində tədqiqatın aktuallığı əsaslandırılır,

dissertasiya işinin məqsədi, əsas vəzifələri, metodoloji əsasları, in-formasiya bazası, elmi yeniliyi və praktiki əhəmiyyəti müəyyənləş-dirilir, dissertasiya işinin həcmi və strukturu barədə məlumat verilir.

“Xarici investisiyaların sosial-iqtisadi inkişafa təsirinin nəzəri-metodoloji əsasları” adlı birinci fəslində ölkənin iqtisadi artımına birbaşa xarici investisiyaların təsirinin öyrənilməsinə fərqli müxtəlif yanaşmalar göstərilmişdir.

Geniş mənada “investisiya” sözü bu gün pullardan ayrılıb, gələcəkdə onları daha çox məbləğdə əldə etməkdir. Xarici inves-tisiyalar kapital daxilolmaları nəticəsində baş verir. Bu fəsildə milli iqtisadiyyatların birbaşa investisiya axınının təsirini qiymətləndirən modellər təhlil olunub. Onların arasında Leontiyev modeli, Velfens Cesinski modeli və onun modifikasiyaları, daxili və xarici investi-siyaların qarşılıqlı əlaqə modelləri göstərilmişdir. Bu modellərin mənfi və müsbət tərəflərinə baxılmış və hansı səbəblərdən onların praktik reallaşmamasının müəyyən çətinlikləri göstərilmişdir. Bütövlükdə modellər işə tam yararlıdır və birbaşa xarici investi-siyaların rolunu qiymətləndirməyə imkan verir. Ancaq birbaşa xarici investisiyaları verilən vəziyyətdə və konkret ölkəyə tətbiq etməklə, onun qiymətləndirilməsində daha uğurlu aləti dəqiq müəyyən etmək lazımdır. Bu isə, ölkə üçün uğurlu investisiya siyasəti aparmağa imkan yaradacaq.

Ölkənin sosial-iqtisadi inkişafı və Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlığa qoşulması məqsədi ilə iqtisadiyyata xarici in-vestisiyaların cəlb edilməsi vacibdir ki, bu da mülkiyyət növündən asılı olmayaraq bütün investisiyaların müdafiəsini təmin edən normativ-hüquqi bazanı yaratmadan mümkün deyil. Müstəqilliyin ilk illərində Azərbaycanda investisiya fəaliyyətini reqlamentləşdirən nor-mativ-hüquqi aktlar qəbul edilmişdir. Belə ki, 1992-ci ildə “Xarici investisiyaların müdafiəsi haqqında”, 1995-ci ildə isə “İnvestisiya fəaliyyətinin müdafiəsi haqqında” Qanunlar qəbul edilmişdir. “İn-vestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa görə, investisiya vasitələrinə pul vasitələri, məqsədli bank yatırımları, kreditlər, paylar, aksiyalar, qiymətli kağızlar; daşınan və daşınmaz əmlak, elmi-praktiki və digər intellektual dəyərlər; bu və ya digər

8

istehsal növü təşkili üçün lazım olan texniki sənəd şəklində tərtib edilmiş, patentləşdirilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu; torpaq, su və digər ehtiyatlardan bina, tikililər, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn və başqa əmlak hüquqlar, başqa sərvətlərdir.

“Azərbaycan Respublikasının investisiya mühitinin təhlili və qiymətləndirilməsi” adlı ikinci fəsildə ölkədə mənbələrinə və iqtisadiyyatın sahələrinə görə investisiyaların dinamikası və strukturu təhlili edilir, sosial-iqtisadi inkişafının şərait, meyl və amillərinin investisiya cəlbediciliyi mövqeyindən qiymətləndirilir.

Təhlil göstərir ki, (şək.1) 2000-2010-cu illərdə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 12,2 dəfə artmışdır. Daxili investisiyaların artım tempi ümumi investisiyaların artım tempini üstələmiş və 18,6 dəfə artmışdır. Bu zaman xarici investisiyaların artım tempi 8,9 dəfə artmışdır.

2000-2010-cu illər ərzində Azərbaycan iqtisadiyyatına qoyulan

investisiyaların dinamikası (mln.doll.)

0

2000

4000

6000

8000

10000

12000

14000

16000

18000

20000

2000 2003 2004 2005 2006 2007 2008 2009 2010

cəmi ivestisiyalarxarici investisiyalardaxili investisiyalar

Şək.1 2000-ci ildə investisiyaların ümumi həcmində xarici inves-

tisiyaların payı 64,3% təşkil etmişdir. Sonradan bu göstərici artaraq, özünün ən yüksək nöqtəsinə 2003-cü ildə çatmışdır – 77,9%. Sonrakı illərdə xarici investisiyaların xüsusi çəkisi azalsa da, daxili inves-tisiyaların payından çox olmuşdur. Yalnız 2008-ci ildə xarici inves-tisiyaların payı 42,2%-ə qədər azalmışdır. Müvafiq olaraq, 2000-ci ildə daxili investisiyaların payı cəmi 35,7% təşkil edirdisə, bu gös-tərici tədricən artaraq, 2008-ci ildə ilk dəfə 50%-lik səviyyəni ke-

9

çərək, 57,8% təşkil etmişdir. 2010-cu ildə xarici investisiyaların xüsusi çəkisi – 46,9%, daxili investisiyaların payı isə 53,1% ol-muşdur.

Azərbaycanda xarici investisiyalar bir neçə istiqamətdə iqtisadiyyata qoyulur. Bu – neft sənayesi, maliyyə krediti, xarici firmalar, birgə müəssisələr və neft bonusudur. İstiqamətlər üzrə investisiyaların artım templərini müqayisə edərkən, qeyd etmək lazımdır ki, 2000-2010-cu illər ərzində maliyyə kreditinə investi-siyalar ümumilikdə xarici investisiyaların artım templərindən yüksək olmuş və 12,9 dəfə artmışdır. Neft sənayesinə, xarici firmalara və birgə müəssisələrə investisiyaların həcmi ümumi investisiya artı-mından aşağı olub və müvafiq olaraq, 5,4 dəfə və 5,6 dəfə artmışdır. Xarici investisiyaların yeganə azalan maddəsi – neft bonusu ol-muşdur ki, onun həcmi 2003-cü ildən – 2010-ci ilə qədər 96,6% azalmışdır. Xarici investisiyaların strukturuna gəldikdə, qeyd etmək lazımdır ki, 2000-ci ildə xarici investisiyaların payının ən çox hissəsi neft sənayesinin üzərinə düşmüşdür – 58,6%. Sonra, azalma dərəcəsi ilə, maliyyə kreditinə investisiyalar – 28,4%; xarici firma və birgə müəssisələrə – 12,7% investisiyalar qoyulmuşdur. Neft sektoruna investisiyaların payı 2004-cü ilə qədər artaraq, özünün ən yüksək nöqtəsinə – 89,3%-ə çatmışdır. Sonrakı illərdə neft sənayesinə investisiyaların xüsusi çəkisi azalmışdır, lakin buna baxmayaraq, yenə də xarici investisiyaların çox hissəsini təşkil edirdi, müvafiq olaraq, 2005-ci ildə – 77,7%; 2006-cı ildə – 67,7%; 2007-ci ildə – 60,0%. Yalnız 2008-ci ildə neft sektoruna investisiyaların payı 50%-lik səviyyədən aşağı olub, 48,9% təşkil etmişdir, 2009-cu ildə - 44,1%, 2010-cu ildə isə - 35,8% təşkil etmişdir.

Ölkənin investisiya cəlbediciliyinə bir çox amillər təsir edir ki, onlardan da ən başlıcası siyasi və qanunvericilik amilləridir. Siyasi stabillik xarici investisiyaların cəlb olunmasında əsas amillərdən biridir. Lakin, siyasi amilin investisiya cəlbediciliyinə təsirinin riyazi modelini işləyib hazırlamaq çox çətindir. Bunun səbəbi – siyasi vəziyyətin inkişaf qanunauyğunluqlarının olmamasıdır. Bundan fərqli olaraq, iqtisadi amili üç kompleks amillərə bölmək olar: ölkənin iqtisadi vəziyyəti; daxili bazarın həcmi və imkanları; fiskal yükün səviyyəsi və gömrük tənzimlənməsidir. Bu kompleks amillərin hər birinin təsirini araşdıraq. Belə ki, ölkənin iqtisadi vəziyyətini xarak-terizə edən əsas amillərə aşağıdakılar daxildir: ÜDM-in həcmi,

10

inflyasiyanın səviyyəsi, sənaye istehsalının dinamikası, ziyanla işlə-yən müəssisələrin payı, büdcə kəsiri, xarici borc.

2000-2010-cu illərdə Azərbaycana qoyulan xarici

investisiyalarının strukturu (%)

0%10%20%30%40%50%60%70%80%90%

100%

2000 2003 2004 2005 2006 2007 2008 2009 2010

Xarici və müştərək müəssisələrNeft bonusuNeft sənayesi Maliyyə krediti

Qeyd: Azərbaycanın statistik göstəriciləri 2011. s. 413.

Şək.2

1997 – 2010-cu illər ərzində Azərbaycanda ÜDM-un həcmi

13,2 dəfə artmışdır. Tədqiq edilən dövr ərzində ÜDM-un orta illik artım əmsalı 1,22 təşkil etmişdir. Bildiyimiz kimi, investisiyaların həcminin ÜDM-la nisbəti mühüm indikativ göstəricilərdən biridir və 90-cı illərin ortalarında bəzi inkişaf etmiş ölkələrdə 20-25% təşkil edirdi. Bu nisbət optimal göstəricidir. Bəzi tez inkişaf edən ölkələrdə bu nisbət hətta 30-35% təşkil etmişdir. Təhlil göstərir ki, Azərbay-canda həmin göstərici optimal nisbətdən daha yüksəkdir. ÜDM-də investisiyaların payının yüksək olması xaricdən gələn investisiya axınının böyük olması ilə izah edilir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, xarici investisiyaların böyük bir hissəsi neft sənayesinin payına düşmüşdür. Korellyasiya əmsalının hesablanması göstərmişdir ki, ÜDM ilə investisiyalar arasında əlaqə, ümumilikdə, 1-ə yaxın idi və 0,96 təşkil etmişdir, xarici investisiyalar və ÜDM arasındaki korrelyasiya əmsalı 0,82 olmuşdur.

11

İnvestisiya iqliminə təsir edən iqtisadi göstəricilər arasında müəssisələrin gəlirliliyi çox böyük əhəmiyyət kəsb edir, belə ki, o investisiya resurslarının yayımı üçün vacibdir. Gəlir, istehsal həcmini artırmağa, texniki yenidənqurmanı aparmağa, innovasiyaları tətbiq etməyə imkan verir.

İnvestisiya iqliminə təsir edən mühüm iqtisadi göstəricilər arasında büdcə kəsirini də göstərmək olar. Dövlətin funksiyalarının artımı, bir qayda olaraq, büdcənin xərclər hissəsinin də artmasına səbəb olur ki, bu da heç də hər dəfə yığılan gəlirlərə müvafiq deyil və kəsirin artmasına gətirib çıxarır. Hal-hazırda büdcə kəsiri, hətta sta-bil, iqtisadiyyatlı inkişaf etmiş bir çox ölkələrdə də müşahidə olunur. Bir çox ölkələrdə büdcə kəsiri büdcə prosesində proqnozlaşdırılır və kəsirlə planlaşdırılmış büdcənin qəbulu mümkündür. Başqa sözlə desək, büdcə kəsiri qaçılmaz fakt kimi qəbul edilir. Büdcə kəsirinin artması dövlət borcunun artmasına təkan verir və inflyasiyaya səbəb ola bilər ki, bu da ölkədə inflyasiya iqliminə neqativ təsir göstərir.

İkinci amillər kompleksi istehlak və investisiya tələbini xa-rakterizə edən göstəriciləri əhatə edir və aşağıdakıları daxil edir: əhalinin sayı, orta əmək haqqı və əhalinin banklardakı əmanətlərinin həcmi, əhali gəlirlərinin və ərzaq məhsullarının dəyərinin nisbəti, ölkədə kapital qoyuluşlarının həcmi, idxal-ixrac.

Milli investisiya strategiyasının işlənib hazırlanmasında daxili və xarici investisiyaların optimal nisbətinin təyin edilməsi başlıca rol oynayır. Qeyd etmək lazımdır ki, keçid dövrünün başlanğıcında Azərbaycanda yerli investisiya resurslarının azlığı hiss ediləndə, xarici investisiyalar öz müsbət rolunu oynadılar. Gələcəkdə inves-tisiya prosesinin aktivləşməsi üçün ölkə daxili ehtiyatlardan istifadə etməlidir. Bu işdə əsas rol iqtisadi artımın aparıcı qüvvəsi olan sahibkarlığa məxsusdur.

Bu fəsildə investisiya qoyuluşunun ən effektiv istiqaməti –insan kapitalına investisiyalar qiymətləndirilir. İnsan kapitalının key-fiyyəti insan inkişafı indeksi ilə ölçülür. İnsan kapitalına investisiya qoyuluşunu qiymətləndirmək üçün ekonometrik model qurulub, bu isə, gələcəkdə insan kapitalına investisiya qoyuluşunun daha priori-tet istiqamətlərini proqnozlaşdırmağa imkan verir.

2000-2010-cu illər üçün, SPSS proqramından istifadə edərək, insan inkişafı indeksi və insan kapitalına ayrılan investisiyalar arasında reqressiya tənliyini alırıq:

12

HDI = 0,701+0,02 Ie × +0,332 Is × +0,113× Ih 0,059 0,008 0,123 0,055

,492,130 t 022,31 t , ,708,22 t 072,23 t

903,02 R F = 15,558 DW =1,34,

Göründüyü kimi,model kifayət gədər adekvatdır.Model gös-

tərir ki, təhsilə, səhiyyəyə və elmə investisiya qoyulmasa, insan inki-şafı indeksi 0,7 bərabər olmalıdır. İnsan inkişafı indeksınin qiymətinə ən çox elmə xərclər təsir edir, belə ki, elmdə xərclərin 1 vahid (mln. man.) artımı, insan inkişafı indeksinın 0,332 artımı müşahidə olunur.

Model üzrə hesablamalar daha mühüm faktorları üzə çıxar-mağa imkan verir. Bunları idarə etməklə əhalinin səhhətini yaxşı-laşdırmaq, gözlənilən ömür uzunluğunu yüksəltmək və son nəticədə həyat keyfiyyəti indeksi kimi göstəriciyə təsir göstərmək olar. Qo-yulan məsələlərin həlli nəinki insan kapitalının keyfiyyətini qiymət-ləndirməyə, həm də ondan səmərəli istifadə etmək istiqamətlərini, həmçinin bu mühüm elementin üzə çıxarılma şəraitini müəyyənləş-dirməyə imkan verir ki, bu da konkret investisiya proqramlarının dövlət səviyyəsində hazırlanmasına təsir edir.

“Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına xarici investisiyaların təsirinin modelləşdirilməsi” adlı üçüncü fəsildə xarici investisiyaların proqnozunu qurmaq məqsədi ilə avtoreqressiya modeli qurulub və proqnoz qiymətləri hesablanmışdır.

Avtoreqressiya modelinin statistik xarakteristikalarına görə, ən yaxşi nəticələri trend göstərici ilə qurulan AR(2) tipli avtoreqressiya modeli göstərir.

INVEST = C(1) + C(2)*INVEST(-1) + C(3)*INVEST(-2) +C(4)*TREND

burada INVEST- t zamanda , INVEST(-1)- t-1 zamanda, INVEST(-2)- t-2 zamanda xarici investisiyaların həcmi, TREND-zaman göstəricisi, 2000-2010 illərin dövrü üçün 1,2,3,... ,11 qiymətlərə bərabərdr. AR(p) tipli avtoreqressiya modelin optimal p dərəcəsini təyin etmək üçün karelloqram qurulur. Karelloqramın cədvəlində verilən (PAC) avtokorrelyasiya funksiyanın qiyməti göstərir ki, ikinci dərəcə avto-reqressiya modeli üçün optimaldır.

13

Eviews proqramı vasitəsi ilə aşağıdakı avtoreqressiya modeli alınır: INVEST = -1223.332293 + 0.7355297241*INVEST(-1) - 0.4988371932*INVEST(-2) + 498.8397297*TREND

R2= 0.96 t0= -2.278732 DW= 2.16 t1= 2.334671 F= 52.26995 t2= -1.856787 t3= 3.370192

Avtoreqressiya modelinin statistik xarakteristikaları və qalıq-ların normal paylanması göstərir ki, model kifayyət qədər adekvatdır. Modelin proqnoz üçün istifadə edilməsinin mümkünlüyü, qalıqlar arasında avtokorrelyasiya olmadığını göstərir. Bu məqsədlə avtoreq-ressiya modelləri üçün Darbin-Uotson testinin əvəzinə Broyşa-Qodfri testi istifadə olunur. Nəticədə alınır ki, “Obs*R-squared” göstəri-cisinin hesablama ehtimalı 0.066884 bərabərdir, bu isə 0.05 böyük olduğu halda qalıqlar arasında avtokorrelyasiya olmadığı haqqında hipotezi qəbul edir. Qalıqların stasionarlığını yoxlanmaq üçün Dikki-Fuller testi istifadə olunur. Nəticədə alınır ki, DF testi = -4.882332, bu isə 0.05 əhəmiyyətlilik dərəcəsi səviyyəsində -3.694851 kritik qiymətdən aşağıdır. Deməli, qalıqların stasionarlığı haqqında hipotez qəbul edilir . İndi isə qalıqların normal paylanmasını yoxlayaq. Nəzərə alsaq ki, Probability= 0.887256 > 0.05, deməli, qalıqlar normal paylanıb. 2014-cü ilə qədər xarici investisiya həcminin proqnozu qurulmuşdur. (şək.3)

Şək. 3

Azərbaycanın iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi müxtəlif faktorlardan asılıdır. Bu asılılıqların korrelyasiya təhlili onların

14

xarici investisiyalara təsirinin ölçülməsinə imkan yaradır. SPSS proqramı vasitəsi ilə bu göstəricilər arasında korrelyasiya əmsalları hesablanmışdır. Nəticədə aşağıdakı ekonometrik modelə baxılır:

Y=F( X3, X4, X5), burada Y- xarici investisiyaların həcmi; X3- istehlak zənbilinin indeksi; X4- neftin dünya bazarındakı qiyməti; X5- mənfəət vergisi; 2000-2010-cu illər üzrə Azərbaycan Respublikasının statistik

məlumatları əsasında SPSS proqramı vasitəsi ilə xətti reqressiya modeli alınır:

Y= 1002,678 + 238,040X3 + 53,272X 4- 842,561X5 ,7,00 t 993,21 t 053,22 t 781,33 t

R2=0,933 DW= 2,016 F=23,345 Modelin statistik xarakteristikaları onun kifayət gədər adek-

vatlığını göstərir. Determinasiya əmsalı R2-nin birə yaxınlığı xarici investisiyaların dəyişməsinin 2000-2010-cu illər ərzində təxminən 93%-i baxılan amillərin qiymətlərinin dəyişməsi hesabına olmuşdur. DW əmsalının qiyməti qalıqlar arasında avtokorrelyasiya olmadığını göstərir.

Modeldən görünür ki, ən çox xarici investisiyalara mənfəət vergisi təsir edir. Belə ki, mənfəət vergi dərəcəsi bir vahid artsa, xarici investisiyaların həcmi 842,562 vahid (mln. man.) azala bilər. İstehlak zənbilin indeksi, yəni inflyasiyanın səviyyəsi də müəyyən qədər xarici investisiyalara təsir göstərir.

Bu fəsildə xarici investisiyaların ÜDM-ın həcminə təsiri-nin öyrənmək üçün müvafiq ekonometrik qurulmuşdur. Makro-iqtisadi təhlil göstərir ki, t- zamanda ÜDM-un həcmi (t) və on-dan əvvəlki, (t-1) zamanda ölkə iqtisadiyatına yönəldilən xarici investisiyaların həcm qiymətlərindən asılı xətti funksiyasıdır. 2000-2010-cu illərin statistik məlumatlarına əsasən eko-nometrik model qurulur: ÜDM = 3.099386309*INVEST +5.381977446*INVEST(-1) - -448.488497 t0= 2.418120 t1= 3.708551 t2= -1.033081 R2= 0.98 DW= 2.05 F= 174.7021

15

Modeldən görünür ki, t- ildə ümumi daxili məhsula ən çox tə-sir əvvəlki ildə iqtisadiyyata yönəldilən xarici investisiyaların həcmi göstərir, onların bir vahid (mln. man.) artımı, ÜDM-nin həcmini 5.381977446 vahid (mln. man) artımına gətirə bilər. Təyin olunmuş parametrlərin statistik xarakteristikaları və ümumilikdə modelin adekvatlığının yoxlanması testlərinin (Dikki Fuller-DF), nəticələri göstərir ki, qurulan model kifayyət qədər adekvatdır.

Üçüncü fəslin 3-cü bölməsində sosial-iqtisadi inkişaf göstə-riciləri sistemində xarici investisiyaların üstün mövqeyi göstərilir. Bu məqsədlə çoxölçülü statistika aparatını –1933-cü ildə H.Hotel-linqin hazırladığı və bir neçə informativ komponentin seçilməsindən ibarət olan əsas komponentlər üsulunu tətbiq etmək təklif olunur. Əsas komponentlər üsulu faktor təhlili metodlarından biridir . Bu üsul axır zamanlar ən çox istifadə edilən və vektor ölçüsünün azalması üsullarindan biridir. Onun mahiyyəti məlumatları daha çox səpələnmiş istiqamətləri ardıcıl üzə çıxarmaqdan ibarətdir.

Əgər ijX , i,=1,...,m, j= 1,...,n ilə tədqiq edilən ilkin göstə-ricilər yığımını işarə edək, X ij – i göstəricinin j ildə qiyməti, burada m- göstəricilərin sayi, n- illərin sayı. Əsas komponentlər və faktor təhlili üsulu eyni ideyaya əsaslanır, yəni ilkin əlamətlərin qiymət-ləri (X1, X2, .., Xm) nisbətən azsaylı, aşkar olmayan, yəni latent faktorların (F1, F2, .., Fr) təsirinin nəticəsidir. Latent faktorların r sayı ilkin əlamətlərin m sayından xeyli az olduğuna görə faktor təhlilinin əsas məqsədi təhlil edilən əlamət fəzasının sıxılması və n*m ölçülü başlanğıc məlumatların massivindən (m*r) ölçüdə matrisa inkası və (n*r) sayda faktor qimətləri ilə təsvir olunan analitik məlumatlarına keçməsi hesab edilir. Ümumiləşmiş faktorlar – ilkin göstəricilərin xətti kombinasiyasıdır, lakın bu göstəricilərdən fərqli olaraq, kor-relyasiya olmamışlar və ümumi dispersiyanı dəyişmədən saxlayırlar. Bu faktorlar korrelyasiya matrisi vasitəsi ilə təyin olunurlar. Qurul-muş korrelyasiya matrisi üçün məxsusi qiymətlər və məxsusi vektor hesablanır.

Azərbaycan Respublikasının 2000-2010-cu illər ərzində sosial-iqtisadi inkişafının əsas göstəriciləri üzrə toplanmış statistik məlumat çoxölçülü riyazi statistika üsulu ilə, konkret olaraq, əlamət fəzasının qısaldılmasına və daha əhəmiyyətli vektorların seçilməsinə imkan verən əsas komponentlər metodu ilə işlənmişdir.

16

Faktor analizi üsulunun praktiki rellaşması üçün dissertasiya işində SPSS proqramından istifadə olunub. Faktorların ortoqonal fırlanması üçün SPSS-də tətbiq olunan üsullardan biri “verimaks” üsuludur. Bu üsulun tətbiqi nəticəsində daha sadə əsaslanan həllər tapmaq olar, yəni koordinat sisteminin elə vəziyyətini təyin etmək olar ki, A matrisasının hər sütunu üçün böyük faktor yükləri artsınlar, kiçiklər isə azalsınlar. Faktor yüklərinin fırlanması matrisası göstərir ki, əlamət faktorlarının miqdarı ilkin dəyişənlərin miqdarından, de-mək olar ki, səkkiz dəfə azdır. Beləliklə, 23 göstərici 3 faktora endirilmişdir və təhlilin məqsədlərindən biri - elementar əlamətlərin böyük miqdarını halların tutumlu daxili xarakteristikalarının az miqdarı vasitəsilə ifadə etməklə əlamət fəzasının (səkkiz dəfə) qısaldılması məsələsi həll edilmişdir.

Birinci faktor dispersiyasının 75,059%-ni, ikinci faktor 14,145%-ni, üçüncü faktor isə 7,252 %-ni izah edir. Faktor-ların verimaks üsulu ilə ortoqonal fırlanması nəticəsində yeni faktor yükləri matrisi alınmışdır.

Birinci faktorda daha yüksək faktor yükünə istehsal sahəsin-dəki dəyişiklikləri xarakterizə edən göstəricilər malik olmuşdur: sənayedə (0,992), kənd təsərrüfatında (0,979), ÜDM (0,987); maliyyə sahəsində: xarici investisiyalar (0,998), əhalinin cəlb edilmiş vəsaitləri (0,975), dövlət büdcəsinin eyni qiymət almış gəlir (0,964) və xərcləri (0,968), istehlakçı qiymətlərinin indeksi (0,966); cəmiy-yətin sosial sahəsində: əhalinin sayı (0,987), ölüm (0,948), doğum (0,950), həmçinin təqaüdlərin orta səviyyəsi (0,960), orta nominal əmək haqqı (0,991), əhalinin gəlir (0,991) və xərcləri (0,993).

Yuxarıda sadalanan digər göstəricilərlə mənfi əlaqədə olan yüksək faktor yüklərinin aşağıdakı göstəriciləri olmuşdur: uşaq ölü-mü (-0,940), suyun çirkləndirilməsi(-0,377), manatın dollara məzən-nəsi (-0,377), xarici ticarət dövriyyəsi (-0,349). Yəni milli valyutanın dollara nisbətən devalvasiyası maliyyə sahəsinin göstəricilərinə mən-fi təsir göstərir, məsələn, xarici kompaniyaların Azərbaycan iqtisa-diyyatına investisiyaları daha az cəlb edir . Suyun çirkləndirilməsi, uşaq ölümü əhali artımına, sağlamlığa və bunun nəticəsi olaraq iş qabiliyyətinə mənfi təsir göstərir. Maliyyə və sosial göstəricilərin bö-yük yükünü nəzərə alaraq, bu faktoru “maliyyə və sosial rifah” adlandırmaq olar.

17

İkinci faktorda yüklərinin həcminə görə xarici iqtisadi göstə-ricilər üstünlük təşkil edir: xarici investisiyalar (0,788) və dolların manata məzənnəsi (0,777).

İqtisadiyyatın müxtəlif sahələrinə xarici investisiyaların qoyul-ması iş yerlərinin açılmasına imkan yaradır. Hələlik yerli kiçik və orta biznes az inkişaf etdiyinə görə xarici kompaniyalar yerli kadrlara iş verən donor ola bilər. Beləliklə, bu faktoru “xarici iqtisadiyyat və əhalinin məşğulluğu” adlandırmaq olar.

Nəhayət, üçüncü faktorun aşağıdakı yükləri var: xarici ticarət dövriyyəsi (0,852) və ətraf mühitin çirkləndirilməsi (0,809). Görün-düyü kimi, bu faktor qarışıq təbiətlidir. Azərbaycan neft istehsal edən ölkə olduğu üçün ətraf mühitin çirklənməsi daha çox energetika sek-toru ilə bağlıdır. Eyni zamanda xarici ticarət dövriyyəsində əsas milli məhsul neftdir. Verilən göstəricilər arasındakı qarşılıqlı əlaqə də bununla izah edilir. Bu faktoru “xarici ticarət və ekoloji faktor” adlandıra bilərik.

Alınmış nəticələri təhlil edərək belə bir nəticəyə gəlirik ki, xarici investisiyaların həcmini xarakterizə edən göstəricisi daha böyük faktor yükünə malikdir, bu da ölkənin davamlı sosial-iqtisadi inkişafında onların təsirinin üstün olduğunu sübut edir.

Beləliklə, 2000-2010-cu illər ərzində çoxölçülü statistik təhlil vasitəsi ilə Azərbaycanın iqtisadi, sosial və ekoloji göstəricilərini araşdırmaqla üç faktor aşkar edilmişdir. Alınmış nəticələri təhlil edərək belə bir nəticəyə gəlirik ki, xarici investisiyaların həcmini xarakterizə edən göstəricisi daha böyük faktor yükünə malikdir, bu da ölkənin davamlı sosial-iqtisadi inkişafında onların təsirinin üstün olduğunu sübut edir. Seçilmiş faktorların əsasında bunların mümkün inkişaf ənənələrini proqnozlaşdırmaq olar. Bunun üçün 2000-2010-cu illər üçün statistik məlumatlara əsaslanaraq, SPSS proqramı vasitəsi ilə, xarici investisiyaların həcmi və seçilmiş faktorlar arasında müvafiq reqressiya tənlikləri qurulur:

Y=3340, 141+ 1572,316F1+813,219 F2+226,327F3 ,238,220 t 792,91 t , ,064,52 t 409,13 t

969,02 R DW =1,843 F=41,172 Model göstərir ki, ən çox xarici investisiyalara birinci faktor

təsir edir, bu faktorun bir vahid artımı, xarici investisiyaların 1572,31

18

vahid artımına gətirə bilər. Üçüncü faktor zəif təsir göstərir, bunu isə bu faktorun əmsalının t- statistikası isbat edir. Digər statistik xarak-teristikalar da qurulan modelin adekvatlığını göstərir.

İŞİN ƏSAS NƏTİCƏLƏRİ

1.Mənbələrinə və iqtisadiyyatın sahələrinə görə investisiyaların dinamikası və strukturu təhlil edilmiş, bəzi MDB ölkələrinin investisiya göstəriciləri ilə müqayisə olunub qiymətləndirilmişdir.

Empirik təhlil göstərir ki, 2000-2010-cu illər ərzində Azər-baycan iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 12 dəfədən çox artmışdır. Daxili və xarici investisiyaların nisbəti daxili investisiyaların xeyrinə dəyişir, bu da ölkə daxili investisiya resurs-larının artmasını göstərir.

2. Ölkənin investisiya cəlbediciliyinə bir çox amillər təsir göstərir, yalnız bütün amillərin təsiri riyazi modellləşdirmə vasitəsi ilə ifadə oluna bilməz. Bu səbəbdən yalnız iqtisadi amillərin kompleks şəklində investisiya mühitinin formalaşmasına təsiri təhlil edilib qiymətləndirilmişdir.

3. Xarici investisiyaların yalnız bir amildən – zamandan asılılığını təhlil etmək üçün, onun trendi müəyyənləşdirilmiş, avto-reqressiya modeli qurulmuş və 2014-cü ilə qədər proqnoz qiymətləri hesablanmışdır.

4. Azərbaycanın iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi müxtəlif faktorlardan asılıdır. Korrelyasiya təhlili onların xarici investisiyaların həcminə təsirinin ölçülməsinə imkan yaradır. Korrelyasiya təhlildən görünür ki, Azərbaycan iqtisadiyyatına qoyu-lan xarici investisiyaların həcmi əsasən üç faktordan asılıdır: istehlak zənbilinin indeksi, neftin dünya bazarında qiyməti və mənfəət vergisindən.

5. Ekonometrik təhlil vasitəsilə bu faktorların Azərbaycan iqtisadiyyatına yönəldilən xarici investisiyaların həcminə təsiri qiy-mətləndirilmişdir. Qurulan model göstərir ki, ən çox xarici inves-tisiyalara mənfəət vergisi təsir edir. Beliə ki, mənfəət vergi dərəcəsi bir vahid artsa, xarici investisiyaların həcmi 842,562 mln man. azala bilər.

6. Ölkənin sosial-iqtisadi inkişafını xarakterizə edən göstəricilər 3 qrupa bölünür: 1)İqtisadi göstəricilər 2) Sosial göstəricilər 3) Ekoloji göstəricilər. Bu göstəricilərin içində xarici investisiyalar mühüm yer tutur. Əsas komponentlər üsulunun istifadəsi təsvir olunan göstəricilər

19

çoxluğunu üç faktora qədər azaltmağa imkan yaradır. Alınan nəticələr göstərir ki ən yüksək faktor yüklərinə xarici investisiyalar malikdir, bu isə öz növbəsində onların ölkənin davamlı sosial-iqtisadi inkişafında mühüm rol oynadığını göstərir. Xarici investisiyaların həcmi və seçilmiş komponentlər arasında müvafiq reqressiya tənlikləri qurulub. Faktorların dəyişmə meyarlarını nəzərə alaraq, onların gələcək inkişaf istiqamətləri üçün proqnoz qurmaq olar.

7. İnvestisiya qoyuluşunun ən effektiv istiqaməti –insan kapitalına yönəldilən investisiyalardır. Ekonometrik modelləşdirmə vasitəsilə investisiyaların insan kapitalının keyfiyyətinə təsiri qiymətləndirilmişdir. Qurulan model gələcəkdə insan kapitalına investisiya qoyuluşunun daha prioritet istiqamətlərini proqnozlaşdırmağa imkan verir.

Dissertasiya işinin əsas nəticələri aşağıdakı işlələrdə əks olunmuşdur:

1. Orucova M.Ş. İnvestisiyalar və iqtisadiyyatda onların rolu. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönü-münə həsr olunmuş “Riyaziyyatın tətbiqi problemləri” Elmi Kon-fransının materialları, VIII, Bakı 2008, 97-100 s.

2. Оруджева М.Ш. Динамика иностранных инвестиций в экономику Азербайджана. AMEA-nın Xəbərləri, İqtisadiyyat Elm-ləri Seriyası, № 4, 2009, 131-135 s.

3. Orucova M.Ş. Azərbaycan iqtisadiyyatına xarici investisi-yaların təsirinin təhlili. İqtisad Elmləri: nəzəriyyə və praktika. Rüb-lük nəzəri və elmi-praktiki jurnal. ADIU N2, 2010, 231-235 s.

4. Orucova M.Ş. Azərbaycanda xarici investisiyaların dinamika və strukturunun təhlili. “Riyaziyyatın tətbiqi problemləri” Elmi Konfransının materialları, X, Bakı 2010, 69-71 s.

5. Orucova M.Ş. İnsan kapitalına investisiya qoyuluşunun ekonometrika təhlili. Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi. Əmək və Sosial Problemlər, Elmi əsərlər toplusu № 1(6), 2010, 204-210 s.

6. Оруджева М.Ш. Оценка инвестиций в человеческий капитал. Евразийское сообщество. Экономика, Политика, Куль-тура, № 3(71), Алмaты 2010, 131-134 c.

7. Оруджева М.Ш. Место иностранных инвестиции в сис-теме показателей социально-экономического развития Азербай-джана. AMEA-nın Elmi əsərləri N 3, 2010, 123-129 s.

20

8. Оруджева М.Ш. Роль иностранных инвестиций в стра-нах с трансформируемой экономикой. Казахский национальный Университет имени Аль-Фараби. Вестник, серия экономическая, Алматы, № 4(80), 2010, 19-23 c.

9. Orucova M.Ş. Xarici investisiyaların Azərbaycanın iqtisadı inkişafına təsirin modelləşdirilməsi. Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi. Əmək və Sosial Problemlər, Elmi əsərlər toplusu, № 1(7), 2011, 108-113 s.

10. Abbasova Sh., Orujeva M. The foreign investment in the system of indicators of sustainability of socio- economic development in Azerbaijan Republic. The 4-th Congress of the Turkic World Mathematical Society(TWMS)Baku, Azerbaijan 1-3 Jule, 2011, p. 460.

11.Orujeva M. Use of the methods of multivariate statistics for researching the place of the foreign investment in the system of the social-economical development. XVII Международная конфе-ренция по Вычислительной механике и современным приклад-ным программным системам (ВМСППС'2011) 25-31 мая 2011 г. Алушта, Крым.

12. Аббасова Ш.А., Оруджева М.Ш. Роль человеческого капитала в устойчивом развитии. -Матер.конф."Новая парадигма экономического развития страны: интеграция, индустриаЛиза-ция, инновация", посвященная 20-летию Независимости Респуб-лики Казахстан. Казну им. Aль-Фараби. 8-9 декабря 2011. т.1. стр.105-108. Həmmüəlliflərlə birgə yerinə yetirilmiş işlərdə iddiaçının rolu:

(10) –Məlumatların yığılması,modelin qurulması; (12) –Statistik məlumatların işlənməsi, nəticələrin alınması.

21

МАЛАХАТ ШАМИЛЬ кызы ОРУДЖЕВА Анализ и моделирование влияния иностранных инвестиций

на социально-экономическое развития Азербайджанской Республики

РЕЗЮМЕ

В диссертации исследуется влияние иностранных инвес-

тиций на социально-экономическое развитие Азербайджана. С этой целью проведен эмпирический анализ динамики и структуры инвестиций по источникам и отраслям экономики. Выявлены факторы, обеспечивающие инвестиционную прив-лекательность страны и выполнен эмпирический анализ.

Одним из самых эффективных направлений инвести-рования являются инвестиции в человеческий капитал. Оценкой человеческого капитала является индекс развития человеческого потенциала. Построена эконометрическая модель зависимости данного индекса от объема инвестиций в образование, науку и здравоохранение. Расчеты по данной модели позволили вы-делить наиболее значимые факторы, управляя которыми, можно улучшить качества жизни населения.

Построена авторегрессинная модель иностранных инвес-тиций второго порядка и сделан их прогноз до 2014 года. Корреляционный анализ позволил выявить факторы, наиболее влияющие на объем иностранных инвестиций: индекс цен, налог на прибыль и уровень мировых цен на нефть. На основе статистических данных за 2000-2010 годы об этих показателях с помощью программного пакета Eviews построена эконометри-ческая модель зависимости объема иностранных инвестиций от данных факторов. В диссертационной работе выявлено прио-ритетное место иностранных инвестиций в системе показателей социально-экономического развития. Для этого был использован аппарат многомерной статистики, а именно метод главных компонент. Применение данного метода с помощью программ-ного пакета SPSS позволило сократить множество показателей социально-экономического развития до трех основных факто-ров. Полученные результаты показали, что наибольшей фак-торной нагрузкой обладает показатель, характеризующий объем иностранных инвестиций, что свидетельствует о приоритетности их влияния на устойчивость социально- экономического разви-тия страны.

22

MALAHAT SHAMIL ORUJEVA The analysis and modelling of influence of foreign investments on

socio- economic developments of the Azerbaijan Republic

SUMMARY The influence of foreign investments on socio- economic

development of Azerbaijan is investigated in this work. The empirical analysis of dynamics and structure of investments on sources and economy branches is carried out. The comparative analysis of investment indicators with some formed soviet countries is carried out. The factors providing investment clime of the country are revealed and the empirical analysis is made.

One of the most effective directions of investment are invest-ments into the human capital. An estimation of the human capital is the human development index. The econometric model of the in-fluence of this index from volume of investments into education, a science and public health services is constracted. Calculations by this model have allowed to allocate the most significant factors, operating with which, it is possible to improve qualities of a life of the population.

It is constructed avtoregression model of foreign investments and their forecast till 2014 is made. The correlation analysis has allowed to revealing the factors that have the most influence of the foreign investments: a price index, the profit tax and level of the world oil prices. Using statistical data for period for period of 2000-2010 years and the software package Eviews the econometric model of dependence on the volume of foreign investments from the given factors is constructed.

In the work the priority place of foreign investments in system of indicators of socio- economic development is revealed. For this purpose the one of the methods of multidimensional statistics, namely the method of the main components is used. Application of the method of the main component has allowed to reduce set of the described indicators to three factors. The received results have shown, that the foreign investments has the largest factorial loading . It shows their importance sustainability of socio- economic deve-lopment of the country. Using information about factors it is possible to forecast the tendencies of their development.

23

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

БАКИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ

На правах рукописи

МАЛАХАТ ШАМИЛЬ кызы ОРУДЖЕВА

АНАЛИЗ И МОДЕЛИРОВАНИЕ ВЛИЯНИЯ ИНОСТРАННЫХ ИНВЕСТИЦИЙ НА

СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКОЕ РАЗВИТИЯ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

08.00.13 – Математические и инструментальные методы в экономике

А В Т О Р Е Ф Е Р А Т

диссертации на соискание ученой степени доктора философии по экономике

БАКУ - 2012